Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə68/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

162
4. Hansı sualın cavabı sıra sayıdır?
A) Sinif yoldaşlarından neçəsi əlaçıdır?
B) Neçənci ildə anadan olmusan?  
C) Dərsləriniz saat neçədə başlayır?
5. “Onuncu” sözünün rəqəmlə yazılışı hansı bənddə düzgün verilib? 
A) 10-uncu
B) 10-cu 
C) 10-cı
Dərs 71. GÜLGƏZ (6 saat)
Motivasiya
Müəllim aşağıdakı şeiri səsləndirir:
Sual: – Görəsən, nəvə nə üçün babasının söhbətlərini “şəkər” adlandırır? Babalar nəvələrinə
nələr danışırlar?
Şagirdlər öz fikirlərini söyləyirlər.
Müəllim şagirdlərə təklif edir ki, hərəsi öz babası haqqında fikirlərini desin və ona
münasibətini bildirsin.
Müəllim şaxələndirmə aparmaqla şagirdlərin dediklərini yazı taxtasında qeyd edir.                                 
Oxu 
Dərslikdən “Gülgəz” mətni (səh. 153-157) müəyyən yerlərdə fasilələr verilməklə ayrı-ayrı
şagirdlər tərəfindən səsli oxunur. Hər pauzada müəllim oxunmuş hissə ilə bağlı suallar verir.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi elmi-kütləvi mətni topladığı
məlumatlarla zənginləşdirir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və dinlədiyi məlumatları həyatda
gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni söz və terminlərin mənasını
təxmin edir, lüğət vasitəsilə dəqiqləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.2. İxtisar və əlavələr etməklə mətni
üzündən köçürür. 
Mətnə əlavələr etməklə üzündən köçürür. 
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
4.1.7. Cümlə və onun növləri ilə əlaqədar
kiçik təqdimatlar edir.
Cümlələrin quruluşuna görə növlərini
müəyyən edir.
Yaman sevirəm,                                               
Babamı yaman.                                               
Ayrılmaram mən 
Ondan bircə an.                                   
Sözü-söhbəti
Şəkərdir, şəkər.
Belə babadan
De, kim əl çəkər?
M.Namazov
6
Çap üçün deyil


1-ci pauza (“Peyvənd edəcəyik!” cümləsinə qədər). Suallar:
– Puçur nədir?
(tumurcuq)
– Peyvənd nədir? Onu hansı sözlə əvəz etmək olar?
(Calaq – bir bitkinin budağının bir
hissəsini – qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq)
2-ci pauza (“Puçurlarını da tökübsən, bunun harası göyərsin?” cümləsinə qədər). Suallar:
– Sizcə, Alı baba düzmü deyir?
3-cü pauza (“Yox, səbəb başqa idi” cümləsinə qədər). Suallar:
– Gülgəzin babasına münasibətini necə qiymətləndirirsiniz? 
– Müəllifin qoyduğu suala (Gülgəz Alı babanın sözünə niyə inanmadı?) siz necə cavab
verərdiniz?
4-cü pauza (“Yamanca kor qoydu babanı…” cümləsinə qədər). Suallar:
– Babanın  “Köhnə zamanın üzü qara olsun. Yamanca kor qoydu babanı...” sözlərini necə
başa düşürsünüz?
– İndi deyə bilərsinizmi, niyə Gülgəz babasının badam çubuğu haqqında dediklərinə
inanmadı? İnanmamaqda haqlı idimi?
Danışma
(müzakirə)
“Savad və bilik” mövzusunda diskussiya keçirilir. Müəllim diskussiyanın suallarını elan edir:
– Savad və biliyi eyniləşdirmək olarmı?
– Savadsız insan bilikli ola bilərmi?
– Savadlı olmaq üçün nə etmək lazımdır?
– Bilikli olmaq üçün nə etmək lazımdır?
Şagirdlər həyatdan misallar gətirməklə sualları cavablandırırlar.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 104-cü səhifəsindəki 1-ci tapşırıqdan istifadə etmək olar.
Yazı
Mətnin 1-ci hissəsində (səh.153-154) Gülgəzin babasına göstərdiyi qayğı ilə bağlı abzas
dərslikdən köçürülür. Müəllim tapşırır ki, şagirdlər köçürdükləri mətnə babaya qayğı ilə bağlı
daha bir abzas əlavə etsinlər.
Evdə “Mənim babam” mövzusunda inşa yazmaq tapşırılır. Şagirdlərə tapşırılır ki, babaları
ilə bağlı mümkün qədər çox məlumat toplasınlar və yazıda ona münasibətlərini bildirsinlər.
Oxu
Müəllim mətnin 2-ci hissəsini oxutdurmazdan əvvəl BİBÖ cədvəli vasitəsilə şagirdlərin
badam haqqında bilikləri yoxlanılır. Cədvəlin birinci iki sütunu doldurulur.
Rollu oyun. Dərslikdən “Gülgəz” mətninin 2-ci hissəsi (səh. 154-155) 4 şagird (aparıcı,
müəllim, baba, nəvə) tərəfindən ifadəli oxunur. 
Dərsliyin 155-ci səhifəsində “Söz ehtiyatı” rubrikasında verilmiş tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: “Botanika” sözünün izahı: bitkilər haqqında elm; nəbatat elmi.
“Qov” sözünün izahı: bəzi ağacların gövdəsindən şiş kimi çıxan pambığaoxşar yumşaq
maddə. Tez alışdığından qədimdə çaxmaqla yandırılaraq kibrit kimi istifadə olunurdu.
“Karsız” sözünün izahı: gərəksiz, işə yaramayan.
babam
bilici
qayğıkeş
hörmətli
mehriban
dünyagörmüş
güclü
yolgöstərən
163
ANA TƏBİƏT
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə