____________Milli Kitabxana____________
253
Qızıl Arslanın Toğrula məktubundan:
“Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə
qarşı amansız mübarizə açmalısan. Buna görə də Azərbaycan
xalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onları
qəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftar
etmək lazımdır” (85 , 196 ).
Vəliəhd Əbubəkrin yazdığı xatiratdan:
“İnsan, ancaq burada, öz doğma vətənində yaşadığını hiss
edir. Xalq bir dil, bir arzu daşıyan xalqdır. Kəndlilərindən
başlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanın
istiqlaliyyəti məsələsi həyat məsələmizdir”. Xalq düşüncəli və
şüurludur. Düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı
olduqca mehriban və səmimidirlər” (85, 214 ).
Vəliəhd Əbubəkir əmisi Qızıl Arslana deyir:
“ – onlar (azərbaycanlılar- Y.R.) bizim simamızda
Azərbaycan türklüyünü görməlidir. Lakin Səlcuq
hökmdarları, hətta Səncərin özü də Azərbaycan xalqına
Azərbaycan türklüyünün doğma simasını göstərə
bilməmişdir” (85, 272 ).
Nizami Fəxrəddinin başçılıq etdiyi orduya müraciətində
deyir:
____________Milli Kitabxana____________
254
“ – Vaxtilə ərəblər və farslar bizdən hər bir şeyi aldılar.
Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixi
qəhrəmanlığı bizim əlimizdən ala bilmədilər” (85, 336 )
Roman çap olunandan sonra (I hissə-1946-cı ildə, II hissə-
1948-ci ildə) ədəbi fikirdə ona münasibət birmənalı olmamışdır.
1947-ci ildə Mehdi Hüseyn “Qılınc və qələm” haqqında
qeydlər”ində M.S.Ordubadinin ədəbiyyat tariximizin son dərəcə
görkəmli simalarından biri olduğunu göstərməklə bərabər,
romana ciddi iradlarını bildirir. Dövrün ideoloji prinsiplərinə,
sosialist realizminin bədii-ictimai tələblərinə söykənən
M.Hüseyn yazırdı ki, müəllif romanda xalqı və onun qəhrəman
oğullarını əsərin mərkəzi surətlərinə çevirməmiş, xalqa
romanda , demək olar ki, heç yer verməmişdir (45, 574). Lakin
M.Hüseyn “Nizamini bu günün tələbinə görə modernizə etmək,
onu müasirləşdirmək olmaz” (45, 569) deyəndə tamamilə
haqlıdır. Bu fikrin davamı olaraq M.Hüseyn yazır ki, tarixi
qəhrəmanı müasirləşdirmək yolu tarixi roman prinsiplərinə
tamamilə zidd bir yoldur (45, 570).
Ədəbi tənqidin sonrakı illərdə də, çağdaş dövrümüzdə də
Nizami obrazına münasibəti birmənalıdır. Tehran Əlişanoğlu
“XX əsr Azərbaycan nəsrinin poetikası” adlı monoqrafiyasında
(2006) bir daha yazır ki, “M.S.Ordubadinin “Qılınc və qələm”
____________Milli Kitabxana____________
255
romanında obrazını yaratdığı Nizami Gəncəvi-İlyas surəti
bütövdür, əhatəlidir, zəngindir, hər şeydən öncə şairin yüksək
humanist ideyalarının pafosu, özünəxas təfsirindən
doğulmuşdur, yazıçı Nizami mövqeyindən öz dövrünün bir sıra
həqiqətlərinə münasibətini görk edə bilir. Amma bu,
heykəlləşmiş obrazdır, dəyişməz, müsbət – örnək
xüsusiyyətlərin mücəssəməsidir, hisslər, fikirlər, mənalar zahiri
möhtəşəmliyə tabedir, hətta bəzən onun kölgəsində qalır... Şair
çox yerdə XII əsrin deyil, XX əsrin ictimai-siyasi xadimi kimi
davranır, fikir yürüdür” (32, 189).
Bununla belə, hesab edirik ki, “Qılınc və qələm” romanı
Nizami Gəncəvi haqqında bioqrafik əsər deyildir. Əsərin
Nizamiyə həsr olunmasını da hətta iddia edə bilmərik.
M.S.Ordubadi tərcümeyi-halı ilə bağlı yazılarından birində
qeyd edir ki, romanda “XII əsrin əvvəllərində Şərqdə böyük bir
dövlət təşkil etmiş Səlcuq xanədanının süqut etməsi ilə, yerində
Eldəniz oğullarının Azərbaycan atabəyləri adında bir dövlət
təşkil etməsi, Yaxın Şərq xəritəsinin tamamilə dəyişməsi,
nüfuzdan düşmüş Bağdad xəlifəsinin mövqeyini mənimsəmək
üzərində gedən mübarizələr, bu mübarizələr zamanında
Azərbaycanın siyasi və iqtisadi vəziyyəti tarixi vəsiqələrlə
təsvir edilir” (84, 10).
____________Milli Kitabxana____________
256
Romanda oxucunu cəlb edən, alıb-aparan xətlər hər şeydən
əvvəl Nizami dövrünün Azərbaycanıdır, dövrün koloritidir,
Azərbaycan dövlətinin təşəkkülü və möhkəmləndirilməsi
uğrunda mübarizələrdir, rəngarəng və dolğun insan xarakterləri
və onların taleləridir, hadisələrin cəlbediciliyi və məntiqidir,
tarixi keçmişimizin təqdimatının zənginliyi və səviyyəsidir.
Həmin tarixin Nizami Gəncəvi kimi böyük şəxsiyyəti var, lakin
bu tarix yalnız Nizami Gəncəvi deyildir. Əsərdə hadisələrin baş
verdiyi məkan da əhatəlidir: Gəncə və Təbriz, Həmədan və
Bağdad, Qarabağ və Şirvan, Naxçıvan və Muğan...
M.S.Ordubadinin digər əsərlərində olduğu kimi, xüsusilə
“Qılınc və qələm”də də təbiət təsvirləri ustad sənətkar
qələminin məhsulidur. Yüksək bədiiliyi, poetikliyi ilə seçilən
belə təsvirlər həm hadisələrin, bədii məqamların məzmununu
tamamlayır, həm də milli ruhun, milli düşüncənin çalarları kimi
görünür.
Təbiət ilin ayrı-ayrı fəsillərində özünəməxsusluğu ilə
canlandırılır.
Bahar fəsli:
“Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl
saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar
fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı
Dostları ilə paylaş: |