Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə22/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

88 
 
cılıqlarına münasibətini bildirmişdir. Lakin bütün bunlar 
onu “yunan bədiyyatının banisi” hesab etməyə əsas ver-
mir və Ə. Sultanlıdan başqa klassik filologiya ilə məşğul 
olan heç bir tədqiqatçı-alim onun yaradıcılığına belə bir 
qiymət verməmişdir.    
Əsərin  ən  maraqlı  hissələrindən  biri  də  Aristotelə 
həsr olunmuş yerlərdir. Burada Aristotelin estetik görüş-
ləri,  “Poetika”nın  başlıca  müddəaları  düzgün,  dolğun  və 
bəzən  də  həddən  artıq  təfərrüatla  şərh  edilmişdir.  Aris-
totel estetikasının Platon estetikası ilə müqayisəli təhlili 
də  böyük  maraq  doğurur.  Aristoteldə  “təqlidin  növləri”, 
“təqlidin hədəfi”, “təqlidin tərzləri” haqqında ədəbi-nəzə-
ri fikirlər geniş açılır. Müəllif Aristoteldə “şair və gerçək-
liyə  münasibət”  məsələsinə  toxunur.  Əsərdə  ən  geniş 
izah  olunan  məsələ  Aristotelin  faciə  haqqında  nəzəri  fi-
kirləridir. Burada müəllif Aristotelin katarsis - “təmizlən-
mə” nəzəriyyəsinə də öz münasibətini bildirir. Lessinqin 
və Bernaysın bu məsələ haqqında iki fərqli mülahizələri 
göstərilir. Ə. Sultanlı Aristotelin katarsis terminini “tibbi 
mənada” işlətməsi fikrini (Bernaysın mülahizəsi) müda-
fiə  edir.  Faciənin  fabulası  haqqında  Aristotel  fikirlərini 
şərh edərkən, çox maraqlı məqamla rastlaşırıq: “Fabula-
nın  vəhdətinə  gəlincə,  demək  lazımdır  ki,  Ərəstu  bütün 
bədii əsərlər üçün ölməz, dəyişməz və qəti bir qanun ya-
ratmışdır.  O  da  hərəkət  vəhdəti  qanunudur”.  Məlumdur 
ki, Ə. Ağayev özünün 1938-ci il dərsliyində Aristotelin üç 
vəhdət  (zaman,  məkan,  hərəkət)  qanununu  yaratdığını 


89 
 
yazırdı. Burada isə artıq həqiqət öz yerini almış, Aristote-
lə yalnız “hərəkət vəhdəti” qanunu şamil edilmişdir.  
Aristotelə həsr olunmuş hissədə də bəzən mübahisəli 
yerlərə  rast  gəlmək  olur.  Məs.,  müəllif  Aristoteldə  faciə 
fabulasının  hissələri  haqqında  fikirlərini  şərh  edərkən, 
belə cümləyə rast gəlirik: “Bu hissələrdən başqa, faciənin 
fabulasında  kosmos  da  ola  bilər.  Kosmos  xorun  ümumi 
qəmgin  nəğməsidir,  bir  ağıdır”.  Belə  fikir  “kommos” 
(“kosmos”  deyil)  termininin  məna  yükünü  düzgün  başa 
düşməməkdən irəli gəlirdi.  
Əsərin digər hissələri əsasən icmal şəklində yazılmış-
dır. Burada biz I hissədə gördüyümüz tədqiqatçı-alim dü-
şüncələrini daha az görürük. Bu mənada yalnız III hissə 
müəyyən dərəcədə istisna ola bilər. Horasinin “Pizonlara 
məktub”  əsərindəki  ədəbi-nəzəri  fikirlərin  şərhinə  həsr 
olunmuş  bu  hissədə  də  biz  müəllifin  orijinal  fikirlərinə 
rast  gəlirik.  Müəllif  burada  Horasi  estetikasının  spesifik 
cəhətlərini  (normativliyini,  nəzəri  dayazlığını  və  s.)        
Aristotel estetikasından fərqli xüsusiyyətlərini göstərir. 
Ümumiyyətlə,  “Antik  dövrdə  bədiyyat  və  ədəbiyyat-
şünaslıq məsələləri” öz dövrü üçün kifayət qədər yüksək 
səviyyədə  yazılmış  əsərdir.  Bu  əsəri  yazan  müəllif  özü-
nün antik ədəbiyyata aid bilik dairəsinə, müstəqil düşün-
cə bacarığına, elmi, məntiqi nəticələrinin mürəkkəbliyinə 
və nəhayət, özünün nəzəri səviyyəsinə görə 1936-cı ildə 
yazılmış “Yunan ipisləri və Homer” məqaləsinin müəllifi 
ilə  heç  cür  yanaşı  qoyula  bilməz  və  ona  görə  də  biz  hə-
min  müəllifin  eyni  şəxs  olması  haqqında  şübhələrimizi 


90 
 
bir  daha  söyləmək  məcburiyyətindəyik.  Fikrimizcə,  nə-
zərdən  keçirdiyimiz  məqalə  hansısa  rusdilli  mənbənin 
dilimizə müəyyən müəllif əlavələri ilə tərcüməsidir.  
 
