____________Milli Kitabxana____________
266
deyir.
Qoca başını tərpədir.
– Qızıl nədir – tanımıram; tanımaq belə istəmərəm. Arzu
isə əzab qapısıdır, - deyir” (16,
370
-371).
“Qızlar bulağı” romanının forması
mövzunun
xarakterinə tamamilə uyğundur. “Bu da nəticədə janrda yeni
poetik naxışların əmələ gəlməsinə səbəb olur və əsərin idraki
imkanlarını artırır. Azərbaycan tarixinin, onu yaradan,
irəlilədən və yaşadan insanların bədi obrazını yaratmaq
sahəsində axtarışları Çəmənzəminlini dərin qatlara aparır və
burada milli kökü axtarır. Ona görə də xüsusi kompozisiya
forması tətbiq etmədən “Qızlar bulağı” romanında
tarixin
qədim fəlsəfəsini yaratmaq olmazdı. Roman tarixin dərin mifik
qatlarına daxil olaraq orada ümuminsani başlanğıcların
mənbəyini meydana çıxarır. Çünki tarixin qan yaddaşında
insanların faciəsi, kədərli müsibəti ilə yanaşı, sevincinin,
yaşamaq uğrunda apardığı mübarizələrin dərin izləri
yazılmışdır”(33, 140). Bu sözlərin müəllifi, ədəbiyyatşünas
alim Himalay Ənvəroğlu fikrini davam etdirərək yazır: “Ən
qədim tarixi ayrı-ayrı qəbilələrin insanlarının canlı
münasibətlərinin romanına çevirmək təbii olaraq müəllifin
“Qızlar bulağı” janr tipini “seçməsinə” səbəb olmuşdur. Başqa
____________Milli Kitabxana____________
267
sözlə, tarixin belə bir mifoloji-fantastik əlaqədə göstərilməsi
özünün müvafiq formasını yaratmışdır. Əks halda,
müəllif
kifayət qədər sərbəst hərəkət edib tarixi-fəlsəfi fon yaradıb
obrazların canlı bədii xarakterini verə bilməzdi” (33, 141).
“İKİ
OD
ARASINDA
”. TARİXİMİZ
VƏ
TALEYİMİZ
Tariximizin mürəkkəb və taleyüklü mərhələsi – XVIII əsr
Azərbaycanı Y.V.Çəmənzəminlinin “İki od arasında”
romanının mövzusudur. Əsərdə həmin dövrün ictimai-siyasi və
sosial-məişət mənzərəsi, Azərbaycan həyatının çalarları konkret
və koloritli canlandırılmışdır. Roman inandırıcılıq gücü,
sənətkarlıq məziyyətləri ilə seçilir. 1937-ci ildə yazılan bu əsər
həmin dövrdə çap olunmadı. Müəllif repressiyaya düçar oldu.
Odur ki, roman alttmışıncı illərin əvvəlində ortaya çıxarıldı və
“Qan içində” adı ilə çap olunmağa başladı. Roman indi ilkin
adı ilə çap olunur.
Ədəbiyyatşünas alim Akif Hüseynov 1982-ci ildə romanın
milli-mənəvi dəyərlərimizlə bağlılığını yüksək
qiymətləndirərək yazırdı: “Əsərin
milli müəyyənliyi həm də
ıdeya mündəricəsi ilə, müsbət qəhrəmanlardakı milli şüurun
aydın ifadəsi ilə, Vətən qayğısı, xalqa məhəbbət kimi
keyfiyyətlərlə şərtlənir” ( 42, 97 ).
____________Milli Kitabxana____________
268
Əlbəttə, otuzuncu illərdə belə bir romanın yazılması faktı
Azərbaycan ədəbiyyatının uğuru hesab edilməlidir. Əsərdə
söhbət Qarabağ xanlığından getsə də,
oxucunu bütün
Azərbaycan haqqında düşündürür. Və müəllifin çatdırmaq
istədiyi mətləbin ictimai-siyasi mahiyyəti aydın görünür:
Azərbaycan kiçik xanlıqlara bölündüyünə, birləşmək səyləri
boşa çıxdığına görə bu torpaqlara marağı və iddiası olan Rusiya
və İran kimi böyük dövlətlərin təzyiqləri qarşısında davam
gətirə bilmir və həmin xanlıqların timsalında müstəqilliyini
itirir. Romanda hadisələrin mərkəzində dayanan böyük şair və
Qarabağ xanlığının baş vəziri Vaqif ürək yanğısı ilə Mirzə
Əliməmmədə deyir:
“Azərbaycan xanları bir-biri ilə vuruşur, rəyasət üçün ata
oğlunu, qardaş qardaşı öldürür, bir-birinin gözlərini çıxarır,
elimiz, ulusumuz xanların kefi üçün qırılıb gedir: xanimanlar
yanıb kül olur... Bu fəlakətə qarşı ürəyimiz çatlasa da,
qabağını almaqdan acizik!” (16, 570)
.
Müəllif, romanın əhatə etdiyi ziddiyyətli və gərgin tarixin
fəlsəfəsini də açmış, mənsub olduğu xalqın milli-mənəvi
dəyərlərini
konkret bədii vasitələrlə, canlı obrazlarla,
mükalimələrlə ifadə etmişdir. Xalq məişətinin koloritini, zəngin
etnoqrafiyanı göstərən təfərrüatlar, lövhələr (novruz bayramı,