Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə37/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

____________Milli Kitabxana____________ 
 
154
kəndin, bütün uyezdin camaatı görsün ki, hələ onların tərəfini 
gözləyən igidlər də vardır...” (44, 243). 
Şəhriyar bəy:  “Bir adam ki, ac urusun, lüt soldatın  
tərəfini gözləsin, mən ona nə deyə bilərəm?”(44, 92). 
Romanda bolşevikləri təbliğ etmək, onların xalq işi 
uğrunda mübarizə aparanlar kimi tərənnümünü vermək  təbii ki, 
müəllifin  əsas vəzifəsidir. Lakin istər “mənfi”lər, istərsədə 
digərləri tərəfindən bolşeviklər haqqında deyilən fikirlər 
nəticədə müəllifin sözü kimi yadda  qalmırmı? Ayrı-ayrı 
parçalara diqqət yetirək: 
Bəyin evindəki qızların söhbətindən:  “Allah vurmuşdu, 
deyirsən bolşeviklər yaxşı adamdır, allah vurmuşdu, harası 
yaxşıdır? Nə qaldı başımıza gətirməsinlər. Topdağıtmaz 
evimizdə bir xalçamız qalmadı, qoyun sürümüzü dağıtdılar... 
naxırımız  əldən getdi” (44, 49).  (İyirminci illərin bəylərinin 
nümayəndəsi Kərbalayı  İsmayıl qırx il sonra F.Kərimzadənin 
yazdığı “Qarlı  aşırım” romanında həmin sözləri belə ifadə 
edəcək: “bəy, o kəsdiyimiz duz-çörək haqqı,  - ondan əziz şey 
bilmirəm, - mənə  dəyən kimə  dəysəydi, indiyə  qədər on dəfə 
silah götürərdi. Adamın varına da dəyərlər, torpağını da 
götürərlər, nə olar, elə bilirəm  əl çirkdi. Bəs hörmətə sözün 


____________Milli Kitabxana____________ 
 
155
nədir? Kişiliyə sözün nədir? Axı birdən-birə  hər  şeyi adamın 
əlindən almazlar!”) 
Kəndlinin dedikləri: “Biz bolşeviklərdən  qorxmuruq. Nə 
öləsi qoyunumuz var ki, saldatlar əlimizdən alsın, nə  də 
taxılımız var ki, atları ayaqlasın”. (44, 90.). 
Əmrah Tiflisdə  hərbi hospitalda müalicə olunarkən belə 
söhbətin şahidi olur: 
Gürcü  Şəfqət bacısı:  “Mənim  əmim oğlu bolşevikləri 
görmüşdür. O deyir ki, bolşeviklər təpədən-dırnağa qədər 
qanlı  xəncər-bıçaqla yaraqlanmışlar, onların hər biri yırtıcı 
heyvana bənzəyir” (44195). 
Mir Cəlanın ilk romanları – Dirilən  adam (1934-35) və 
Bir  gəncin manifesti (1939) bədii-estetik özəllikləri, üslub 
zənginliyi, dilinin sadəliyi və şirinliyi ilə seçildilər və oxucu ilə 
dərhal ünsiyyətə girə bildilər. Hər iki əsərin qəhrəmanları –  
Qədir də, Mərdan da kənddən  şəhərə  gələndən sonra inqilaba 
qoşulurlar və yenidən kəndə “inqilabçı” kimi qayıdırlar. Onları 
şəhərə  şəxsi problemləri gətirmişdi. Yəni Qədiri kənddə “ölü” 
elan eləmişdilər, Bəbir bəy onun gözəl-göyçək  arvadı 
Qumrunu  ələ keçirmək istəyirdi, özünü də  zəlil vəziyyətə 
salmışdılar. Mərdan isə Hacı  İbrahim Xəlili möhkəmcə 
əzişdirdiyi üçün qisas  və həbs olunmaq qorxusundan qaçmışdı. 


____________Milli Kitabxana____________ 
 
156
Yəni onlar öz şəxsi intiqamlarını almaq üçün hər hansı digər 
qisasçı dəstəsinə, qeyri-bolşevik qruplarına, lap elə qaçaqlara da 
rast gəlsəydilər qoşula bilərdilər. Sovet dövrü ədəbi fikrində 
belə inqilabçılar haqqında yazılan “aylarla, illərlə ailələrinin, 
ata-analarının, sevgililərinin üzünə  həsrət qalır, canlı insan 
kimi, əsil həyat adamı kimi bir çox nəşə və zövqlərdən məhrum 
olurdular. Onlar ən böyük nəşəni inqilabdan, xalq uğrunda 
apardıqları mübarizədən alırlar” (50, 140) sözlərini oxuyanda 
isə roman müəlliflərinin belə “nəşəni” və “zövqü” hansı 
bədiilik meyarları ilə, təbiiliklə  və inandırıcılıqla, ürəkdən və 
məhəbbətlə yaratdıqlarını görə bilmirik. Qədirin “inqilabçı” 
olmağı ilə bağlı epizodu xatırlayaq:  
Qara kişi (firqə sədri) Qədirə deyir: “ - Hə, bilirsən nə var, 
qardaş oğlu! Burada heç zad yoxdur. Burada bircə şey var – 
məslək! 
- Necə yəni məslək? Məslək nə olsun? 
- Bir döz! - Qara kişi aramla danışdı. – Bir döz, gecə də 
keçir. Məslək odur ki, burada sən canını, malını, başını 
qoyursan! Kimin yolunda – fəhlə - kəndlinin azadlığı 
yolunda... Sabah firqə deyəcək: tüfəngi götür səngərə get. Baş 
üstə, getməlisən! Partiya sənə deyəcək: soyuqda köynəkcək 


____________Milli Kitabxana____________ 
 
157
burdan  Şəmkirəcən qaç! Gərək qaçasan. Qoy ev-eşiyini, get 
Fitilbörkə. O saat. Ayrı söz yoxdur. Gərək gedəsən... 
Qədir duruxdu: 
- Yəni firqə qoymaz mən arvad –uşağım ilə görüşəm? 
- Yox...Elə demədim, dediyim odur ki, firqəmizin işi sənə 
candan da, başdan da, arvad-uşaqdan da qabaqdır” (68, 123). 
“Dirilən adam” romanı inqilab mövzusunda əsər hesab 
olunsa da, Mir Cəlal özünəməxsus sənətkarlıqla, realizmin gücü 
ilə Azərbaycan kəndinin  əhatəli mənzərəsini verə bilmişdir, 
həyat həqiqətlərini, acı reallığı açıb göstərmişdir. Burada sosial 
ədalətsizliyə, insana antiinsani münasibətə etiraz güclüdür. 
Ədəbiyyatşünas T.Salamoğlunun yazdığı kimi, “Qədirin 
talesizliyi və bu talesizlikdən doğan həyat “romanı” ideoloji 
təfsirin geyindirdiyi “sinfi don”a heç cür sığışmır, milli 
gerçəkliyin sosial bəlası kimi dərin bəşəri məzmun, məna 
daşıyır” (100, 17). 
Digər obrazlarla müqayisədə  Qədir bir elə canlı  və 
inandırıcı deyildir. Qədirin inqilabi gerçəklik  əsasında mənəvi 
“dirilməsi”nin də  bədii-estetik və sosioloji-fəlsəfi tərəfləri 
əsaslandırılmamışdır. Sanki müəllif Qədiri inqilaba gətirməklə 
“sosial sifariş”i yerinə yetirdiyinə arxayınlaşmış, sonra isə öz 
bədii aləminə baş vurmuşdur, canlı  və maraqlı obrazlarını 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə