____________Milli Kitabxana____________
150
Həmzə bəyin arvadi Əminə inqilabçiların lap “kökündən”
danışır:
“ – Ermənilərdir də, ermənilər! Daşnak adı xoşlarına
gəlmədi, mauzerist olmadı, indi də adlarını bolşevik qoyub
aləmi çaxnaşdırırlar” (26, 28).
Əminənin və bir çoxlarının belə qənaəti də, əlbəttə, əsassız
deyildi. Həmin dövrdə – 1918-ci ildə Azərbaycanın bir çox
yerlərində olduğu kimi, romanda hadisələrin baş verdiyi
Şamaxı qəzasında da daşnaklar məhz bolşevik adı altında
azərbaycanlıların qırğınını törətmişdilər.
Romandan alınan təəssüratın bir məqamını da qeyd etməyi
lazım bilirik. İdeoloji konsepsiyanın prinsipləri əsasında bu
romanda da, “müsbət” insan tipləri ilə yanaşı “mənfilər”də
vardır. Bunlar yeni quruluşa, inqilaba qarşı duranlardır – bəylər,
tacirlər, onların ailə üzvləri, habelə vəziyyətdən istifadə edib
başlarını girələyənlərdir. Əlbəttə, müəllifin vəzifəsi onları
“ifşa” etmək, onlara qarşı nifrət yaratmaqdır. Amma əsəri
oxuyanda bu “nifrəti” sanki yaşamırsan. Xüsusilə çağdaş
günlərimizin prizmasında bu “mənfi” tiplərin, onların ailə
üzvlərinin hərəkətlərini başa düşürsən, müqavimətin instiktini
də, reallaşmasını da təbii hesab edirsən.
____________Milli Kitabxana____________
151
Mehdi Hüseyn “Daşqın” romanında (1933-1934) bir çox
“mənfi” obrazlara da bu gün mənfi kimi baxmamaq olar.
Romanın “vətəndaş müharibəsi”mövzusunda yazıldığı deyilir.
Lakin bu, nə “vətəndaş müharibəsi”dir? H.Ənvəroğlunun
yazdığı kimi, “vətəndaş müharibəsi” mövzusunu yalnız bir
istiqamətdə, açıq tendensiya və siyasi tərəfkirliklə işləmək
tələbi artıq ənənə şəklini alaraq müəlliflərin sərbəst yaradıcılıq
axtarışları aparmalarına imkan vermirdi. Bir roman kimi
“Daşqın” da “vətəndaş müharibəsi” mövzusuna birmənalı
münasibətin qurbanı olub. Ona görə də romanda müəllifin
boyaları yalnız qırmızı və qaradan ibarət olmuşdur. Millətin
övladlarını düşmən cəbhəyə bölüb, qardaşı-qardaşa qarşı qoyan
siyasi
şəraitin dərindən yaşanmadan, tələm-tələsik
romanlaşdırılması hadisələrin birtərəfli və üzdən təhlil
edilməsinə, başqa sözlə, qırmızıların həmişə haqlı və qalib
qüvvə kimi verilməsinə səbəb olmuşdur. Romançı mükəmməl
bədii xarakterin deyil, daha çox inqilabın qələbəsini təmin
etmək qayğısına qalmışdır”(33, 150). Romandakı “qırmızılar”
Azərbaycana sovet hakimiyyətini gətirənlərin təmsilçiləridir və
işğalçılarla əks tərəfin mübarizəsini “vətəndaş müharibəsi”
hesab etmək, əlbəttə, mübahisəli məsələdir. Sarxanın, Şirəlinin,
Əmrahın partizan dəstələri hey atışırlar, vuruşurlar, daim
____________Milli Kitabxana____________
152
hərəkətdə, daim döyüş axtarışlarındadırlar. Lakin bu hərəkət
dinamikasının müqabilində bədii dinamika, bədii cazibəlilik,
xarakterlərin psixoloji aləmi, bədii məntiq yoxdur. Bir də ki,
partizanların döyüşdükləri tərəf kimi əsasən “vətəndaş
müharibəsi” cızığından kənardakı qüvvələri – həmin dövrdə
hələ müstəqilliyini saxlamaq uğrunda mübarizə aparan gürcü
menşeviklərinin hərbi hissələrini görürük.
Romanda M.Hüseyn bəzən siyasi-sinfi “vəzifələrdən”
kənara çıxıb, bədii məqamlara diqqət yetirəndə, bir sənətkar,
qələm sahibi kimi yaradıcılıq imkanlarının potensialını
göstərir. Budur, Sarxanla Mahirənin görüşündən bir epizod:
“Yaxında toplar gurlayır, pulemyotlar havaya od
sovururdu. Burada süküt, dərin bir sükut içində iki ürək
döyünürdü. Qarşıdan qan qoxusu gəlir, ölüm havası çalınırdı.
Burada insanlar sevişir, insanlar yaşamaq istəyirdilər” (44 ,
23).
Yeri gəlmişkən müəllif digər epizodlarda da “çərçivədən”
çıxa bilir: məsələn, partizanların söhbətləri, narazılığları ilə
əlaqədar məqamları xatırlamaq olar. Xalqın anlaşılmaz
durumda olmasını, çaşqınlığını partizanların söhbətlərini,
narazılıqlarını ifadə edən epizodlarda görmək mümkündür.
____________Milli Kitabxana____________
153
Əmrahın oğlu İsfəndiyarın öldürülməsi, arvadının dəli olub
özünü çaya atması epizodları isə bədii təsiri ilə yadda qalır.
Qayıdaq “mənfi” obrazlara. Yolçu, onun oğlanları –
müsavat zabiti Şəmsi, Həmzə və başqaları. Bu obrazların “tünd
boyalarda, yalnız millətin düşməni kimi verilməsi romanın
konfliktinin təbii inkişafından doğmadığı üçün sənətə partiyalı,
sinfi yanaşmanın qurbanına çevrilmişdir. Onlar icitimai həyatın
özünün qurbanı olduğu kimi sənətdə də həm “istismarçı” sinfin
nümayəndəsi kimi, həm də bir xarakter kimi qurbana
çevrilirdilər. Çünki ideoloji təzyiq bu şəxslərin heç birini canlı
bədii xarakter kimi yaratmağa imkan verməmişdir”. (33, 151).
Bəs onlar niyə “mənfi”olmalıdırlar? Niyə müqavimət
göstərməməlidirlər? Müəllif bu adamları “ifşa” etmək
istəyirdisə, niyə bəs aşağıdakı sözlərlə xarakterizə edirdi?
Şəmsi: “Ölkəni düşmənlərə verib mən hara gedirəm? Bu
da bir növ namussuzluq deyilmi?” (44, 54).
Şəmsi: “Nə çoxdur Şura hökümətinin əlindən qan
ağlayan...” (44, 57).
Şəmsi: “Mən ki, indi öz umuzumda vətəni yüksəltmək
üçün ölümə gedirəm” (44, 59).
Həmzə: “Birdəfəlik igid kimi güllə qabağında ölmək bu
cür it günündə dolanmaqdan min pay yaxşıdır... Qoy bütün
Dostları ilə paylaş: |