Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə42/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

____________Milli Kitabxana____________ 
 
175
həmin dövr gerçəkliyinin ayrı-ayrı epik lövhələrinə görə 
maraqlı ola bilər.  
Əbülhəsən  əsərinə ilk roman obrazlarını  gətirmişdir. 
Bunlar Bakı  fəhləsi, yeni kolxoza rəhbərlik etmək üçün 
göndərilən Bünyad, yeni kənd uğrunda yorulmadan çalışan 
Qumru, kənd fəalı Muzdur, milis rəisi, pozucu qüvvələrə 
məharətlə  rəhbərlik edən Kamal, qolçomaq Əhməd, kənd 
ortababı Babacan, Cani kişi və başqalarıdır. Bunların hər birini 
müəllif canlı xarakter səviyyəsinə qaldırmağa çalışmış, fərdi 
özəlliklərini, psixoloji aləmlərini açmağa səy göstərmişdir. 
 
Mehdi Hüseyn “Tərlan” romanına (1937-1938) əvvəlki 
“Daşqın”  əsərinə nisbətən bir neçə canlı obraz gətirmişdir. Və 
bu roman da partiya təbliğatçısı  və  şüarçısı  səviyyəsində 
görünən baş  qəhrəmanı  Tərlanın sxematik, cansız obrazı ilə 
deyil, Mürsəl kişi, Güləli oğlu, Həmid,  Ədhəm kimi canlı 
insanları ilə diqqəti çəkir. Romandan bir parça: 
“Şəhribanı onun sözünü kəsdi: 
 –   Əlbəttə, indi vaxtın olmaz. Kolxoza yazılıbsan, böyük 
adam olubsan. Bizdə nə var? Yoluq-yoxsul adamıq. – Bəy qızı 
istehzanın yersiz olduğunu duyub səsinin ahəngini dəyişdi: – 


____________Milli Kitabxana____________ 
 
176
Kolxoz deyəndə  ağzınıza çullu dovşan sığmır, de görüm 
mənim qapımda yaxşı dolanırdın, yoxsa indi? 
 Güləli oğlu adəti üzrə əlindəki çubuqla yeri qurdalayırdı. 
O, Şəhribanının sualını eşitməməzliyə vurdu. 
         –  Vallah, –  dedi, –  nə bilim, ay xanım, görək axırı nə 
təhər olur da”. (44, 498).  
“Görək axırı  nə  təhər olur” – bu, təkcə Güləli oğlunun 
deyil, kənddə kolxoz quruculuğuna, sovet hakimiyyətini 
möhkəmləndirmək tədbirlərinə heç də könüllü qoşulmayan, 
hətta zorakı yollarla cəlb edilən minləri, yüz minləri 
düşündürən bir sual idi. Gənc  Mehdi Hüseynin siyasi-ideoloji 
inamı  və  həyat həqiqətlərinə  sədaqətli qalmaq instinkti 
arasındakı ziddiyyətlər də məhz belə epizodlarda görünürdü və 
onun bir istedadlı yazıçı kimi imkanlarını təsdiq edirdi.  
Əli Vəliyev də həmin illərdə yazdığı “Qəhrəman” romanı 
ilə kolxoz quruluşu uğrunda sinfi mübarizəni tərənnüm 
etmişdir. Lakin bu roman cərgədə olan eyni istiqamətli 
romanlardan heç bir üstünlüyü ilə  fərqlənmir, bəzii təbii 
məqamlarına baxmayaraq, bədiilik baxımından, kompozisiya 
quruluşu və  bəsit təsvirləri ilə  zəif təsir bağışlayır.  İdeoloji 
tələblərə “xüsusilə” cavab vermək səyləri romanda nəzərə 
çarpır. 


____________Milli Kitabxana____________ 
 
177
Ümumiyyətlə inkar etmək olmaz ki, otuzuncu illərdə 
müəlliflər fərdlərin yox, təbəqələrin, siniflərin psixologiyasını 
açmağa çalışsalar da, ədəbiyyatımıza bəzi yaddaqalan obrazlar 
gətirə bilmişlər. Ədəbi təcrübənin azlığı, janrın yeniliyi, dövrün 
kəskin ziddiyyətləri, ideoloji təzyiqin artması və s. çətinliklərə 
baxmayaraq, gənc müəlliflərin roman yazmaq səyləri,  əlbəttə, 
qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, həmin dövrün 
romanları sonralar yenidən işlənmiş 
və nisbətən 
təkmilləşdirilmişdir.  
  
“Saçlı” romanında hadisələr otuzuncu illərin  əvvəllərində 
cərəyan edir və müharibə illəri də daxil olmaqla böyük bir dövr 
əhatə olunur. S.Rəhimov 1940-cı ildə yazmağa başladığı, 
üzərində 10 ilə qədər işlədiyi üç cildli “Saçlı” romanının araya 
gəlməsi haqqında yazırdı ki, “Saçlı”nı yazarkən sanki daş-qaya 
üstündə buruq qoyub yerin qatlarını qazmışam.  Əsər araya 
gələndən sonra buradakı  mənfi hadisələrin sovet həyatı üçün 
səciyyəvi xarakter daşımaması, sovet cəmiyyətində 
Sübhanverdizadə, Meşinov, Balacayev və b. kimi mənfi 
ünsürlərin olmaması barədə fikirlər səslənmişdir. Dövrün 
nüfuzlu tənqidçiləri yazırdılar ki, romanda müəllif “hadisələri 
və insanları birtərəfli, özü də dövrümüz üçün heç də səciyyəvi 


____________Milli Kitabxana____________ 
 
178
olmayan bir şəkildə  əks” etdirmişdir (46, 43), “sovet varlığı 
haqqında birtərəfli, natamam və  bəzən də yanlış  təsəvvür” 
yaratmışdır (46, 44), “qara qüvvələrin təsirinə olduqca böyük 
yer vermiş, onların qarşısında duran sovet adamlarını isə çox 
ağır hərəkət edən, düşmənə fürsət verən, döyüşkənlik ruhundan 
məhrum olan adamlar kimi meydana çıxarmışdır” (66, 227) və 
s. Bunlar da ilk növbədə sovet cəmiyyətinin artıq konfliktlərdən 
uzaq olması barədə  şüurlara yeridilən ideoloji diqtənin  əks-
sədası idi. “Konfliktsizlik” dövründə  tənqidi realizmə üz 
tutması S.Rəhimovun ciddi nöqsanı hesab edilsə  də, “Saçlı” 
romanı xüsusilə ikinci və üçüncü cıldləri ilə sosialist 
realizminin, sinfilik mövqeyinin bir nümunəsi olaraq görünür. 
Amma belə bir qənaəti də təsdiq etməliyik ki,  romanda həmin 
dövr hadisələrinin real mənzərəsi, canlı və yaddaqalan obrazlar  
vardır.    
“Saçlı” birinci cildi ilə güclüdür, cəlbedicidir, təsirlidir, 
bədii nümunə kimi yaddaqalandır. Düzdür, burada da 
uzunçuluq, yoruculuq çoxdur. Sonradan yazılan iki cild isə 
(yalnız üçüncü cildin əvvəllərində Zülmətin dəstəsinin 
darmadağın edilməsi, Sübhanverdizadənin ifşası  ılə bağlı 
epizodlar istisna olmaqla) artıq görünür. İkinci və üçüncü 
cildlər sanki raykom katibi Tahir Dəmirov obrazını  “ətə-qana 


____________Milli Kitabxana____________ 
 
179
gətirmək” və  Şaçlı – Rüxsarə obrazını ön plana çıxarmaq, 
inkişafda göstərmək məqsədini güdür. Müəllif Tahir Dəmirovu 
at belində kəndləri gəzdirir, onun qorxmaz və dönməz olduğunu 
sübut etməyə çalışır, novatorluğunu, işgüzarlığını, 
təşkilatçılığını qabartmaq istəyir. Bütün bu səylərinə 
baxmayaraq, Dəmirov bədii obraz kimi Sübhanverdizadə 
səviyyəsinə qalxa bilmir. Bu obraz, müəllifin bütün səylərinə 
baxmayaraq, sxematik və birtərəflidir. Onunla bağlı epizodlarda 
uzun-uzadı “hərəkət” varsa da, bədiilik yoxdur. Elə birinci 
cildin axırlarında  Dəmirovun Baş Yollar idarəsində “fəallığı” 
da oxucunu yorur, belə epizodlarda estetik həzz məqamları 
yoxdur , bu və digər belə parçalarda oçerkvari təfsilatlar 
romanın daxili poetikasını bəsitləşdirir.  
Saçlı – Rüxsarə obrazını da bitkin hesab etmək olmaz. 
Zülmətin dəstəsi ilə döyüşdən sonra müəllifin uzun-uzadı 
əhvalatlarla Rüxsarəni inkişafda göstərmək istəməsi səyləri heç 
də obrazı  zənginləşdirmir, tamamlamır. Biz Rüxsarəni yalnız 
müəllifin cızdığı  xətt üzrə, tərcümeyi-hal, “hərəkət” xronikası 
ilə “inkişafda” görürük. Və burada da bədiilik  əvəzinə 
oçerkçilik üstünlük təşkil edir.  
Romanın kompozisiyası  bədii tutumundan xeyli genişdir. 
Birinci cilddə start götürən və nisbətən genişlənən romanın 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə