____________Milli Kitabxana____________
180
daxili siqləti ikinci və üçüncü cildlərdə itir, Zülmətin dəstəsinin
ləğvindən və Sübhanverdizadənin ifşasından sonra isə əsər
bədii-estetik keyfiyyətlərini itirdiyi kimi, oxucu marağını da
itirir. Məmməd Cəfər 1949-cu ildə “Saçlı və həyatımız”
məqaləsində yazırdı ki, “Saçlı”da darıxdırıcı səhnələr, əsərə
materialdan gəlir, həm də elə material ki, həyat üçün səciyyəvi
deyildir”(54, 162).
“Saçlı” – Sübhanverdizadənin romanı kimi yadda qalır.
Qeyd etdiyimiz kimi, bu obraz sovet ədəbi tənqidində
narahatçılıq doğurmuşdu. Guya belə obrazlarla sovet varlığı
təhrif olunur, guya belələri sovet həyat meydanında ola bilməz.
Sübhanverdizadənin mübarizəsi heç də sinfi mahiyyət daşımır.
Yəni o, hansısa bir sinfin nümayəndəsi deyildir, hərçənd ki,
özünü fəhlə-kəndli sinfinin nümayəndəsi sayır. O, tutduğu
vəzifədə özünü bu rayonun ağası sayır və bu ağalığı, bu hökmü
qoruyub saxlamaq, hər şeyi öz əlində cəmləşdirmək, necə
deyərlər, “hakim-mütləq” olmaq əzmindədir. O, dağlara çəkilib
banditliklə məşğul olan Zülmətdən də öz məqsədləri üçün
istifadə edir, yolunda maneə olan adamları onun əli ilə aradan
götürmək istəyir. Sübhanverdizadənin öz məqsədinə çatmaq,
mövqeyini möhkəmləndirmək yolları bütün vəziyyətlərdə
maskalanmaqdan, dərhal şər atmaqdan, hər cür yalanlar
____________Milli Kitabxana____________
181
uydurmaqdan, şaiyələr yaratmaqdan, adamları bir-birinə qarşı
qoymaqdan keçir.
Sübhanverdizadə bir kadr kimi hakimiyyət strukturunda
araya çıxmışdır (Nemətullayev, Meşinov, Balacayev, Dağbaşov
kimi). Belə adamlar hər vaxt olmuşdur və bu gün də vardır.
M.Hüseynin yazdığı kimi, Sübhanverdizadə elə bir qorxulu tip
idi ki, onun səpdiyi toxumlar sonradan cücərirdi.
Sübhanverdizadə kimilər sovet quruluşunun, bolşevizmin
yaratdığı
ımkanlardan ustalıqla istifadə edirlər.
Sübhanverdizadə bolşevizmin, sosializmin prinsiplərini öz başa
düşdüyü, özünə sərf edən tərzdə hər kəsə “izah edir” və bu
zaman onun dilindən səslənən sözlər əslində həmin prinsiplərə
parodiya kimi səslənir. Məsələn:
“ – Bizdə “temp” sözü var, “tədricən” sözü yoxdur,
Qocaoğlu! Sağlar bizə nə deyir? Onlar deyirlər ki,
“tələsməyin, qolçomaq tədricən, barışıq yolu ilə sosializmə
qovuşacaqdır”. Onlar deyirlər ki, “ellik, kollektivləşmə
əsasında qolçomağı birdən-birə bir sinif kimi ləğv etmək lazım
deyildir. Onlar tədricən özü-özlüyündə ləğv olacaqlar!” Onlar
deyirlər: “Tədricən sənayeləşmə olacaqdır”. Onlar hər bir işi
“sürətlə” yox, “tədriclə” bağlayırlar. Bax, burada da vurur
xiyar əyri bitir” (90, 447).
____________Milli Kitabxana____________
182
Qeyd edək ki, Sübhanverdizadə kimi vəzifə sahibləri sovet
quruluşunun varlığının sonrakı mərhələlərində də çox
olmuşdur. Biz belə tiplərlə sovet dövrü ədəbiyyatının sonrakı
mərhələlərində araya çıxan bədii əsərlərdə də rastlaşırıq. Elə bu
gün də cəmiyyətimiz, hakimiyyət strukturları belə adamlardan
xali deyildir. Ədəbi nümunələrdə onlar müxtəlif bədii
amplualarda, müxtəlif biçimdə, müxtəlif məqamlarda bədii
ifadəsini tapır. Məzmun isə eynidir.
Sübhanverdizadə, Dağbaşov, Meşinov, Nemətullayev,
Balacayev kimi rəhbər işçilərin simasını açmağı sovet
dövrünün 30-40-cı illərində yazıçı cəsarəti hesab etmək olar və
belə cəsarəti “müsbət” obrazların iştirak etdiyi ayrı-ayrı
epizodlarda da görə bilərik. Məsələn raykom katibi Dəmirovun
inşaat mühəndisi ilə söhbətindən:
“ – Mənimki siyasətdən artıq inşaatdır! – deyə
mühəndis başını tərpətdi və gülə-gülə əlavə etdi. – Çünki mən
Lev Nikolayeviçin oxucusuyam!
–
Bu halda siz Lenini də oxuyun!
–
Mən Lenini də oxumağa başlamışam!
–
Lenin Tolstoya düzgün qiymət veribdir!
–
Lenin Tolstoy fəlsəfəsinə zidd gedibdir!
____________Milli Kitabxana____________
183
–
Çünki Tolstoy fəlsəfəsi köhnə həyatı devirməkdə,
dəyişdirməkdə bizə
kömək edə bilməz! – deyə Dəmirov gülümsəyə-gülümsəyə
mühəndisə cavab verdi” (90, 62).
Yeni sosialist həyatı uğrunda mübarizə zamanının
hadisələri bir qədər fərqli planda “Açıq kitab” romanında da öz
bədii əksini tapmışdır. Mir Cəlalın 1941-ci ildə araya gətirdiyi
bu romanında hadisələrin inkişafı 1934-1937-ci illəri əhatə edir.
Sovet ədəbi tənqidi romanı belə təqdim edirdi: “Açıq kitab”
Sovet Azərbaycanının çiçəkləndiyi bir dövrdə, yeni xoşbəxt
həyatı öz dar şəxsi mənfəətləri xatirinə içəridən zəhərləməyə
çalışan adamların iç üzünü açıb meydana qoyur” (1, 511).
Lakin analoji mövzulu digər əsərlərdən fərqli olaraq bu
romanda “sosial həyat və insan konteksti” (100, 19) ictimai-
siyasi problemlər kontekstini üstələyir.
Həmin dövr üçün ənənəvi siyasi-ideoloji mövzular
dairəsindən çıxan müəllif sovet hakimiyyətinin otuzuncu illər
mərhələsindəki hadisələrə özünəməxsus yaradıcılıq üslubu ilə
yanaşmış, sosialist realizmi ölçülərindən daha çox tənqidi
realizm ölçülərinə üstünlük vermişdir. Bəlkə də bu amillərin ört
- basdır edilməsi meyllərinin nəticəsidir ki, romanı çox vaxt
Dostları ilə paylaş: |