Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə41/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

____________Milli Kitabxana____________ 
 
171
keçirdim. Erməni hərəkatının tarixi ilə  də az-çox tanışam... 
Erməni millətinə xeyirxah bir türk sifətilə bunu deməliyəm ki
erməni milli hərəkat rəhbərləri bir çox səhv yapmış  və 
yapırlar. Çar idarəsinə muxtariyyət ümidi bəsləmək boş bir 
xəyaldan başqa bir şey deyildir. Böyük Pyotrdan bəri bütün 
çarların sizə verdiyi vədlər yoxa çıxmış. İştə, xristian Avropa 
və Rusiyanın sizə verdiyi “faydalar!” Millətinizin faciəsi 
yaxını qoyub uzaqda dost aramaqdan irəli gəlmiş. Zənn 
edirəm millətin müqəddəratını keşişlərin və korgözlü 
daşnaqların cəngindən qurtarmağın zamanı çoxdan 
gəlmişdir” (16, 271-272). 
Rüstəmbəyin sözlərini Kasparyan bir neçə gün düşünür
götür-qoy edir və  nəhayət müəyyən tərəddüdlərdən sonra 
onunla razılaşır: 
“ - O gündən sənin dediklərini fikirləşdim...Məssəb 
haqqı, doğru deyirsən. Düzdür, o gün sənə cavab vermədim, 
çünki, doğrusunu deyim, inanmadım. Axı, canım, bu da 
səbəbsiz deyil. Müsəlmanlar bizi çox qırmışlar, biz də 
müsəlmanları az öldürməmişik, düşmən olmuşuq. Bu 
düşmənçiliyimizi tərbiyə və təhsilimiz bir qat daha artırmışdır. 
Erməniyə qarşı olan zülümləri evdə atamız-anamız, kilsədə 
keşiş, məktəbdə müəllim, müəlliflər, jurnalistlər o qədər 


____________Milli Kitabxana____________ 
 
172
söyləmişlər ki, varlığımız kinlə yoğrulmuşdur...Sənə 
doğrusunu deyim, bizi qırdıran, məhv edən bu kin olmuşdur. 
Müsəlmanın bir məsəli var: “Qanı qanla yumazlar, su ilə 
yuyarlar”. Daşnaqlar həmişə qanı qanla yumaq istəmişlər...” 
(16, 274-275). 
1.6.4. “SOSİAL  SİFARİŞ”  DAİRƏSİNDƏ.  Tarixi 
romanlarımızı müəyyən mənada istisna etsək, 1930-1950-ci 
illərin roman yaradıcılığında müəlliflər partiyanın siyasi 
xəttindən,  ədəbiyyata verilən “sosial sifariş”dən kənara çıxa 
bilməmişlər. Xüsusilə Böyük Vətən müharibəsindən sonrakı on 
il  ərzində partiya ədəbiyyat və incəsənət qarşısında ideoloji 
tələblərini daha da gücləndirmişdi. Fikrimizcə, sosialist 
realizmi bədii metodunun qəti normativlər dövrünün 1930-
1950-ci illəri  əhatə etməsi barədə  qənaətlər (T.Əlişanoğlu) bu 
mənada mübahisəli görünür. Yəni həmin “qəti”lik, sərtlik 1945-
1955-ci illər ədəbiyyatı üçün daha xarakterikdir.  
“Sosial sifariş” dairəsində  fəaliyyət göstərən yazıçılar öz 
istedadlarını da, bədii axtarışlarını da bu əhatədə araya 
çıxarmışlar və bunu da danmaq olmaz ki, hər bir sənətkarın 
əsəri qiymətləndiriləndə siyasi-ideoloji amillərlə yanaşı, istedad 
da  əsas meyar olmuşdur. “Sosial sifariş”in mövzularını 
aşağıdakı qaydada qruplaşdırmaq olar: 


____________Milli Kitabxana____________ 
 
173
 –  İnqilabi hərəkat, “vətəndaş müharibəsi”, Sovet 
hakimiyyətini möhkəmləndirmək uğrunda mübarizə
         –  Kollektivləşmə  hərəkatı, sosializm quruculuğu və yeni 
həyat uğrunda mübarizə; 

 
Sovet cəmiyyətinin, rəhbərin, sovetlər hakimiyyətinin 
tərənnümü, “sinfi   
düşmən”in ifşası; 
 – Böyük Vətən müharibəsində partiyanın rəhbərliyi ilə 
xalqın hünər və qələbəsi; 
 –  Müharibədən sonra bərpa və quruculuq hərəkatı; 
 –  Əmək qəhrəmanlarının tərənnümü, sosializm yarışı; 
 
–  Sosialist sisteminin kapitalizmdən üstünlüyü, 
kapitalizmin ifşası və s. 
Mövzular müxtəlif olsa da, onları eyni motivlər, eyni 
inkişaf xətti, qəhrəman obrazlarını eyni məqsəd, eyni anlam 
birləşdirir. Fərqlər isə müəlliflərin istedad səviyyəsindən asılı 
olaraq,  əsərin poetik, dil və üslub, bədii-estetik özəlliklərində 
görünür. Yeni həyat uğrunda mübarizə, kollektivləşmə hərəkatı 
otuzuncu illərdə  Ə.Əbülhəsənin “Yoxuşlar”, M.Hüseynin 
“Tərlan”,  Ə.Vəliyevin “Qəhrəman” romanlarında aparıcı 
istiqamətlərdir (inqilabi hərəkat, vətəndaş müharibəsi mövzuları 
ilə bağlı  əsərlərin tədqiqinin qənaətləri barədə yuxarıda 


____________Milli Kitabxana____________ 
 
174
danışmışıq). Yeni Azərbaycan romanı 1930-cu ildə 
Əbülhəsənin yazdığı “Yoxuşlar” romanı ilə başlanır. Onu da 
deyək ki, “Yoxuşlar”ı  və “Dünya qour”u yazan Əbülhəsən 
“Dostluq qalası”, “Tamaşa qarının nəvələri”, “Sədaqət” 
əsərlərinin müəllifi Əbülhəsəndən irəlidədir. Xüsusilə ona görə 
ki, ilk iki əsərlə müəllif yeni Azərbaycan romanının yaradıcıları 
sırasındadır. Sonrakılar isə Azərbaycan nəsrinin sıradan 
əsərləridir.  
Sovet dövrü ədəbi fikri “Yoxuşlar” romanını  həm 
Azərbaycan sovet romanının ilk nümunəsi olaraq, həm də 
zamanında mövzu aktuallığına görə qiymətləndirmişdir: 
“Yoxuşlar” romanının ideyası Azərbaycan kəndində kollektiv 
təsərrüfat uğrunda gedən mübarizələrin inkişaf yolunu bütün 
mürəkkəbliyi və ziddiyyətləri ilə göstərmək və bu tarixi 
prosesin  əhəmiyyətini izah etməkdən ibarətdir. Müəllif bu 
ideyanın konkret mövzu dairəsində  bədii həllini vermək üçün 
ən geridə qalmış ucqar bir kənddə qolçomaqların bir sinif kimi 
ləğv edilməsi və bütün fərdi təsərrüfatların elliklə 
kollektivləşmə  işinə  cəlb olunması  uğrunda mübarizələri 
qələmə almışdır” (26, 7). Bu gün isə roman mövzusuna, 
mövzunun aktuallığına, ideyasına görə deyil, obrazlarına, 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə