Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə165/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   161   162   163   164   165   166   167   168   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

528 


 

Qulam Məmmədli 

Úàâèäëÿ òàíûøëûüûì 

 

özümüzü Bakıdan gələcək qə-



zet və jurnallardakı elanlara 

dikmişdik. Yeni bir kitab çapdan çıxan 

kimi qəzetlər xəbər verir, sonra da göz-

ləyirdik ki, görəsən adı çəkilən bu kitab 

nə vaxt gəlib Aşqabada çatacaq? 

Hüseyn Cavid adlı bir şair olduğunu 

“İqbal” qəzetində  və “Məktəb” jurna-

lındakı  şeirlərindən tanıyırdıq. Uzaqdan 

uzağa... Onun şeirlərini oxuyurduq: La-

kin bu şeirlərin  əsl mənasını başa düş-

mürdük. Açıq deyək, dili, dərin məzmunu, fəlsəfəsi bizim kimi 

kəmsavad, məktəb və müəllim görməmiş  gənclərin  şüuruna 

çatacaq  şeirlər deyildi. Bunlar “Cəfər ilə  Bəşir”, “Çəkməsilən”, 

“Tıq-tıq xanım”, ya da Firidun bəy Köçərlinin “Balalara hədiy-

yə”si deyildi ki, oxuyan kimi başa düşək. 

1913-cü ildə “Ana” adlı  nəzmlə yazılmış dram, “Keçmiş 

günlər” və “Bahar şəbnəmləri”  şeirlər məcmuəsi kitabları  gəlib 

Aşqabada da çıxdı. Aldıq, oxuduq, maraqlandıq da. Ancaq bun-

lardan qabaq bir çox teatr kitabları oxumuşduq. “Kimdir mü-

qəssir”, “Ac həriflər”, “Molla Cəbi”, “Yaman qardaş”, “Axşam 

səbri xeyir olur”... “Ana” bunların heç birinə oxşamırdı. 

Fərq nədə idi? 

Bunu başa düşə bilmirdik. Çünki burada nə isə bir başqalıq 

vardı. Mən “yenilik” demirəm, çünki “yenilik” desəm, gərək bunu 

izah edəm. Bu “yeniliyi” bizə başa salan da yox idi. 

Əsərdəki başqalığı başa düşməyə-düşməyə “Ana”nı maraqla 

oxuyurduq. Oxuduqca Cavidin birpərdəli mənzum pyesindəki 

yeni xüsusiyyətləri, dumanlı da olsa, başa düşməyə çalışır, onunla 




Úàâèäè õàòûðëàðêÿí 

529 


daha çox maraqlanırdıq. Bu, bizi şairin başqa yeni əsərlərini 

gözləməyə həvəsləndirirdi. 

“Keçmiş günlər”dəki və “Bahar şəbnəmləri”ndəki  şeirlər də 

bunun kimi. Bunlardakı  şeirlərin fəlsəfəsini demirəm, incəliyi, 

orijinallığı,  şeiriyyəti, musiqisi bizi özünə  məftun etmişdi. Hər-

dənbir, iki-üç yoldaş birlikdə oxuyub, öz fikrimizi deyir, güya 

Cavid yaradıcılığını “təhlil” edirdik. “Ana”nı son illərə qədər sax-

lamışdım.  İtib-batmasın,  əllərə düşməsin deyə  əlyazmaları arxi-

vində saxlanılan fonduma verdim. 

Cavid, əvvəlcə “Zavallı qadın” adlandırdığı “Maral” dramını 

1912-ci ildə “İqbal” qəzetində hissə-hissə çap etdirirdi. 

Şeyx Sənanın: 

“İştə Qafqaz!.. Səfalı bir məva!..  

Allah-allah, nədir bu abu-həva!?.. – 

monoloqu əvvəlcə 1915-ci ilin mayında “İqbal” qəzetində çap 

edilmişdi. Bu əsərin kiçik bir səhnəsi həmin ilin son aylarında 

nəşrə başlayan “Qurtuluş” jurnalında, sonra tamamilə “Açıq söz” 

qəzetində [1915] bütöv çap olundu. 

“İblis”, “Uçurum”, “Afət”, “Peyğəmbər” dramları da “Füqəra 

füyuzatı”, “Azərbaycan füqərası”, “Maarif və  mədəniyyət” kimi 

qəzet və jurnallarda parça-parça çap olunduqca sevilə-sevilə 

oxunur və bu vasitə ilə biz Cavidi daha yaxından tanıyır, onun 

simasında  şeirin böyük üstadını görürdük. Bu tanıdığımız Cavid 

ilə ilk dəfə mütaliə etdiyim “Ana” pyesinin müəllifi Cavid 

arasında zəmini-asiman

*

  fərqi vardı. Bu fərqin ilk nümunəsini 



Sabirin “İki həpənd” şeirindəki: 

– Nə xəbər var Məşədi? 

– Sağlığın! 

– Az-çox da yenə? 

– Qəzet almış Hacı Əhməd! 

– Paho, oğlan, nəmənə? 

                                                 

*

 Yerlə göy qədər – İ.O. 




Úàâèäè õàòûðëàðêÿí 

530 


Formada görür, canlı danışıq ilə şeiri bir vəhdət halında oxu-

yanda: 


– Belə şeir olarmış?–deyə heyrət edirdik. 

Lakin “Şeyx Sənan” çap olunduqda həmin formanın Cavid 

yaradıcılığında Sənan, Xumar və Nina kimi üç adamın bir mis-

rada danışdığını görəndə bu iki şairdəki yenilik qüdrəti bizi cəzb 

etdi: 

S ə n a n   –  



Ah, o, mütləq o!.. Gördüyüm röya!.. 

   


 

İştə, nazəndə heykəli-sevda! 

X u m a r  –  

Söylə kimsin? 

S ə n a n   –  

Zavallı bir məftun... 

N i n a     –   Kim bilir... Bəlkə... 

X u m a r   –  

Qaliba məcnun... 

S ə n a n   –  

Bəlkə məcnunim, eyləməm inkar.  

Bais ancaq o hüsni-əfsunkar... 

 

Bu forma Sabirdə  nə  qədər sadə, adi, həyati, təbii idisə, 



Caviddə bir o qədər  şairanə, bədii, cazibədar olaraq yazılmışdı. 

Hər iki şairdə bir misrada iki-üç obrazı danışdırmaq və adi danı-

şığı  şeiriyyətə çevirmək, hər iki şairdən istedad və  sənətkarlıq 

tələb edirdi ki, bu, özünəməxsus rəngarəngliyilə onların hər 

ikisində vardı. 

Bu xüsusnyyətləri bizə öyrədən məktəb deyil, mühazirə deyil, 

şairlərin özləri idilər. 

1917-ci il fevral inqilabından sonra çar senzorunun hakimiy-

yət mövqeyi bir qədər laxladığından, artıq “Bu əsəri oynamaq ol-

maz!” əmrlərinə çox da qulaq asan yox idi. Azərbaycan teatr re-

pertuarında fəhlələrin sahibkarlara qarşı öz haqqını  tələb üçün 

mübarizəyə çağıran yeganə əsər vardısa, o da Cavidin “Şeyda”sı 

idi. Bu pyesin yazıldığı hələ 1913-cü ildə çap edilmiş “Ana” dra-

mının son səhifəsindəki elanda xəbər verilmişdi. Yəqin ki, senzor 

onun məzmunundan xəbərdar olsaydı, elana da icazə verməzdi. 

Fevral inqilabınadək Cavidin heç bir əsəri səhnə üzü gör-

məmişdi. 1918-ci ildə “Maral” ilk dəfə Krımda oynandı, o da 



Úàâèäè õàòûðëàðêÿí 

531 


ancaq tatar tələbələri tərəfindən Simferopolda, Baxçasarayda və 

başqa  şəhərlərdə  mətbuatın verdiyi məlumata görə yaxşı oynan-

mış, yaxşı da qarşılanmışdı. “Şeyda” isə ilk dəfə 1919-cu il sen-

tyabrın 19-da, Nəmənqanda özbək həvəskarları  tərəfindən “Şey-

da, yaxud həbsdəki inqilabçılar” adı ilə oynanmış, sonra bu əsər 

1923-cü ilədək Özbəkistan şəhərlərində dəfələrlə tamaşaya qoyul-

muşdur. Özbəklər yalnız “Şeyda” deyil, “İblis” və “Şeyx Sənan”ı 

da Daşkənd, Səmərqənd, Xocənd və digər  şəhərlərdə  dəfələrlə 

oynamışlar. 

Cavid dramlarının azərbaycanlılar tərəfindən ilk dəfə oynan-

ması Aşqabadda yaşayan azərbaycanlılara qismət olmuşdur. 

1920-ci ilin baharında, “Ərəblinski” adına truppamız 

“Şeyda”nı tamaşaya qoydu. Bu pyes, Türküstan cəbhəsi birinci 

ordu yanında “5 nömrəli müsəlman truppası”nın repertuarına 

daxil olub, Zakaspi vilayətinin bir sıra  şəhərlərində  dəfələrlə 

oynandı. “Marselyeza» inqilabi mahnısı Azərbaycan səhnəsində 

ilk dəfə Cavidin “Şeyda”sında səsləndi. Bu vaxtadək bizim 

dramaturgiyamızda fəhlələrin istismarçılara qarşı inqilabi çıxışını 

göstərən ikinci əsər yox idi. 

Cavidin xidmətlərindən biri də bu idi. 

Solçu tənqidçilərin kəşf etdikləri “zəif” cəhətlərinə baxma-

yaraq, hər halda “Şeyda” işçi sinfinin istismarçılara qarşı mü-

barizəsini göstərən ilk inqilabi əsər idi. 

Oynayanlar içərisində rejissorumuz Rzaqulu Abdullazadə 

müstəsna olmaqla, digərləri “aktyorluq” həvəsilə alışıb yanan, 

teatr təhsilinin nə olduğunu bilməyən, ancaq öz istedadına güvə-

nərək öhdəsinə götürdüyü rolu bacardıqca yaxşı oynamağa çalışan 

gənclər idi. 

“Şeyda”dan sonra “İblis” tamaşaya hazırlandı. O vaxt bu əsə-

rin Bakıdan bir variantı alınmışdı. Aktyorların mənzum  əsəri 

oynamaqda çətinlik çəkdiklərini nəzərə alan Cavidin özü həmin 

variantda bir çox şeiri nəsrə çevirmişdi. Biz də  həmin variantı 

oynayırdıq. Lakin bunun bir fərqi vardı. Aşqabadda 1920-ci il 

oktyabrın 7-də. Bakıda 1920-ci il dekabrın 21-də, Aşqabaddan az 

qala üç ay sonra. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə