____________Milli Kitabxana____________
223
əsərlərin zahiri ifadəsində görünsə də, “alt qatda” digər
mətləblərin olduğu araşdırmalarda üzə çıxır. Və belə bir
həqiqəti görməmək mümkün deyildir ki, hər bir sənətkar sosial
- ideoloji sifarişlər ölçüsündə yazsa da, mövzuya öz millətinin
mənafeyi, bədii təfəkkürü baxımından yanaşmışdır. Beləliklə,
vahid sovet ədəbiyyatı və “beynəlmiləlçilik” əhatəsində
ədəbiyyatın öz təbii stixiyasından uzaqlaşması prosesi getsə də,
millilik və özünəməxsusluq kimi amillərin tamam itirilməsini
demək olmaz. Odur ki, tədqiqat sənət marağının heç də həmişə
ideoloji tapşırığa qurban verilməməsi, ona görə də bir qism
yazıçıların ustalıqla bədii ideyanı daxili struktura keçirmələri
haqqında qənaətləri bir daha təsdiq edir. Həmin dövrdə “Ezop
dili” metaforasınin, “siyasi folklor” və s. belə çalarların araya
çıxması bir çox mətləbləri senzuranın diqqətindən
yayındırmağa yönəlmişdi.
Heç kim inkar etməz ki, yeni Azərbaycan romanı ana
dilimizin varlığını hifz etdi, onu xeyli zənginləşdirdi, sürətlə
inkişaf etdirdi. Dilin sadəliyi və saflığı qorunurdu. Onun
təmizliyi və xəlqiliyi yeni keyfiyyətləri ilə üzə çıxdı.
Yazıçılarımız istər canlı xalq dilindən, istərsə də
klassiklərimizin bədii dilindən ustalıqla istifadə etdilər, ana
dilini hər cür təcavüzdən qoruya bildilər. N.Nərimanov 1906-cı
____________Milli Kitabxana____________
224
ildə “Həyat” qəzetində (15 avqust) “Nər” imzası ilə “Bu gün”
məqaləsində yazırdı: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali
hissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtəşəm,
müqəddəs, nə qədər əzəmətli bir qüvvə!” (80, 312). F.Köçərli
isə doğma dili haqqında düşüncələrini belə ifadə edirdi: “Hər
millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır.
Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi
mənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi,
ananın dili də ruhun qidasıdır, hər kəs anasını və vətənini
sevdiyi kimi, ana dilini də sevir” (57, 292).
Hər bir xalqın dili özünəməxsus olduğu kimi, onun
mənəviyyatının, folklorunun, adət-ənənələrinin, tarixinin,
psixologiyasının özünəməxsus xüsusiyətlərini də ehtiva edir.
Sənətkarlarımız, o cümlədən roman yaradıcıları dil
materialından istifadə edərkən, bir-birlərindən fərqlənirlər və
demək olar ki, tədqiqatın əhatə etdiyi bütün bədii əsərlərdə bu
fərqlər aydın nəzərə çarpır. Hər bir yazıçı öz dünyasını ifadə
etmək üçün ana dilindən öz istedadı dairəsində istifadə etmişdir.
“Bədii dil hər iki mənbədən (klassik mədəniyyətin dili və etnik-
xalq dili) bəhrələnərək obraz strukturunu” zənginləşdirmişdir”
(32, 142).
____________Milli Kitabxana____________
225
Dil hər bir bədii əsərdə milli düşüncənin, milli-mənəvi
idealın “üst qat”ı olsa da, özündə həmin amillərin “gizlinlərini”
də, “alt qat”ı da qoruyur. Odur ki, hətta “alt qatlar”a varmasaq
belə, sovet dövrü (xüsusilə 30-50-ci illər) yazıçılarının
Azərbaycan dilini hifz edərək onu yeni yüksəlişə aparmaları,
ona məhəbbətlə, qayğı ilə (hətta nəvazişlə), dərin məsuliyyətlə
yanaşmaları təqdirə və ehtirama layiqdir. Dildən istifadədə bəzi
nöqsanlar da olsa, o hər bir yazıçının milli simasını göstərən
mühüm şərt olaraq qalır. Bu sözlər tədqiqatımızın əhatə etdiyi
dövrdə bədii yaradıçılığa gələn sənətkarlara – S.Vurguna da,
R.Rzaya da, M.Hüseynə də, S.Rəhimova da, M.Cəlala da,
Ə.Əbülhəsənə də, M.İbrahimova da və başqalarına da aiddir.
Siyasi-ideoloji konsepsiyanın mədəniyyət üçün
“məzmunca sosialist, formaca milli” formuluna əsasən dil amili
formanın komponenti kimi görünsə də “sosialist” məzmuna
çoxlu milli dəyərlər də qata bilir. Tərcümədə “Şamo”nun rus
oxucusu onun “sosialist” məzmunu ilə tanış olursa,
azərbaycanlı oxucu bu “sosialist” məzmununda bir çox milli
məziyyətləri də qavrayır.
Ümumiyyətlə qənaətimiz budur ki, milli-mənəvi idealların
zahiri təzahürü əsasən dil faktoru üzərində görünsə də, hər bir
yazıçının daxilindəki milli mənlik hissi istər-istəməz, hətta
____________Milli Kitabxana____________
226
məqsəd kimi qoyulmasa da, həmin idealların dərinlərdə, daxili
strukturda yaşamasını təmin etmişdir. Milli mənlik hissi isə
“milli vügar”, “milli iftixar”, “milli özünədərk”, “milli şüur”,
hətta həmin dövr üçün Azərbaycanın müasir düşüncəsindən
kənarlaşdırılaraq,onun sərhədlərindən kənara (məs.Cənubi
Azərbaycana) çıxarılan, yaxud tariximizin qədim çağlarına
yönəldilən “milli azadlıq şüuru” kimi anlayışlar ilə sıx bağlıdır.
Qeyd edək ki, artıq əllinci illərin ortalarından başlayaraq,
“məzmunca sosialist, formaca milli” formulu ətrafında geniş
müzakirələr getmişdir. Sual belə qoyulmuşdu: bu formul nədir?
Siyasi şüarmı, yaxud bədii kateqoriyamı? Bir çox
ədəbiyyatşunaslar – A.Boçarov, M.Parxomenko, N.Cusoytı və
b. bu formulu estetik kateqoriya kimi qəbul etmədiklərini
bildirmişlər. Məsələn, tənqidçi N.Cusoytı “Milli dil və milli
üslublar haqqında” adlı məqaləsində yazırdı ki, “formaça milli
və məzmunca sosialist” müddəası estetik kateqoriya yox, siyasi
şüardır, konsepsiyadır, prinsipdir; siyasi şüar (konsepsiya,
prinsip) kimi müddəa nə qədər doğrudursa, onun estetik şərhi
bir o qədər yanlışdır” (134, 178).
Milli vüqar hissi barədə Səməd Vurğun həmin dövrdə
(1944-cü ildə) belə yazmışdı: “Vətənpərvərlik dediyimiz
Dostları ilə paylaş: |