Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

72 
 
orta  hissədə  səhnə,  səhnənin  ətrafında  isə  orkestr  üçün 
xüsusi  yer  olurdu”.  Burada  müəllif  səhnə  (yunanca 
“skena”)  və  orkestr  (yunanca  “orxestro”)  sözlərinin 
müasir  mənalarını  qədim  dövrdə  daşıdıqları  məna  ilə 
eyniləşdirmişdir.  Halbuki,  orkestr  –  orxestro  yunan 
teatrında  xorun  yerləşdiyi  yeri  bildirirdi.  Sözün  etimo-
logiyası  da  bunu  göstərir:  orxestro  –  rəqs  etmək,  yəni 
xorun bədən hərəkətləri etdiyi yer, məkan. Səhnə - skena 
isə  orxestronun  arxasında  aktyorların  soyunub-geyin-
məsi üçün tikilmiş xüsusi ev idi ki, yalnız çox sonralar bu 
söz aktyorların tamaşanı oynadıqları yeri bildirmişdir.  
Ə.  Ağayev  yunan  komediyası  haqqında  danışarkən, 
onun folklor köklərini düzgün izah edir, lakin burada da 
səhvsiz  keçinmir.  Məs.,  “kommos”  sözü  “kosmos”  kimi 
verilmişdi:  “Kosmos  kəlməsinin  özünün  mənası  da 
Dionis allahı şərəfinə təşkil olunmuş şənliklərin nəşəli və 
gülünc  momentlərini,  burada  oxunan  satirik,  əyləncəli 
nəğmələri və s. ifadə edir”. Əslində, “kosmos” sözü antik 
dövrdə  sırf  fəlsəfi  mənada  işlənir,  “xaos”  sözünün  əksi 
kimi,  kainatdakı  nizam-intizam  mənasını  bildirirdi. 
“Kommos” isə əyləncəli, eyş-işrət, bəzən də satirik mah-
nılar  oxuyaraq  küçələri  gəzən  cavanlar  dəstəsi  məna-
sında  işlədilirdi  və  məhz  bu  mənasına  görə  “komediya” 
sözünün mənşəyində bu sözün durduğunu hesab edirlər. 
Fikrimizcə,  burada  yol  verilmiş  yanlışlığı  adi  orfoqrafik 
səhv kimi qəbul etmək olmaz.   
”Yunan  fəlsəfəsi  və  Aristotel”  adlı  sonuncu  bəhs 
bütünlükdə  dərsliyin  ən  mübahisəli  hissəsidir.  Burada 


73 
 
müəllif  doğru  mülahizələrlə  yanaşı,  təəsüf  ki,  bir  çox 
kobud  xətalara  də  yol  vermişdir.  Məs.,  ən  böyük 
səhvlərdən  biri  Ə.  Ağayevin  qədim  yunan  fəlsəfəsi  ilə 
qədim  şərq  fəlsəfəsini  müqayisə  etdiyi  yerdə  üzə  çıxır: 
“Şərqdə  “elmlərin  elmi”  kimi  varlıq  və  təfəkkür, 
dünyagörüşü  haqqında  bir  elm  kimi  differensasiya 
uğramış  xüsusi  mənada  fəlsəfə  olmamışdır  və  mövcud 
olan  hər  növ  fəlsəfi  baxışlar,  ideologiyanın  başqa  sahə-
ləri,  xüsusən  din,  qəti  elmlər  və  sənət  sahəsi  ilə  qarışıq 
olmuşdur.  Differansasiya  olmuş  xüsusi  bir  elm  sahəsi 
qarışıq  inkişaf  etmiş  müstəqil  fəlsəfi  sistem  ancaq 
Yunanıstan  cəmiyyətində  yarana  bilmişdir”.  Bu  fikir  bir 
çox  cəhətlərinə  görə  yanlışdır.  Əvvəla,  qədim  yunan 
fəlsəfəsinin  özü  də  bir  çox  hallarda  “din,  qəti  elmlər  və 
sənət sahəsi” ilə birlikdə çıxış edirdi. Çox az sayda yunan 
filosofları vardır ki, onlar sırf fəlsəfəyə aid əsərlər yazmış 
olsun.  Bununla  yanaşı,  müəllif  şərq  dünyasında  fəlsə-
fənin  başlıca  ideologiya  sahələri    və  “din, qəti  elmlər  və 
sənət  sahələri”  ilə  birlikdə  çıxış  etməsini  söyləyərkən 
yəqin  ki,  islam  yaranandan  sonra  Yaxın  və  Orta  Şərqdə 
meydana  gəlmiş  dini-fəlsəfi  traktatları  nəzərdə  tuturdu. 
Lakin  neçə  min  illik  şərq  fəlsəfi  fikri  tarixini  bu  qısa 
dövrlə  məhdudlaşdırmaq  nə  dərəcədə  doğrudur?  Hələ 
XIX  əsrdən  elm  aləminə  məlumdur  ki,  islamdan  əvvəl 
Yaxın  Şərq  regionunda  bir  sıra  fəlsəfi  məktəblər 
(maniçilik,  məzdəkilik,  atəşpərəstlik  və  s.)  mövcud 
olmuşdur.  Biz  hələ  Uzaq  Şərq  regionunda  (Çində, 
Hindistanda)  eradan  əvvəl  fəaliyyət  göstərmiş  fəlsəfə 


