68
Biz Ə. Ağayevin dövrləşməsini bütünlükdə göstər-
məklə onu Ə. Sultanlının dövrləşməsi ilə müqayisə etmək
məqsədi güdürük. Belə ki, fikrimizcə, 1938-ci ildə nəşr
olunmuş dərsliyin dövrləşməsi sonrakı dövrdə - 1958-ci
ildə çapdan çıxmış dərsliyin dövrləşməsindən daha mü-
kəmməldir. Başlıcası ona görə ki, Ə. Ağayev öz dövrləş-
məsində antik ədəbiyyatı bizim eranın VI əsrinə qədər
gətirdiyi halda, Ə. Sultanlı onu Ellinizm dövrü ilə bitirirdi.
1958-ci il dərsliyində Roma dövrü yunan ədəbiyyatının
heç adı belə çəkilmir. Halbuki, 1958-ci ilə qədər artıq İtti-
faq daxilində nəşr olunmuş bütün dərsliklərdə həmin
dövrün ədəbiyyatı daha erkən dövrlərlə bərabər səviyyə-
də göstərilirdi.
Ə. Ağayevin dövrləşməsinin bu üstün cəhətinə
baxmayaraq, orada bir sıra nöqsanlar da yox deyil.
Müəllif qədim yunan ədəbiyyatının “İlk dövrü”nü Homer
yaradıcılığı ilə başlayır və bununla da zəngin yunan
folkloru və mifologiyası dərsliyin hüdudlarından kənarda
qalır. Yunan folkloru və mifologiyası haqqında xüsusi
olaraq məlumat verməyən istənilən “Antik ədəbiyyat”
dərsliyi heç vaxt tamamlanmış normal dərslik kimi qəbul
edilə bilməz.
Daha bir mübahisəli məqam odur ki, müəllif qədim
yunan ədəbiyyatının III dövrünü “İntihat dövrü”
adlandırır. Bunu ona görə etmir ki, bu dövrün ənənəvi
adı – Ellinizm termini müəllifə məlum deyildi. Müəllif
sadəcə Ellinizm terminini “İntihat dövrü”nün daxilindəki
son mərhələni (e.ə. 146 – b.e. 529-cu illər) adlandırmaq
69
üçün saxlamışdır ki, bunu da doğru hesab etmək
mümkün deyil. Belə ki, istər tarixə, istərsə də ədəbiyyat
tarixinə dair yazılmış bütün mənbələrdə “Ellinizm
dövrü” e.ə. IV əsrin ikinci yarısından başlayaraq e.ə. II
əsrin sonlarınadək olan dövrü əhatə etdiyi göstərilir.
Bundan sonra isə Roma imperiyası dövrü antik ədə-
biyyatı gəlir ki, o da b.e. VI əsrinədək davam edir.
Ümumiyyətlə, dərslikdə mübahisə doğuran və aşkar
yanlışlıqlarla yazılmış hissələr demək olar hər səhifədə
gözə dəyir. Biz yalnız bəzilərini – daha mühümlərini
qeyd etmək istəyirik ki, sonralar bu yerləri Ə. Sultanlı
dərsliyinin müvafiq hissələri ilə müqayisə etmək
mümkün olsun.
Ə. Ağayev “İlliada” və “Odisseya” poemalarının ya-
ranmasına – klassik filologiyada “Homer sualı” adını al-
mış problemə toxunarkən bəzi dolaşıq fikirlər söyləyir.
Deyilənlərdən aydın olur ki, müəllif poemaların bir şəxs
tərəfindən deyil, kollektiv tərəfindən yaradılması nəzə-
riyyəsini dəstəkləyir. Həm də poemaların kollektiv tərə-
findən yaradılmasını Ə. Ağayev “müasir elmi səviyyə”nin
irəli sürdüyü mülahizə kimi qələmə verir. Bu fikri həqi-
qətəuyğun hesab etmək mümkün deyil. Belə ki, müasir
klassik filologiya bu gün də həmin problem haqqında hə-
lə qəti və birmənalı fikrə gəlməmişdir. Əksinə, XIX əsrin
sonu, XX əsrin əvvəllərindən başlayaraq “Homer sua-
lı”nda “unitar nəzəriyyə” tərəfdarlarının (Homerin müəl-
lifliyini qəbul edənlər) mövqeyi daha da güclənməkdədir.
Eyni zamanda, müəllif “müasir elmi səviyyə” adından irə-
70
li sürdüyü fikrin özünü də dəqiq şərh etmir, bu zaman bir
neçə nəzəriyyəni bir-birinə qarışdırır (məs., “ilk nüvə nə-
zəriyyəsi” və ya “nəğmə nəzəriyyəsi”).
Kitabda metodoloji səhvlərə də rast gəlmək müm-
kündür. Onlardan ən mühümü Hesiod yaradıcılığının
düzgün yerləşdirilməməsidir (“Hesiod” bəhsi “Kiklik das-
tanlar”la bir yerə salınmışdır). Məlumdur ki, XIX əsrin
sonlarından etibarən yaranan dərsliklərdə Hesiod adə-
tən Homerin gənc müasiri kimi təqdim olunur. Klassik fi-
lologiya sahəsində çalışan alimlər sırasında Hesiodun
Homerdən əvvəl yaşaması, Homerlə həmyaşıd olması fik-
rini söyləyənlər də vardır. Lakin belə alimlərin sayı əv-
vəllər də çox az olmuş, indi isə demək olar heç yoxdur.
Alimlərin əksəriyyəti dərsliklərdə Hesiod bəhsini
Homerdən sonra yerləşdirir və onların hər iksini yunan
ədəbiyyatının ən qədim nümayəndələri hesab edirlər. Bu
ədiblərin hər ikisi sinifsiz cəmiyyətin quldarlıq cəmiyyə-
tinə keçidi zamanında yaşayıb yaratmışlar. Sadəcə, Ho-
mer bu keçid dövrünün əvvəlində, Hesiod isə sonunda –
sinifli cəmiyyətin astanasında fəaliyyət göstərmişdir. On-
ların yaradıcılığındakı fərq də buradan irəli gəlir. Məs., Ə.
Ağayev dərsliyinin çap olunduğu 1938-ci ildə İttifaqın
paytaxtı Moskvada işıq üzü görmüş “Antiçnaya literatu-
ra” dərsliyində (müəllifi prof. N.F. Deratani) bu iki qədim
yunan şairi eyni bəhs daxilində verilirdi. Maraqlıdır ki,
dərsliyi yazarkən prof. Derataninin istifadə etdiyi ədəbiy-
yat siyahısı ilə Ə. Ağayevin siyahısı demək olar bütünlük-
də üst-üstə düşür (Koqan, Mokulski, Kun və b.).
71
”Lirika” bəhsini dərsliyin ən uğurlu yazılmış hissəsi
hesab etmək mümkündür. Burada başlıca yunan lirikləri-
nin həyat və yaradıcılığı, ümumiyyətlə lirikanın meydana
gəlmə səbəbləri, onun ictimai-siyasi kökləri düzgün işıq-
landırılmışdır. Lakin qədim yunan poeziyasının nəzəri
məsələlərinə gəldikdə müəllif bir sıra ciddi nöqsanlara
(hətta o illər üçün) yol verir. Məs., “satirik şeir forması”
ifadəsi işlədilir və yanında mötərizədə “difiramb” qeyd
edilir; başqa yerdə “heksametr” yazılır, mötərizədə “mü-
səddəs” göstərilir ki, bu da həmin sözlərin müəllif tərə-
findən eyniləşdirilməsi mənasına gəlir. Lakin yunan poe-
ziyasında satirik şeir forması (yamb) ilə xor lirikasının
bir şəkli kimi “difirambı” eyniləşdirmək düzgün olmadığı
kimi, heksametrlə (hər misrasında 6 bölgü var) şərq poe-
ziyasının 6 misradan ibarət şeir formasını da eyniləşdir-
mək fikrimizcə nəzəri səhvdən başqa bir şey deyildir.
”Dramaturgiya” bəhsi də ümumən uğurlu alınmışdır.
Bəzi yerlər, məs., yunan dramının mənşəyi, onun folklor
kökləri, antik dramaturgiyanın keçdiyi inkişaf yolu (b.e.
IV əsrinə qədər 4 mərhələ göstərilir) çox dəqiq yazıl-
mışdır ki, bu da müəllifin yüksək nəzəri biliyini, eyni
zamanda geniş mütaliəsini göstərir. Lakin bu bəhs də
bəzi nöqsanlardan xali deyil (fikrimizcə, bu nöqsanlar da
müəllifin əsaslandığı mənbələrdən irəli gəlirdi). Məsələn,
müəllif qədim yunan teatrının quruluşunu düzgün təsvir
etmir: “Teatr açıq havada düzəlirdi. Tamaşaçıların
oturduqları yer yuxarıdan aşağıya doğru, getdikcə radi-
usları darlaşan amfiteatr şəkilli pillələrdən ibarət idi,
Dostları ilə paylaş: |