____________Milli Kitabxana____________
158
(Qumru, Məşədi İslam, Qıssa xanım, Bəbir bəy, Sarıqlı Molla,
Bekar və b.) və bədii lövhələrini, epizodlarını (təbiət
mənzərələri, şəhərin quduz mənzərəsi, Bəbir bəyin
“adaxlıbazlığı”, Qumru-Sarıqlı Molla əhvalatları, Bəbir bəyin
məclisi və s.) tapmışdır.
“Bir gəncin manifesti”ndə də belədir. Sanki M.Cəlal
Mərdan obrazını inqilaba gətirməklə ideoloji nəzarətçilərə dedi
ki, “buyurun, bu da sizin inqilabçı obrazı”. Yaxud, “buyurun,
bu da sizin Lenin!”, “Qalanları isə mənimdir!” Qalanları:
“Təhqir”, “Təcili tədbir”, “Nökərçilik”, “Yeni yolda”, “Sonanın
cavabı”, “Göz yaşı romanı”, “Məktub”, “Manifest” fəsilləridir.
Bu fəsillərin hər birini isə ayrılıqda Azərbaycan ədəbiyyatının
bədii cəhətdən mükəmməl və unudulmaz nümunələri hesab
etmək olar.
Çağdaş ədəbiyyatşünaslıqda romanın uğurunu sosializm
realizmi üstünlüklərindən çox, yazıçının fərdi romantik üslubu
ilə bağlayırlar. M.Cəlal romanlarında, xüsusilə “Bir gəncin
manifesti”ndə müasir bədii təfəkkürü cəlb edən məziyyətlərin
çox olduğu razılıqla göstərilir. Ədəbi fikir istər Baharın
taleyinin, istərsə də onun anası Sonanın xarakterinin bədii
düşüncə predmeti olaraq qalacağı qənaətindədir. Onların ikisi
də müstəqil bədii süjetin baş qəhrəmanı səviyyəsində dayanırlar
____________Milli Kitabxana____________
159
və ümumilikdə romanın baş qəhrəmanı hesab edilən inqilabçı
Mərdandan xeyli yüksəyə qalxırlar. Həm də bu personajlarla
bağlı fəsillər o qədər güclüdür ki, hətta hadisələrə sinfi -
ideoloji mövqedən verilən şərhlərin və siyasi- publisist deyim
tərzinin üstünlük təşkil etdiyi proloqu, epiloqu və bir neçə fəsli
çıxsaq belə, roman öz bütövlüyünü, bədii-estetik təsirini
saxlayacaqdır.
Inqilab mövzusu və inqilabçılar görkəmli yazıçı
M.S.Ordubadinin bədii yaradıcılığında da kifayət qədərdir.
Onun “Dumanlı Təbriz ” romanı və “Döyüşən şəhər ”, “Gizli
Bakı ” və “Dünya dəyişir ” əsərlərindən ibarət trilogiyası bu
sıraya qatılır. Bəri başdan deyək ki, “Dumanlı Təbriz” bu
cərgədə dura bilməz. Uzun müddət “Dumanlı Təbriz”də
inqilabi mövzuda yazılmış romanların xüsusiyyətləri
axtarılmışdır. Ideya aydınlığını bir çox əsərlərimizdə olduğu
kimi, M.S.Ordubadinin də romanlarının mühüm məziyyəti
hesab edənlər, nədənsə “alt qatda”kı ideyaları görmək
istəməmişlər.
“Dumanlı Təbriz” romanı 1907-1917 ci illərdə Cənubi
Azərbaycanda baş verən mürəkkəb tarixi hadisələrdən bəhs
edir. Burada hansı inqilabdan söhbət gedir? Həmin dövrdə İranı
____________Milli Kitabxana____________
160
əhatə edən məşrutə hərəkatından. Bu hərəkat isə Cənubi
Azərbaycanda milli-azadlıq çalarları ilə görünürdü və onun
Səttar xan və Bağır xan kimi liderləri vardı. Deməli, “inqilab”
və “inqilabçılar” milli-azadlıq hərəkatı ilə bağlıymış. Bakıdan
göndərilən və Əbülhəsən bəy adı ilə fəaliyyət göstərən inqilabçı
isə sinfi mübarizə aparmaq səylərində olsa da, daha çox milli
azadlıq hərəkatının təmsilçisi kimi görünür.
“Dumanlı Təbriz” romanı tədqiqatımızın digər fəslində
geniş təhlilə cəlb olunduğu üçün üzərində dayanmırıq.
1918-ci ildə Azərbaycanda gedən mürəkkəb ictimai-siyasi
prosesləri əks etdirən “Döyüşən şəhər” romanında “inqilabi,
yaxud “vətəndaş müharibəsi” mövzusunda yazılan roman
təsnifatının zahiri örtüyü altında öz fərdi-şəxsi həyatları olan
insanların canlı bədii obrazları vardır” (33, 155). Lakin,
“Dumanlı Təbriz”dən fərqli olaraq, trilogiyaya daxil olan
romanlarda sırf ideoloji məqsəd üstünlük təşkil edir və
müəllifin bolşevizmə, sovet hakimiyyətinə rəğbəti açıq ifadə
olunur. M.S.Ordubadi qeydlərində deyirdi ki, trilogiyanı
yazmaqda məqsədi Bakı partiya təşkilatının gizli hərəkat
tarixini iyirminci illərə qədər bədii şəkildə verməkdir. Müəllif
1894-cü ildən 1918-ci ilə qədərki hadisələri “Gizli Bakı”da,
____________Milli Kitabxana____________
161
1918-1920-ci illəri “Döyüşən şəhər”də, 20-ci illəri isə “Dünya
dəyişir”də əks etdirmişdir.
Sovet ədəbiyyatşünaslığı bu romanları qiymətli bədii
nümunələr hesab etməklə, M.S.Ordubadini “inqilab
salnaməçisi” adlandırmışdır. Bolşevizmin Bakıda fəaliyyət
göstərən nümayəndələrinin – Xanlar Səfərəliyevin, Kobanın,
Pyotr Montinin, Lado Ketsxovelinin, Bakı kommunası
rəhbərlərinin, S.M.Kirovun və digər inqilabçı obrazlarının
yaradılması, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev,
Ağamusa Nağıyev kimi “burjuy”ların ifşası müəllifin böyük
yaradıcılıq nailiyyəti kimi qiymətləndirilmişdir.
Trilogiya oxucunu inandırmağa çalışır ki, guya uzun illər
boyu Bakıda güclü inqilabi hərəkat formalaşmış, onun Bakı
kommunası kimi “parlaq” səhifəsi də olmuş, Oktyabr
ideyalarından “güc alan” Bakı inqilabçıları Azərbaycanda Sovet
hakimiyyətini qurmuşlar. Əlbəttə, tarix artıq hər şeyə aydınlıq
gətirmiş, hər şeyi yerinə qoymuşdur. İndi Bakı bolşevizminin
də, Bakı Kommunasının da siması və məqsədi məlumdur,
Azərbaycana sovet hakimiyyətinin inqilabi çevrilişlə deyil, XI
Qızıl Ordunun işğalı ilə gətirildiyi də aydındır. Odur ki, tarixi
faktların yenidən araşdırılması ilə hər üç romanın uydurma
üzərində qurulduğu təkzib olunmur. Xüsuslilə trilogiyanın
Dostları ilə paylaş: |