51
İsmaili hökmdarı Nəsirəddin Əbülfəth Əbdürrəhim
Əbu Mənsurun təklifi ilə 1232-1233-cü illərdə qələmə
alınmış bu əsər (sonralar bir neçə dəfə yenidən işlən-
mişdir) yarandığı dövrdən bu günədək islam aləmində
əxlaqa dair fars dilində yazılmış ən mükəmməl traktat-
lardan biri hesab olunur. Belə ki, N. Tusi kitabını bir
tərəfdən İbn Sina, Biruni, Qəzali, Əbu Əli Misgəveyh və b.
böyük şərq alimlərinin, digər tərəfdən Aristotel, Platon
kimi qədim yunan filosoflarının fəlsəfə və etikaya dair
əsərlərindən geniş istifadə etməklə yazmışdır. Başqa
sözlə, N. Tusi sələflərinin əxlaqa dair ifadə etdikləri
bütün zəngin eimi-fəlsəfi fikirləri ümumiləşdirmiş, bu
sahəyə dair dövrünün tələblərinə cavab verən mükəm-
məl əsər qələmə almışdır.
Kitabı oxuyarkən nəzərə çarpan əsas cəhətlərdən biri
müəllifin burada islam dininə, onun ehkamlarına sadəcə
formal yanaşmasıdır. Tusinin əxlaqa dair fikriləri
Aristotelin və Platonun bu sahəyə aid irəli sürdükləri
əsas nəzəri müddəalara dayaqlanır. Alim özündən
əvvəlki bir çox peripatetik filosoflar (məs., Fərabi, İbn
Sina və b.) kimi fəlsəfəni “Hikmət” elmi adlandırır və onu
iki - “nəzəri” və “əməli hikmət” hissələrinə ayırır. İstər
“nəzəri hikmət” məsələlərini, istərsə də “əməli hikmət”in
konkret tələblərini təhlilə cəlb edərkən, alim ardıcıllıqla
“birinci filosof”un (Aristotel) bu və ya digər məsələyə
dair düşüncələrini şərh edir. N. Tusinin xüsusilə ruh –
“insani nəfs” haqqında fikirləri Aristotelin “ilkin
materiya”, Platonun “obyektiv ruh” haqqında fikirlərinə
52
çox yaxındır. “İnsani-nəfs elə bir sadə cövhərə deyilir ki,
özü də daxil olmaqla ağlın dərk etdiyi hər nə varsa,
hamısı onun sayəsində olur...”
9
Alim burada nəfsi yalnız
insana xas cəhət kimi deyil, “ağlın dərk etdiyi hər nə
varsa” ona, yəni həm də cansız aləmə şamil edir və məhz
bu zaman nəfs onda yalnız insan ruhu kimi yox, həm də
hər şeyin ilkin substansiyası kimi çıxış edir. Lakin antik
filosoflardan fərqli olaraq, şərq peripatetiklərində və o
cümlədən, N. Tusidə hələ ki, varlığın qnesioloji problemi
sonadək işlənməmişdi. Onların əksəriyyəti üçün mütləq
varlıq – Allah dərkolunmaz olaraq qalırdı.
Eyni zamanda, N. Tusidə mənəvi-əxlaqi keyfiyyət-
lərin təhlilinə həsr olunmuş “Əxlaqın saflaşdırılması
haqqında” məqaləsinin bəzi yerləri müəyyən cəhətləri ilə
Aristotelin əxlaq, onun müxtəlif üsullarla təmizlənməsi
nəzəriyyəsi ilə səsləşir. Belə ki, o, bir çox ortodaksal
islam alimləri kimi insani keyfiyyətlərin anadangəlmə,
nəsildən-nəslə keçmə deyil, sonradan təlim-tərbiyyə,
ətraf mühitin təsiri nəticəsində qazanılma olduğu
fikrindədir. Məhz buna görə Tusidə “əxlaqın saflaş-
dırılması” problemi bütün ciddiliyi ilə nəzərdən keçirilir.
“İnsanların ən kamili o adam hesab edilər ki... durğun-
luğa, zəifləməyə yol vermədən daima onu təkmilləşdirib
inkişaf etdirə bilsin”
10
. “Ən yüksək dərəcədə arzu edilən
xeyir və səadət haqqında” fəslində alim səadət hissini də
“nəfsə aid” hesab edərək, ona çatmaq üçün insanın
9
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh. 43
10
Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh. 56
53
çalışmasını vacib bilir və bu fikrinin təsdiqi üçün yenə də
Aristotelə əsaslanır: “...səadətin dərəcələri, mərtəbələri
var, həm də onlar çalışmaq sayəsində tədricən əldə edilir
və ən yüksək səviyyəyə çatanda tam olur”
11
. Doğrudur,
Tusidə qədim yunan filosofunun emosional həyəcan-
lanma yolu ilə əxlaqın saflaşdırılması nəzəriyyəsinə
(katarsis) rast gəlməsək də, onun bu ideyqadan xəbərdar
olması fikrimizcə şübhəsizdir.
Ümumiyyətlə, kitabda qədim yunan filosoflarının
müxtəif elm sahələrinə aid əsərlərindən 30-a yaxın sitat
gətirilmişdir. Bu sitatların konkret hansı əsərlərdən
götürüldüyünü dəqiq müəyyənləşdirmək praktiki olaraq
mümkün deyil. Belə ki, Tusi Aristotelin “Etika” əsərindən
başqa heç bir mənbənin adını çəkmir. Bundan əlavə,
alimin gətirdiyi sitatlar ciddi dəyişikliklərə uğramışdır.
Dəyişikliklər birinci mərhələdə, adətən, tərcüməçilərin
yunan mətnlərini ərəb dilinə tərcüməsi zamanı, ikinci
mərhələdə isə Tusinin onları öz sözləri, özünün müvafiq
üslubu ilə istifadəsi zamanı baş verirdi. Böyük şərq
filosofu Aristotelin əxlaqa dair yalnız ən ümumi
baxışlarını, müddəalarını əsas almış, qalan yerlərdə isə
çox vaxt qədim yunan filosofunun adından öz şəxsi
mövqeyini bildirmişdir. Onu da qeyd etmək lazımdır ki,
bu metod həmin dövrlərdə islam elmində və
ədəbiyyatında geniş tətbiq olunurdu. “İskəndərnamə”də
Nizamınin yunan alimləri adından öz dövrü üçün
11
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh. 68
54
əhəmiyyətli olan bir sıra ictimai-siyasi, əxlaqi, fəlsəfi
fikirləri söyləməsi buna tipik misaldır.
Dəyişikliklərin
birinci
səbəbi
qədim
yunan
alimlərinin nüfuzundan istifadə etmək, Tusinin fikrincə
gərəkli olan əxlaqi müddəanı hələ qədimdən böyük
əhəmiyyət kəsb etdiyini vurğulamaq idi. Bununla bağlı
ikinci səbəb də vardı. Bütün peripatetik alimlər, o cüm-
lədən Tusi “birinci müəllim”in elm aləmindəki nüfuzini
ciddi-cəhdlə qoruyurdular. Məsələn, çoxallahlılıq döv-
ründə yaşayıb-yaratmış Aristotelin bəzi müddəaları
islam ideologiyasına uyğun gəlmirdisə, Tusi həmin
yerlərə dərhal əl gəzdirir, dəyişikliklər edir və lazım
bildiyi, dövrü üçün təhlükəsiz olan hala salırdı. Ona görə
də Tusinin “Əxlaqi-Nasiri” əsərində biz Aristoteli (eyni
zamanda Platonu) əsl islam ideoloqu və nəsihət verən
ağsaqqalı obrazında görürük. Belə yerlərə misal kimi
əsərdən bir neçə konkret sitat gətirmək mümkündür:
1.”Aristatalis və onun tərəfdarları deyirlər: biz bu
fikirdəyik: bir adam ki, haqq tərəfdarı ola, xeyirli işlər
görə, bütün fəzilətləri əldə edib kamala çata və göylər
xaliqinin yerini tutmaq fikrinə düşməyə, dünya işlərini
nizama salmaqla kifayətlənə, bütün bu məziyyətlərinə
baxmayaraq, onu naqis, natamam adlandırmaq, lakin
öldükdən və bütün bu fəzilətlər aradan getdikdən sonra
onu tam sədaqətə çatmış hesab etmək insafsiz və
qəbahətli bir iş olar”
12
;
12
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.67-68
Dostları ilə paylaş: |