74 
 
məktəblərini  demirik.  Bütün  bunları  nəzərə  almadan 
müəllifin  dərslikdə  qeyd  etdiyi  formada  qəti  fikir 
söyləmək,  fikrimizcə,  doğru  deyil.  Bunu  hazırda  qərbin 
ən  ifrat  millətçi,  şərq  dünyasına,  onun  mədəniyyətinə 
qarşı  radikal  fikirləri  ilə  tanınan  filoloqları  belə 
söyləmirlər. 
Bundan  əlavə,  müəllif  bir  sıra  yunan  filosoflarının 
fəlsəfi irsini şərh edərkən bəzi nöqsanlara yol verir. Məs., 
Platon  fəlsəfəsini  izah  edərkən  müəllif  yazır  ki,  “o  öz 
görüşlərini  əsasən  Sokratın  fəlsəfəsinə  əsaslandır-
mışdır”.  Bu  cümlənin  məna  yükü  çox  ziddiyyətlidir  və 
müəllifin nə demək istədiyini başa düşmək çətindir. Əgər 
Ə.  Ağayev  demək  istəyirsə  ki,  “Platon  öz  görüşlərində 
əsasən Sokratın fəlsəfəsinə əsaslanmışdır”, bu fikir doğru 
deyil.  Belə  ki,  Platon  Sokratdan  fərqli  olaraq  antik 
obyektiv  idealizmin  bütöv  fəlsəfi  sistemini  yaratmışdır. 
Əgər müəllif demək istəyirsə ki, “Platon öz görüşlərində 
əsasən Sokratın fəlsəfəsini əsaslandırmışdır”, bu fikir də 
həqiqəti  əks  etdirmir.  Belə  ki,  bununla  biz  Platon 
fəlsəfəsini sokratçılıq səviyyəsinə endirmiş oluruq. Yəqin 
ki,  Ə.  Ağayev  yuxarıdakı  cümləni  yazarkən  Platonun  öz 
əsərlərində  sıx-sıx  Sokrat  obrazından  istifadə  etməsini 
bildirmək  istəmişdir.  Lakin  qədim  yunan  fəlsəfəsindən 
xəbərsiz  olan  Azərbaycan  tələbəsi  həmin  cümlədən  bu 
mənanı çıxarmaqda çətinlik çəkəcək.  
Platon  haqqında  nöqsanlı  yerlər  əfsuslar  olsun  ki, 
bununla  bitmir.  Müəllif  Platonun  ideal  dövləti  haqqında 
danışarkən yazır: “Platonun ideal dövlət quruluşu ideyası 


75 
 
reaksion  Sparta  siyasi  quruluşunun  idealizə  edilmiş 
formasından  başqa  bir  şey  deyildir”.  Müəlllif  burada 
Marksın  Platon  haqqında  eyni  məsələ  ilə  əlaqədar 
söylədiyi  fikri  istədiyi  şəkildə  dəyişdirmişdir.  Marksda 
belədir: “Platonun ideal dövləti Misir kasta quruluşunun 
idealizə  edilmiş  formasından  başqa  bir  şey  deyildir”. 
Maraqlıdır  ki,  Platon  həqiqətən  Afina  demokratiyasının 
əleyhinə  olmuş,  Spartaya  rəğbət  bəsləmişdir.  Müəllif  də 
bundan  istifadə  etməklə  Marksın  fikrinə  özünəməxsus 
“düzəliş” vermişdir. 
Müəllif  ən  ciddi  səhvə  Aristotel  estetikasını  şərh 
edərkən  yol  verir:  “Nihayət,  Aristotel  tragediya  üçün 
zəruri  hesab  etdiyi  Zaman,  Məkan  və  Hərəkət  vəhdəti 
qanununu irəli sürür ki, bu qanunların ədəbiyyatşünaslıq 
tarixindəki  təsiri  uzun  müddət  davam  etmişdir”. 
Cümlənin  sonuncu  hissəsinə,  yəni  Aristotel  poetikasının 
sonrakı  “ədəbiyyatşünaslıq  tarixinə”  böyük  təsir 
göstərməsi  fikrinə  heç  bir  iradımız  ola  bilməz.  Lakin 
Aristotelin faciə üçün üç vəhdət qanununu irəli sürməsi 
fikri  doğru  deyil  və  bu  haqda  bütün  mübahisələr  hələ 
XVII  əsrdə  -  Klassisizm  cərəyanı  başa  çatdıqdan  sonra 
son  qoyulmuşdur.  XX  əsrin  30-cu  illərində  Aristotel 
adından  yenə  də  belə  bir  fikir  söyləmək  qətiyyən 
yolverilməzdir,  belə  ki,  “üc  vəhdət”  qanunu  Aristotel 
“Poetika”sında  deyil,  çox  sonralar  Lukresinin  “Pizonlara 
məktub”unda ilk dəfə ifadə olunmuşdur.  
Beləliklə, biz sovet Azərbaycanında qərb klassik filo-
logiyasının  tədqiqat  sahəsinə  daxil  olan  məsələlərə  ilk 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə