Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə167/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   163   164   165   166   167   168   169   170   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

535 


Cavidin  əsərlərilə ilk tanışlığımdan on ildən çox bir müddət 

keçmişdi. Azərbaycan teatrı həqiqi sənət ocağına – Dövlət teatrına 

çevrilmişdi. Mətbuat səhifələrində, yalnız “tamaşa tənqidi” deyil, 

Hənəfi Zeynallının, Abdulla Şaiqin, Seyid Hüseynin, Əziz 

Şərifin,  Əmin Abidin, Mustafa Quliyevin, Əli Nazimin, Xəlil 

İbrahimin və digərlərinin Cavid əsərlərini bəzən obyektiv, əsasən, 

subyektiv təhlilini verən məqalələri gəncləri böyük şairin yara-

dıcılığı ilə tanış edir, onu bizə tanıtdırır, sevdirirdi. Hər dəfə onu 

Bakı küçələrində sakit addımlarla gedən gördükdə, ona bir də 

baxmaq, onun simasındakı  səmimiyyəti,  əzəməti, zəkanı bir də 

görmək məqsədilə ayaq saxlayar, onunla müəyyən fasilələ yanaşı 

getməyə çalışardıq. 

Çox fikirləşirəm, düşünürəm, xatırlamaq istəyirəm ki, Cavidlə 

yaxından tanışlığım haradan, necə başlamışdı? Bunu dəqiq xatır-

laya bilmirəm. Lakin burası  həqiqətdir ki, dəfələrlə onun Kom-

munist küçəsində, indiki Ali Sovetin binasının

*

 üçüncü mərtə-



bəsində yerləşən uzunsov otağına dəfələrlə getmişəm, qonağı 

olmuşam, söhbətlərinə qulaq asmışam. O da öz növbəsində, 

dəfələrlə bizə  gələrdi, həm də  rəsmiyyətsiz, dəvətsiz, elə-belə, 

dost dost evinə gəlib-gedən kimi. 

 

Əvvəllər mənə elə gəlirdi ki, İblisin:  

Bir zamanlar cəbərut aləminə,  

Həp uçar, həm öyünürdün də, bu nə?  

Vurulub bir qıza pabus oldun,  

Xırsız oldun, meyə mənus oldun. 

 

misralarının müəllifi  şair Hüseyn Cavid dostları ilə, tanışları ilə 



söhbətlərində  də belə  kəlmələr, belə cümlələrlə danışacaqdır. 

Görüşlərimiz zamanı bu barədə  nə  qədər yanıldığımın  şahidi 

oldum. Sadə bir insan, şirinsöhbət, incə zarafatçı, danışığı, hərə-

kəti sakit, səmimi bir vətəndaş, bir şair, bir dost və yoldaş... 

                                                 

*

 İndiki İstiqlaliyyət küçəsi, Əlyazmalar İnstitutunun və Cavidin ev muzeyinin 



yerləşdiyi bina. – R.M. 


Úàâèäè õàòûðëàðêÿí 

536 


Elə buna görə idi ki, söhbət etdiyimiz zaman həyati hadi-

sələrdən, məişətdən, günümüzdən, güzəranamızdan danışardıq. 

Çox təəssüf! Çox təəssüf ki, mən onunla harada necə tanış 

olduğumu yadıma sala bilmirəm. Ancaq yadımdadır ki, bir dəfə o 

bizə  gəlmişdi. Mənim  şeiri sevdiyimi kitab şkafımdakı kitablar-

dan başa düşmüşdü. Ona görə də mənə: 

– Şeirlərindən birisini oxu, qulaq asım! – dedi. 

– Cavid əfəndi, mən  şeir yazmamışam! – dedim və bununla 

da ədəbiyyat barəsində “ətraflı müsahibəmiz” qurtardı... 

Son görüşümüz... 1937-ci ilin aprel ayı. 

Mirzə  Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və 

Balet teatrı. 

Bu gecə Üzeyir bəyin şah əsəri “Koroğlu”nun ilk tamaşasıydı. 

O vaxt mən “Yeni yol” qəzetinin redaktoru idim. Azərbaycan 

teatrında baş verən bu hadisəni qeyd etməmək, ondan bir xatirə 

saxlamamaq olarmı?.. Nə etməli? 

O gecə teatrda səyyar redaksiya təşkil etmək qərarına gəldik. 

Lazım olacaq nə varsa teatra apardıq. Zalda iynə salmağa yer yox 

idi. Çıraqlar söndürüldü. 

İndiyədək təravətini itirməmiş uvertüra çalındı, pərdə qalxdı, 

oyun başladı. 

Üzeyir musiqisinin füsunkar notlarından varlığını unutmuş 

tamaşaçılar bir vaxt ayıldılar ki, birinci səhnənin pərdəsi bağlanır. 

Belə hallarda “tamaşaçılar artistləri gurultulu alqışlarla 

qarşıladılar!” yazılır. Yox, bu gurultulu alqış deyildi. 

Bu, opera sənətimizin böyük bayram günü, bayram nümayişi 

idi.  

Gözlər səhnədə həm artistlərə, həm də lojada oturmuş Üzeyir 



bəy Hacıbəyova dikilmişdi. 

Mümkün olsaydı bu alqış səsləri saatlarla davam edərdi... 

Nəhayət, işıqlar yandı, tamaşaçılar tənəffüsə çıxdılar. 

İndi növbə bizimdi. 

İlk təəssürat haqqında rəyləri toplamaq “Yeni yol”un səyyar 

nömrəsini çıxartmaq lazımdı. Cavidi gözdən qoymaq olardımı?.. 




Úàâèäè õàòûðëàðêÿí 

537 


– Cavid əfəndi, rəyinizi arzulayırıq, – dedim.  

– Məmnuniyyətlə! – dedi, – qələmini çıxarıb bu sözləri yazdı: 

– “Koroğlu” operası Azərbaycanın opera aləmində öz inqilabi 

coşğunluğu ilə, bədii yeniliyi ilə, parlaq xalq musiqisi ilə son 

dərəcə yüksək bir yer tutmaqdadır. 

Bu, böyük bir şeir ustadının dünyada məşhur bir bəstəkarın 

əsəri haqqında fikri, həm də mənimlə son görüşü, mətbuatda son 

çıxışı idi... 

Məni Cavid yaradıcılığına bağlayan onun əsərlərindən 

aldığım təsirdir ki, azı altmış ildir bu təsir altında yaşayıram. Hər 

dəfə onun əsərlərini oxuyarkən Sənanın Xumara dediyi 

 

Məni xatırlayıb da gəlmişsən,  



Görünür bivəfa deyilmişsən! – 

 

sözlərdəki lətafəti duyur, ətrini alıram... 



1978 


Úàâèäè õàòûðëàðêÿí 

538 


 

Adilə Qasımova

*

 

Áþéöê ÿñÿðëÿð êè÷èê ìàñà  

àðõàñûíäà éàðàíàðäû 

 

921-ci ildə  mənim atamı – Pənah Qasımovu Darulmüəl-



limin müdiri vəzifəsinə  təyin etmişdilər. Bu oğlan semi-

nariyası “Kommunist” küçəsində yerləşirdi. Binanın üçüncü 

mərtəbəsində atama mənzil verdilər; biz bu binaya köçdük. Bizim 

otaqların qapısı uzun bir dəhlizə  çıxırdı. Dəhlizin o başında bir-

birilə birləşmiş olan iki otaqda məşhur şair və dramaturq Hüseyn 

Cavid ailəsi ilə yaşayırdı; o, seminariyada Azərbaycan  ədəbiy-

yatından dərs deyirdi. Qonşu yaşadığımız səkkiz il ərzində bizim 

ailələrin münasibəti çox səmimi olmuş, qarşılıqlı hörmət əsasında 

qurulmuşdu və yaxın qohum münasibətinə çevrilmişdi. Həqiqi 

dost münasibətləri sonrakı illərdə də davam etdirilirdi. 

Biz bu evə köçəndən bir il sonra məni Darülmüəllimat nəz-

dində olan nümunə məktəbinə qoydular. 

1927-1928-ci illəri xatırlayıram. 13-14 yaşındaydım, pedaqoji 

texnikumda oxuyurdum. Pedaqoji texnikuma bu ad qız və  oğlan 

seminariyaları birləşəndən sonra verilmişdi. 

Hərdənbir dərsdən evə qayıdandan sonra Cavid əfəndigilə 

gedirdim; onun söhbətlərini dinləməyi çox sevərdim. Söhbət adə-

tən oxuduğum kitablar haqqında, onun əsərləri haqqında apa-

rılırdı. Şairin əsərlərini mən dəfələrlə oxuyub ayrı-ayrı parçalarını 

əzbərlərdim. Onun əsərlərinə olan marağımı görən Cavid əfəndi 

bu  əsərlərin hər birini müəllif imzası ilə  mənə bağışlayardı. Bu 

hədiyyə mənim üçün əvəzsiz, qiymətsiz idi. Atama və qardaşıma 

da ayrıca olaraq öz əsərlərini verərdi. 

                                                 

*

 Görkəmli maarif xadimi, bir neçə il Cavidin qonşusu olmuş  Pənah bəy 



Qasımovun qızı. – Tərtibçi. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə