84
Bəzən müəllif hətta məşhur yunan ədiblərinin yara-
dıcılığı haqqında kobud səhvlərə yol verir. Yunan liriklə-
rinin, Menandrın, Plavtın yaradıcılığına həsr olunmuş
bəhslər buna yaxşı sübutdur. Məqalədə xüsusilə Yeni yu-
nan komediyasının tanınmış nümayəndəsi Menandr az
qala psixoanalizin yaradıcısı Z. Freydin davamçısı kimi
təhlil olunur: “Öz görüşləri ilə o hedonistdir. Erotikdir və
komediyalarında o erotik obrazlar vermişdir. Daha doğ-
rusu, Menandra görə insanı hər bir hədəfə sövq edən və
yəni hər bir hərəkətlərinə istiqamət verən onun içində
yaşadığı ictimai şərait deyil, bəlkə onun şəhvani hissləri-
dir. Onun seksual hissləridir. Menandr öz komediyaların-
da əsas etibarilə seksual hissləri almışdır”. Müəllif Me-
nandra freydçi damğası vurduqdan sonra “Roma ədəbiy-
yatı” bəhsində Plavtın yaradıcılığını da tamam tərsinə
şərh edir: “Plavtın Aristofan, Menandr və başqalarından
ayıran cəhət Plavte satirasının daha ziyadə ictimai xarak-
ter daşımasındadır”. Məlumdur ki, antik Roma komedi-
yasının antik yunan komediyasından fərqləndirən başlı-
ca cəhəti ictimai əhəmiyyət kəsb edən, ölkə həyatı üçün
aktual olan siyasi mövzulardan uzaqlaşması, daha çox
ailə-məişət mövzuları ələ alması idi. Gətirilimiş sitatda
isə Plavt Aristofandan “daha ziyadə” ictimai xarakterli
müəllif kimi təqdim olunur.
Göründüyü kimi, bütünlükdə məqalə özünün keyfiy-
yət göstəricisinə görə həmin dövrlərdə Ə. Ağayevin antik
ədəbiyyata dair yazdığı məqalələrindən (1938-ci il dərs-
liyi nəzərdə tutulur) və A.M. Mudrovun yazılarından qat-
85
qat geridə qalır. Deməli, 30-cu illərin sonunda BDU-da
antik ədəbiyyatın tədrisi 20-ci illərin əvvəllərində (1925-
ci ilə qədər) burada mövcud olan tədrisin səviyyəsindən
xeyli aşağı düşmüşdü. Ə. Sultanlı özü “Filologiya fakültə-
sinin tarixindən” məqaləsində 20-ci illərdə Filologiya fa-
kültəsinin “tam akademizmi”ndən danışır və sübut kimi
burada müdafiə olunan bir neçə Diplom işinin adlarını
göstərir. Məs., “İlliada” əsərində mürgüləyən allahlar”,
“İsraildə messian ideyalarının inkişafı”, “Babilistanda
hökmdar Xamurabinin qanunları”, “Mark Avrelinin gö-
rüşlərinə aid tədqiqlər”. Bu adlar hətta 90-cı illərin so-
nunda BDU-nu bitirən diplomçunu belə heyrətdə buraxır
və o zamanlar universitetimizdə antik dünya mədəniyyə-
tini tədris edənlərin yüksək savad səviyyəsini parlaq şə-
kildə nümayiş etdirir.
***
Ə. Sultanlının klassik filologiya sahəsində növbəti bö-
yük işi 1946-cı ildə “Azərbaycan Dövlət Darülfünunu
nəşriyyatı”nda işıq üzü görmüş “Antik dövrdə bədiyyat
və ədəbiyyatşünaslıq məsələləri” kitabçasıdır
23
(tələbə-
lər üçün “tədris vəsaiti” kimi çap olunmuş kitabın redak-
toru H. Səmədzadədir). Kitabın özü haqqında söz söylə-
23
Ə. Sultanlı arxivində “Məqalələr” bölməsinə daxil edilmişdir. Saxlama vahidi
68-69.
86
məzdən öncə qeyd etməliyik ki, 1930-cu illərin ikinci ya-
rısından başlayaraq Ə. Sultanlının antik ədəbiyyata aid
nəşr etdirdiyi yazılarının müəllifliyi bəzi hallarda şübhə
doğurur (şübhələrin nə dərəcədə əsaslı olduğunu 1958-
ci il dərsliyini və 1959-cu il müntəxabatını nəzərdən ke-
çirərkən konkret faktlarla göstərməyə çalışacağıq).
Əsər 4 hissədən ibarətdir. Rum rəqəmləri ilə göstəril-
miş bu hissələrin heç birinin adı olmasa da, onların mü-
əyyən dövrlərə əsasən ayrıldığını müəyyənləşdirmək çə-
tin deyil. “I hissə” aristoteləqədərki və Aristotelin öz ədə-
bi-nəzəri görüşlərinə, “II hissə” Ellinizm dövründə meya-
dana gələn filoloji əsərlərə, “III hissə” Horasiyə və onun
“Pizonlara məktub”una, “IV hissə” “Ülviyyət haqqında”
traktatına və Lukianın estetik görüşlərinə həsr olunmuş-
dur. Həcmcə ən böyük hissə I hissədir və onun da təqr.
90%-i Aristotel, onun “Poetika”sı haqqında mülahizələr-
dir. Aristoteldən əvvəlki yunan ədəbi-nəzəri fikir tarixi
ötəri olaraq nəzərdən keçirilmiş, bir sıra filosofların (Pi-
faqor, Heraklit, Empedokl, Demokrit) adları çəkilmiş, hər
biri haqqında bir cümləlik məlumat verilmişdir. Yalnız
Platonun estetik görüşlərinə nisbətən geniş yer ayrılmış-
dır. Burada müəllif Platonun idealist fəlsəfəsi, bu fəlsəfə-
dən doğan idealist estetikası haqqında məlumat verir,
onun estetik görüşlərinin üç mənbəyini göstərir: “Əvvəla,
o, dövlət quruluşundan və cəmiyyətdən danışarkən, incə-
sənətin əxlaqi məqsədlərini aydınlaşdırmalı idi. Bu məq-
sədlə də, Əflatun incəsənəti dövlət mənafeyi ilə bağla-
mışdır. Ikinci tərəfdən, yaradıcılıq nəzəriyyəsi bilavasitə
87
onun idrak nəzəriyyəsindən doğurdu. Əflatun həm təqli-
di, həm də gözəllik məfhumunu öz ideyalar aləmi və fəl-
səfi görüşləri ilə bağlamışdır. Üçüncü tərəfdən, Əflatun
yaşadığı dövrdə ayrı-ayrı fəlsəfi məktəblərdə ədəbiyyat-
şünaslıq məsələləri ilə qızğın surətdə müzakirə edilirdi.
Yəqin ki, Əflatun “Akademiya”sında tələbələri ilə bu mü-
hüm məsələlər ətrafında şifahi müzakirə açmışdır”
24
. Be-
lə doğru mülahizələrlə yanaşı, bu hissədə ara-sıra nöq-
sanlara da rast gəlmək mümkündür. Məs.: “Yunan filoso-
fu Əflatun, özündən qabaq irəli sürülən görüşləri öz fikir
süzgəcindən keçirərək bədiyyatın və sənətşünaslığın
əsasını qoymuşdur. Çox doğru olaraq, onu yunan bədiy-
yatının banisi hesab edirlər”
25
. Platonun “özündən qabaq
irəli sürülən görüşləri öz fikir süzgəcindən keçirməsi”
haqqında müəllifin fikrinə heç bir iradımız olmasa da,
Platonun “bədiyyatın və sənətşünaslığın əsasının qoy-
muşdur” və onu “yunan bədiyyatının banisi hesab edir-
lər” fikriləri ilə heç cür razılaşmaq mümkün deyil. Məlum
olduğu kimi, Platonun sırf ədəbiyyat nəzəriyyəsinə, ya-
xud dövrünün ədəbi-tənqidi məktəblərinə aid heç bir
əsəri yoxdur. Əlbəttə, Platon dövrünün görkəmli filosof-
larından biri kimi, ədəbiyyatın mahiyyəti, ictimai məz-
munu, tərbiyəvi əhəmiyyəti haqqında ayrı-ayrı dialoqla-
rında bir sıra diqqətəlayiq fikirlər söyləmiş, Homer, Hesi-
od , Esxil, Sofokl, və digər antik yunan ədiblərinin yaradı-
24
Ə. Sultanlı arxivində “Məqalələr” bölməsinə daxil edilmişdir. Saxlama vahidi
68-69, səh., 25
25
Yenə orda, səh., 26
Dostları ilə paylaş: |