____________Milli Kitabxana____________
162
üçüncü romanında – “Dünya dəyişir”də “alovlu bolşevik”
S.M.Kirovun müsbət obrazı bədii yaradıcılığa siyasi-ideoloji
təsirin güclü təzahürü kimi başa düşülə bilər.
Bununla belə, həmin romanlarda həm tipoloji mənada,
həm də janr strukturu baxımından diqqəti cəlb edən məqamlar
az deyil. Oxucunu da cəlb edən bu əsərlərdəki inqilabçlıların
fəaliyyəti, “inqilab işi” deyil, ayrı-ayrı şəxslərin fərdi-şəxsi
həyatları, ailə-məhəbbət macəraları, bədii xarakterlərindəki
həzin lirizm və psixologizm, lap elə ayrı-ayrı süjetlərdə
nağılvarilik və macəraçılıqdır. Bu və digər özəlliklər bu gün
M.S.Ordubadinin həmin trilogiyasından “imtina etmək”
haqqında səslənən fikirlərə, əlbəttə, haqq qazandıra bilməz.
Belə fikirlər bir ideoloji xətti inkar edib, digər ideoloji mövqedə
durmaq kimi də başa düşülə bilər. Hər bir bədii əsərə isə, ideya-
məzmun və poetik-estetik keyfiyyətlərindən asılı olmayaraq,
bədii fakt kimi yanaşılması vacibdir.
“Səhər” (M.Hüseyn), “Araz” (A.Şaiq), “Nina” (S.Rəhman)
romanlarında da müəlliflərin məqsədi aydındır: XX əsrin
əvvəllərində Azərbaycanda inqilabi-tarixi şəraitin yaranması,
xalqın inqilabi şüurunun oyanması və onu inqilaba aparan
prosesləri göstərmək. Sözün qısası, inqilabı və bolşevik
inqilabçılığını Azərbaycan hadisəsi kimi təqdim etmək. Əlbəttə,
____________Milli Kitabxana____________
163
əsasən Bakıda özünü göstərən, rusların və digər millətlərin
aparıcı olduğu fəhlə hərəkatlarına yalnız kommunist donu
geyindirmək, onları Azərbaycanın taleyi ilə bağlamaq və milli
maraqlar, milli şüurun oyadılması istiqamətli kütləvi
hərəkatların üstündən vaz keçmək məsələyə məqsədli-ideoloji
yanaşmanın, tarixi hadisələrdəki həqiqətləri və fəlsəfəni görə
bilməməyin (yaxud bilməyi məqsədli hesab etməməyin), onlara
digər bucaqlar altında baxılmamasının nəticəsidir.
“Səhər ” romanını M.Hüseynin yaradıcılığında irəliyə
doğru bir addım kimi dəyərləndirən ədəbi tənqid qeyd edirdi ki,
“inqilabi nəzəriyyənin, partiya rəhbərlərinin kütlələrə təsiri,
xalq hərəkatının şüurlu və mütəşəkkil bir şəkil alması, Bakı
fəhlə hərəkatında rus inqilabçı fəhlələrinin fəal iştirakı romanda
canlı və doğru verilmişdir” (1, 308). Amma belə bir suala cavab
axtarılmasının deyəsən hələ zamanı gəlməmişdi: rusun Bakıda
inqilab etməsində məqsədi nə olmuşdur?
Hər halda, “Səhər” romanı bədii məziyyətləri ilə
yuxarıdakı sırada iki əsərdən fərqlidir. Struktur quruluşunda,
süjet, konflikt və xarakterlərin yaradılmasında, mükalimələrdə
bir çox özəllikləri romanın Mehdi Hüseyn yaradıcılığında
mühüm yer tutmasını şərtləndirir.
____________Milli Kitabxana____________
164
Romanın aparıcı obrazları Məşədi Əzizbəyov və
Bayramdır. Sovet dövrünün ədəbi tənqidi yazırdı ki, M.Hüseyn
azərbaycanlı fəhlələrdə inqilabi şüurun oyanmasını, xalqlar
arasındakı dostluğu realist bədii səhnələrdə vermiş, bunları
əsasən Bayram surətinin bədii tərcümey-halında, onun
mübarizə tarixi ilə əlaqədar bədii tablolarda cəmləşdirmişdir.
M.Əzizbəyov kimi inqilab rəhbərlərinin fəaliyyəti sayəsində o
da inqilab ordusunun sədaqətli bir əskəri olur (1, 494-495).
Həmçinin yazıçının M.Əzizbəyov surətinə çox əhəmiyyət
verdiyi, onu siyasi mübarizə planında geniş və hərtərəfli təsvit
etməyə çalışdığı qeyd olunurdu (1, 307). Xatırlayaq ki,
M.Əzizbəyov obrazı üzərində yazıçı əvvəllər “Komissar”
povestində də işləmiş, onun inqilabi fəaliyyətini təsvir etmişdi.
Bu gün isə ədəbi fikrin hər iki obraza münasibəti
birmənalıdır: bu obrazlar, xüsusilə M.Əzizbəyov sxematikdir,
birtərəflidir. Onlar yalnız hərəkətdə olan, müəyyən tapşırığı,
proqramı icra edən personajlardır. Romanda M.Əzizbəyov
ideoloji rupora çevrilmiş, daxili aləmi, insani kompleksləri,
azərbaycanlı kimi milli-mənəvi tərəfləri görünməyən bir obraz
kimi verilmişdir. Yeri gəlmişkən, əsər araya gələndən sonra
onun haqqında söz deyən M.Arif də (1957-ci ildə)
____________Milli Kitabxana____________
165
M.Əzizbəyov obrazının zəif verildiyini, “lazımınca dolğun, ətli-
qanlı” çıxmadığını qeyd etmişdi (1, 307).
M.Əzizbəyovun, demək olar, bütün danışıqları, hətta
evdəki söhbətləri də bir bolşevik təbliğatçısının sözləridir, sanki
partiya proqramlarından, inqilabi vərəqələrdən gətirilən
sitatlardır. O, hətta M.Ə.Sabirdən, “Molla Nəsrəddin”dən
danışanda da oxucunu çaşqın vəziyyətə salır:
“ – Sabiri oxuyursunuzmu? “Molla Nəsrəddin”
jurnalına fikir verirsinizmi? Onlar həyatdan yazırlar. Şəxsən
mən onları inqilabın köməkçiləri hesab edirəm” (48, 279 ).
Romanda bir insan və azərbaycanlı kimi M.Əzizbəyovun
daxili aləmi lazımınca açılmamış, “alt qat”dakı düşüncə tərzi,
milli təfəkkürü göstərilməmişdir. Halbuki, bu bir həqiqətdir ki,
tarixi şəxsiyyətlərin dəyərləndirilməsində onların bədii
obrazının təqdimatı mühüm rol oynayır. Hesab edirik ki, sovet
dönəmində təkcə bədii ədəbiyyatda deyil, tarixi-siyasi
kontekstdə də M.Əzizbəyovun təqdimatı birtərəfli olmuş, o,
yalnız siyasi fiqur, alovlu leninçi, mətin inqilabçı və publisist
kimi təbliğ olunmuşdur. Bəy nəslindən olan, XX əsrin
əvvəllərində Peterburqda ali təhsil alaraq vətənə qayıdan, həyat
tərzi milli zəminə söykənən bu insanın inqilabi hərəkata
qoşulması, Bakı Komunasında təmsil olunması da yəqin ki,
Dostları ilə paylaş: |