 
                                             ***  
 
Ə. Sultanlının Azərbaycanda antik ədəbiyyat tədrisini 
qaydaya salmaq sahəsində atdığı sistematik addımların-
dan  biri  də  1950-ci  ildə  “Antik  ədəbiyyat  müntəxabatı” 
adlı  “ali  məktəblər  üçün”  dərs  vəsaitini  tərtib  etməsi 
olmuşdur  (redaktorlar:  M.  İbrahimov  və  Ə.  Sultanlı). 
Burada  görkəmli  Azərbaycan  şairləri  və  yazıçıları  M. 
Rzaquluzadənin, R. Rzanın, Ə. Sadığın, N. Rəfibəylinin, M. 
Dilbazinin, 
S. 
Rəhmanın, 
İ. 
Əlizadənin, 
Ə. 
Məmmədxanlının,  O.  Sarıvəllinin,  Ç.  Hüseynovun,  M. 
Arifin  antik  müəlliflərdən  etdikləri  tərcümələr  bir  yerə 
toplanaraq  sistemləşdirilmiş,  müəyyən  dövrlər  altında 
yerləşdirilmiş  və  hər  dövr,  hər  müəllif  haqqında  qısa 
məlumatlar  verilmişdir.  Müntəxabat  Ə.  Sultanlının  “Bir 
neçə  söz”ü  və  K.  Marks,  F.  Engels,  İ.V.  Stalinin  yunan 
incəsənəti  haqqında  fikirləri  ilə  açılır.  Belə  ənənəvi 
girişdən  sonra  dərslikdə  aşağıdakı  hissələr  gəlir:  1.  Ən 
qədim  ədəbiyyat  (xalq  ədəbiyyatından  nümunələr, 
Homerin  “İlliada  və  “Odisseya”  poemaları);  2.  VIII-VI 
əsrlərdə  yunan  ədəbiyyatı  (Hesiodun  “Zəhmətlər  və 
günlər” poeması və yunan lirikləri Arxilox, Tirtey, Alkey, 
Sapfo,  Anakreont);  3.  Faciə  (Esxilin  “Zəncirlənmiş 
Prometey”,  “Aqamemnon”,  “Xeoforlar”,  “Evmenidlər” 


91 
 
faciələri,  Sofoklun  “Tiran  Edip”,  “Antiqona”,  “Elektra” 
faciələri  və  Evripidin  “Alkesta,  “Medeya”,  “İppolit”. 
“İfigeniya  Avliddə”  faciələri);  4.  Məzhəkə  (Aristofanın 
“Atlılar”. “Buludlar”, “Qurbağalar” komediyaları); 5. Tarix 
(Herodotun  eyni  adlı  əsərindən  “Midiya  haqqında” 
parçası); 6. Ərəstu (“Poetika”dan parçalar).  
Hər  hissə  və  antik  müəlliflər  haqqında  verilən 
məlumatlar  özünün  bəsitliyi  ilə  fərqlənirlər.  Məlumat-
ların çox kiçik həcmdə olmasına baxmayaraq, burada da 
bəzi  nöqsanlara  rast  gəlmək  mümkündür.  Məs.,  müəllif 
Homerin  eposları  haqqında  danışarkən  belə  məlumat 
verir:  “Bəziləri  hər  iki  dastanın  üslubu  arasında  fərq 
görərək  belə  qərara  gəlmişlər  ki,  Homer  ancaq  “İlliada” 
nın  müəllifidir.  “Odisseya”nı  başqa  bir  şair  yazmışdır. 
Bəziləri  hər  iki  dastanın  üslubu  arasında  kəskin  fərq 
görmədikləri  üçün  belə  qərara  gəlmişlər  ki,  “İlliada”nı 
Homer gəncliyində, “Odisseya”nı isə qocalığında yazmış-
dır.  Bu  fərziyəllərdən  birincisi  “ayıranlar”,  ikincisi  isə 
“birləşdirənlər”  adlanır”
26
.  1950-ci  ildə  “Homer  sualı” 
haqqında  yaranan  nəzəriyyələri  belə  primitiv  səviyyədə 
təqdim etmək heç cür məqbul sayıla bilməz. Başqa yerdə 
Arxilox  haqqında  danışan  müəllif  onun  “nəğmələr”, 
“qəsidələr”  və  “həcvlər”  yazdığını  bildirir.  Burada  “nəğ-
mə”  sözünü  işlədərkən  Ə.  Sultanlının  hansı  poeziya 
janrını  nəzərdə  tutması  aydın  deyil.  “Qəsidə”  və  “həcv” 
kimi  klassik  şərq  poeziyasına  xas  terminlər  burada 
                                                           
26
 Ə. Sultanlı, Antik ədəbiyyat müntəxabatı, B., 1950, səh.40 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə