Úàâèäè õàòûðëàðêÿí
535
Cavidin əsərlərilə ilk tanışlığımdan on ildən çox bir müddət
keçmişdi. Azərbaycan teatrı həqiqi sənət ocağına – Dövlət teatrına
çevrilmişdi. Mətbuat səhifələrində, yalnız “tamaşa tənqidi” deyil,
Hənəfi Zeynallının, Abdulla Şaiqin, Seyid Hüseynin, Əziz
Şərifin, Əmin Abidin, Mustafa Quliyevin, Əli Nazimin, Xəlil
İbrahimin və digərlərinin Cavid əsərlərini bəzən obyektiv, əsasən,
subyektiv təhlilini verən məqalələri gəncləri böyük şairin yara-
dıcılığı ilə tanış edir, onu bizə tanıtdırır, sevdirirdi. Hər dəfə onu
Bakı küçələrində sakit addımlarla gedən gördükdə, ona bir də
baxmaq, onun simasındakı səmimiyyəti, əzəməti, zəkanı bir də
görmək məqsədilə ayaq saxlayar, onunla müəyyən fasilələ yanaşı
getməyə çalışardıq.
Çox fikirləşirəm, düşünürəm, xatırlamaq istəyirəm ki, Cavidlə
yaxından tanışlığım haradan, necə başlamışdı? Bunu dəqiq xatır-
laya bilmirəm. Lakin burası həqiqətdir ki, dəfələrlə onun Kom-
munist küçəsində, indiki Ali Sovetin binasının
*
üçüncü mərtə-
bəsində yerləşən uzunsov otağına dəfələrlə getmişəm, qonağı
olmuşam, söhbətlərinə qulaq asmışam. O da öz növbəsində,
dəfələrlə bizə gələrdi, həm də rəsmiyyətsiz, dəvətsiz, elə-belə,
dost dost evinə gəlib-gedən kimi.
Əvvəllər mənə elə gəlirdi ki, İblisin:
Bir zamanlar cəbərut aləminə,
Həp uçar, həm öyünürdün də, bu nə?
Vurulub bir qıza pabus oldun,
Xırsız oldun, meyə mənus oldun.
misralarının müəllifi şair Hüseyn Cavid dostları ilə, tanışları ilə
söhbətlərində də belə kəlmələr, belə cümlələrlə danışacaqdır.
Görüşlərimiz zamanı bu barədə nə qədər yanıldığımın şahidi
oldum. Sadə bir insan, şirinsöhbət, incə zarafatçı, danışığı, hərə-
kəti sakit, səmimi bir vətəndaş, bir şair, bir dost və yoldaş...
*
İndiki İstiqlaliyyət küçəsi, Əlyazmalar İnstitutunun və Cavidin ev muzeyinin
yerləşdiyi bina. – R.M.
Úàâèäè õàòûðëàðêÿí
536
Elə buna görə idi ki, söhbət etdiyimiz zaman həyati hadi-
sələrdən, məişətdən, günümüzdən, güzəranamızdan danışardıq.
Çox təəssüf! Çox təəssüf ki, mən onunla harada necə tanış
olduğumu yadıma sala bilmirəm. Ancaq yadımdadır ki, bir dəfə o
bizə gəlmişdi. Mənim şeiri sevdiyimi kitab şkafımdakı kitablar-
dan başa düşmüşdü. Ona görə də mənə:
– Şeirlərindən birisini oxu, qulaq asım! – dedi.
– Cavid əfəndi, mən şeir yazmamışam! – dedim və bununla
da ədəbiyyat barəsində “ətraflı müsahibəmiz” qurtardı...
Son görüşümüz... 1937-ci ilin aprel ayı.
Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və
Balet teatrı.
Bu gecə Üzeyir bəyin şah əsəri “Koroğlu”nun ilk tamaşasıydı.
O vaxt mən “Yeni yol” qəzetinin redaktoru idim. Azərbaycan
teatrında baş verən bu hadisəni qeyd etməmək, ondan bir xatirə
saxlamamaq olarmı?.. Nə etməli?
O gecə teatrda səyyar redaksiya təşkil etmək qərarına gəldik.
Lazım olacaq nə varsa teatra apardıq. Zalda iynə salmağa yer yox
idi. Çıraqlar söndürüldü.
İndiyədək təravətini itirməmiş uvertüra çalındı, pərdə qalxdı,
oyun başladı.
Üzeyir musiqisinin füsunkar notlarından varlığını unutmuş
tamaşaçılar bir vaxt ayıldılar ki, birinci səhnənin pərdəsi bağlanır.
Belə hallarda “tamaşaçılar artistləri gurultulu alqışlarla
qarşıladılar!” yazılır. Yox, bu gurultulu alqış deyildi.
Bu, opera sənətimizin böyük bayram günü, bayram nümayişi
idi.
Gözlər səhnədə həm artistlərə, həm də lojada oturmuş Üzeyir
bəy Hacıbəyova dikilmişdi.
Mümkün olsaydı bu alqış səsləri saatlarla davam edərdi...
Nəhayət, işıqlar yandı, tamaşaçılar tənəffüsə çıxdılar.
İndi növbə bizimdi.
İlk təəssürat haqqında rəyləri toplamaq “Yeni yol”un səyyar
nömrəsini çıxartmaq lazımdı. Cavidi gözdən qoymaq olardımı?..
Úàâèäè õàòûðëàðêÿí
537
– Cavid əfəndi, rəyinizi arzulayırıq, – dedim.
– Məmnuniyyətlə! – dedi, – qələmini çıxarıb bu sözləri yazdı:
– “Koroğlu” operası Azərbaycanın opera aləmində öz inqilabi
coşğunluğu ilə, bədii yeniliyi ilə, parlaq xalq musiqisi ilə son
dərəcə yüksək bir yer tutmaqdadır.
Bu, böyük bir şeir ustadının dünyada məşhur bir bəstəkarın
əsəri haqqında fikri, həm də mənimlə son görüşü, mətbuatda son
çıxışı idi...
Məni Cavid yaradıcılığına bağlayan onun əsərlərindən
aldığım təsirdir ki, azı altmış ildir bu təsir altında yaşayıram. Hər
dəfə onun əsərlərini oxuyarkən Sənanın Xumara dediyi
Məni xatırlayıb da gəlmişsən,
Görünür bivəfa deyilmişsən! –
sözlərdəki lətafəti duyur, ətrini alıram...
1978
Úàâèäè õàòûðëàðêÿí
538
Adilə Qasımova
*
Áþéöê ÿñÿðëÿð êè÷èê ìàñà
àðõàñûíäà éàðàíàðäû
921-ci ildə mənim atamı – Pənah Qasımovu Darulmüəl-
limin müdiri vəzifəsinə təyin etmişdilər. Bu oğlan semi-
nariyası “Kommunist” küçəsində yerləşirdi. Binanın üçüncü
mərtəbəsində atama mənzil verdilər; biz bu binaya köçdük. Bizim
otaqların qapısı uzun bir dəhlizə çıxırdı. Dəhlizin o başında bir-
birilə birləşmiş olan iki otaqda məşhur şair və dramaturq Hüseyn
Cavid ailəsi ilə yaşayırdı; o, seminariyada Azərbaycan ədəbiy-
yatından dərs deyirdi. Qonşu yaşadığımız səkkiz il ərzində bizim
ailələrin münasibəti çox səmimi olmuş, qarşılıqlı hörmət əsasında
qurulmuşdu və yaxın qohum münasibətinə çevrilmişdi. Həqiqi
dost münasibətləri sonrakı illərdə də davam etdirilirdi.
Biz bu evə köçəndən bir il sonra məni Darülmüəllimat nəz-
dində olan nümunə məktəbinə qoydular.
1927-1928-ci illəri xatırlayıram. 13-14 yaşındaydım, pedaqoji
texnikumda oxuyurdum. Pedaqoji texnikuma bu ad qız və oğlan
seminariyaları birləşəndən sonra verilmişdi.
Hərdənbir dərsdən evə qayıdandan sonra Cavid əfəndigilə
gedirdim; onun söhbətlərini dinləməyi çox sevərdim. Söhbət adə-
tən oxuduğum kitablar haqqında, onun əsərləri haqqında apa-
rılırdı. Şairin əsərlərini mən dəfələrlə oxuyub ayrı-ayrı parçalarını
əzbərlərdim. Onun əsərlərinə olan marağımı görən Cavid əfəndi
bu əsərlərin hər birini müəllif imzası ilə mənə bağışlayardı. Bu
hədiyyə mənim üçün əvəzsiz, qiymətsiz idi. Atama və qardaşıma
da ayrıca olaraq öz əsərlərini verərdi.
*
Görkəmli maarif xadimi, bir neçə il Cavidin qonşusu olmuş Pənah bəy
Qasımovun qızı. – Tərtibçi.
1
Dostları ilə paylaş: |