Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə47/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

____________Milli Kitabxana____________ 
 
197
dözümü və aclığı, onlara çətin  şəraitdə çörək gətirilməsi; Lalə 
İsmayılzadənin atasının ölümü; musiqi müəllimi Sədəfin taleyi 
və s. Budur, belə mənalı və təsirli epizodlardan biri: 
        Usta Ramazanın hər iki oğlu müharibədən qayıtmamışdır. 
Onlardan heç bir soraq yoxdur. Günlərin bir günü oğlanlarından 
biri, dörd il sorağı  gəlməyən, Ukraynada partizan hərəkatının 
iştirakçısı olan Paşa qayıdır. Lakin o, şikəstdir, bir qolunu 
itirmişdir. Odur ki, birbaşa öz evinə, onun yolunu illərlə 
gözləyən arvadının yanına deyil, atası evinə gəlir. 
      “Bu anda qapı ağzında bir qadın göründü. O, tünd rəngli 
parçadan don geyinmiş, başına kələğayı örtmüş, qara 
saçlarını ortadan ayırmışdı. Ayaqlarında gödək dabanlı, 
sadəcə qara tufli vardı. 
        Paşa dalı qapıya sarı oturduğu üçün onu görmürdü. 
Ayaq səslərini eşidəndə dönüb geriyə baxdı. Ixtiyarsız olaraq 
yerindən qalxdı  və qadına tərəf getmək istədi, amma kəsik 
qolu yadına düşəndə ayaq saxladı. 
  –  Sabahınız   xeyir, –  deyə   qadın  Ramazandan   
yaşınaraq   gözlərini  yerə  
dikdi.  
       –  Yaxın gəl, qızım Nailə, utanma! – deyə qoca ayağa 
qalxıb gəlininə yanaşdı, onun boynunu qucaqladı, bu dəfə 


____________Milli Kitabxana____________ 
 
198
özünü saxlaya bilmədi, uşaq kimi hönkürdü. Lakin öz-
özündən utanıb ağlamağına tezcə də ara verdi. – Ananın südü 
sənə halal olsun, bala! – dedi.  
           Paşanın səbri tükənirdi. O, arvadının hər  şeydən tez 
xəbər tutmasını, tez də ürəyini açıb söyləməsini arzu eləyirdi. 
Əgər Nailənin üzündən narazı göründüyünü azacıq olsa da 
hiss etsəydi, bu qədər yolunu gözlədiyi üçün ona təşəkkürünü 
bildirər: – “sən məni  şikəst ikən sevməmişdin, indi ixtiyar 
sənindir” deyərdi. 
            Ramazan ürəyində qövr edən dərdi elə bil göz yaşının 
köməyilə azaldıb bir qədər yüngülləşdi, yavaş  və  ağır 
addımlarla eşiyə çıxdı. 
          Nailə  ərinin üzünə baxdı. Onların gözü bir-birinə 
sataşdı. Sanki heç birinin tərpənməyə taqəti yox idi. Yenə də 
həmişəki kimi məsum bir qız utancaqlığı ilə durmuş Nailə, ilk 
hərəkəti  ərindən gözləyirdi. Paşanın dərdi isə get-gedə dağ 
kimi ağırlaşırdı. Elə bil ayaqları yerə  mıxlanmışdı. O da ilk 
sözü Nailədən gözləyirdi.  
          Içəridəki sükut elə  gərgin, elə  həyəcanlı idi ki, onların 
hər biri ayrı-ayrılıqda öz ürəyinin döyüntüsünü belə eşidirdi. 
        Insan nə qədər səbr edə bilərdi? Cəbhədə hər şeydən çox 
təmkinli və səbirli olmağa öyrənmiş Paşa üçün bu o qədər də 


____________Milli Kitabxana____________ 
 
199
çətin deyildi. Ancaq Nailə? Yox, o, dörd illik intizardan sonra 
daha dözə bilməzdi. 
   – Paşa, –  dedi, –  mən səni  öz  evimizdə  gözləyirdim. 
   – Mən buna həmişə arxayın idim. 
   – Görünür, arxayın deyilsənmiş... 
        –  Yox,  yanılırsan... – Paşanın kiprikləri titrədi. O, 
gözlərini yerə dikdi.- Arxayın olmasaydım, sən məni bir də 
görə bilməzdin, ancaq mən... 
       Nailənin qolları onun boynuna dolandı. Heç birindən səs 
çıxmadı” (43, 230).  
      Əllinci illərin ortalarından “istehsalat” mövzusu bədii 
yaradıcılıqda yeni məzmun və  bədii-estetik istiqamət almağa 
başladı. Insanın, bir obraz kimi, neft buruğunun, dəzgahın, 
qaldırıcı kranın, pambıq tarlasının, heyvandarlıq fermasının 
fonunda yox, ön planda göstərilməsinə üstünlük verildi. Bu 
baxımdan “Qara daşlar”, xüsusilə “Böyük dayaq” romanları 
yeni istiqamətdə mühüm addımlar idi. Belə romanlarda həyatın 
müxtəlif sahələrinin konfliktləri, bir çox ziddiyyətlər və 
problemlər görünməyə başladı, insanın daxili aləminə daha çox 
diqqət yetirildi. Əmək qabaqcıllarının təsvirindəki sxematizmin 
aradan qaldırılmasına, insanın bədii-estetik təcəssümündəki 
birtərəfliliyin aradan qaldırılmasına səylər göstərirdi. 


____________Milli Kitabxana____________ 
 
200
                                                    
        1948-ci  ildə yazılan “Gələcək gün” romanı Mirzə 
İbrahimovun yaradıcılığında və bütünlükdə Azərbaycan 
ədəbiyyatında diqqəti cəlb edən bir hadisəyə çevrildi. “Dumanlı 
Təbriz”dən sonra Cənub mövzusunda yazılan bu maraqlı 
romanda, bir çox təqdir olunası  məzyyətlərinə baxmayaraq 
(bunların haqqında ikinci fəsildə danışacağıq), siyasi pafos 
qədərindən artıqdır və bu da yazıçıdan  əvvəl dövlət adamının, 
iictimai-siyasi xadimin sırf ideoloji mövqedən siyasi 
publisistikası səviyyəsində görünür. Lakin əsərdə təbii və real, 
həyati xətlərin bədii-estetik təsiri daha güclü olduğu üçün 
romanın  ədəbiyyatımızda  və oxucu dairəsində yaşarılığı 
zəmanətli olmuşdur.  
         Otuzuncu  illərdən senzuranın qadağan etdiyi bəzi 
həqiqətlərin “mənfi” obrazların dilindən səsləndirilməsini bədii 
vasitə hesab etmək olar və bir çox roman müəllifləri bu üsuldan 
istifadə etmişlər. Belə sözlər “mənfi” obrazın xarakterini 
açmaqla yanaşı, “nəyə isə” işarə vurmuşdur, xatırlatmışdır, 
yaddaşa qaytarmışdır və beləliklə də oxucu şüuründa müəyyən 
izlər qoymuşdür. Müəllif isə bu “məsuliyyəti” “mənfi” obrazın 
üzərində qoymaqla həm özünü sığortalamış, həm də, necə 
deyərlər, “ürəyinin başında düyün salan” sözləri ifadə etmişdir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə