____________Milli Kitabxana____________
269
toy,
yas mərasimləri, Azərbaycan süfrəsi, zorxana və s.)
Azərbaycan xalqının mənəvi-mədəni zənginliyindən,
qədimliyindən xəbər verir.
Əsərdə bir çox tarixi simaların bədii obrazları vardır: Molla
Pənah Vaqif, Vidadi, Qarabağ, Quba, Şirvan, Bakı xanlıqlarının
hakimləri – İbrahim xan, Fətəli xan, Mustafa xan, Hacı
Məlikməmməd xan, Gürcüstan hakimi İrakli, İran hökmdarı
Ağa Məhəmməd şah Qacar,
Məmməd bəy Cavanşir və
başqaları. Müəllif tarixi obrazları yaradarkən tarixi mənbələrə
əsaslanaraq heç birini şişirtməyə, yaxud kiçiltməyə meyl
etməmiş, real cizgilərini, daxili ziddiyyətlərini göstərməklə
onları dəyərləndirməyi oxucunun öhdəsinə buraxmışdır. Oxucu
belə bir
qənaətə gəlir ki, “böyük şəxsiyyətlərin böyük faciələri
tarixin sinəsinə qanla yazıan səhifələr kimi fərdi taleləri deyil,
eyni zamanda bütöv bir xalqın tarixi taleyini öz içərisinə alır” (
33, 141 ). Romanda Kiçikbəyim xanım, Ağabəyim Ağa, Kazım,
Səfər, Telli, Gülnaz, Şahməmməd, Xanməmməd, Qızxanım,
Mədinə kimi digər obrazlar da canlı və inandırıcıdır.
Romanda toxunulan, tarxi həqiqəti
təsdiq edən bir
məsələnin də üstündən keçmək olmaz. Y.V.Çəmənzəminli
dövrünün siyasi-ideoloji yasaqlarının fövqündə duraraq,
ermənilərin hələ həmin tarixi mərhələdə Qarabağa əsassız
____________Milli Kitabxana____________
270
iddialarını cəsarətlə açıb göstərmişdir. İbrahim xan və Qarabağ
əhli ürək genişliyi ilə ermənilərin burada rahat yaşayışını təmin
etsələr də, onlar öz xislətini göstərirlər. Bu məsələyə roman
boyu toxunulur. Bəzi məqamlara diqqət yetirək:
“İbrahim xan tamamilə sakit olub, maraqla soruşdu:
– Bəs bu ermənilər harada imiş?
– Ermənilər buralara çox sonralar gəlmişlər; bunlar
Çingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlara
sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “Sığınaq”
deyirlər...” (16, 535).
Ibrahim xan erməni Cümşüdə deyir:
“Bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyi
İsa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı,
on İsanı, yüz İsanı, - burada xanın səsi yüksəldi, - yox eləmək
mənim əlimdə bir qurtum su içmək kimi bir şeydir!.. Biz
dedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqda
qohumluq da olsun. Daha üzdə bir, dalda ayrı cür olmaq
demədik. Adam yorğanına görə ayaq uzadar ...Bir dəfə göz
eləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər. Amma mən
pislik eləmək istəmirəm... Adam gərək gerisini düşünsün.
Petro padşah sizə nələr vəd eləmişdi, nə oldu? Köməyə
gələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların
____________Milli Kitabxana____________
272
bəri körüklənən erməni-türk ziddiyyəti heç bir zaman belə
gərginləşməmişdi”(16, 646).
“ODLU
DİYAR
”. MİLLİ
VARLIĞIMIZ
QƏDİM
TARİXDƏ
1930-1940-ci illər mərhələsinin haqqında danışdığımız dörd
tarixi romanı cərgəsinə bir əsəri də əlavə etmək olar: bu,
A.Zöhrabbəyovun “Qdlu diyar” romanıdır. İxtisasca kimyaçı
olan A.Zöhrabbəyovun 1945-ci ildə rus dilində yazdığı bu əsəri
M.Rzaquluzadə müəllifin iştirakı ilə
əlyazmasından
Azərbaycan dilinə tərcümə etmişdir. Y.Axundlu yazır ki,
“Tərcüməçinin yaradıcı əməyi hər iki dili, eyni zamanda
hadisələrin
cərəyan etdiyi tarixi dövrü, klassik şeiri yaxşı
bilməsi sayəsində “Odlu diyar” orijinal əsər kimi oxunur” (4,
112-113). Elə həmin il roman hissə-hissə “Vətən uğrunda”
jurnalında çap olunmuşdur. 1946-cı ildə gənc yaşında dünyasını
tərk edən müəllif oxuculara dəyərli bir əsər bəxş etmişdi. Orta
əsrlər Azərbaycan tarixini dərindən öyrənən A.Zöhrabbəyovun
romanında hadisələr XII əsrdə Şirvanşahlar ərazisində – əsasən
Bakıda cərəyan edir, təxminən iki illik bir dövr əhatə olunur,
Azərbaycan xalqının həyatı və məişəti, onların yadellilərə qarşı
mübarizəsi göstərilir.