Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə162/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   158   159   160   161   162   163   164   165   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

519 


İmkan verərdi ki, o, fikrini tamamlasın. Hıqqana-hıqqana danışan, 

ara sözlərini çox işlədən tələbəni xoşlamazdı, lakin çox çalışardı 

ki, onun qüsurlarını islah etsin. O, belə  tələbələrə, o cümlədən 

sözləri yerində işlətməyənlərə deyərdi: 

– Sözü ağzında dağ elə çıxart. Ziyalı və mədəni adam gərək 

səlis, rəvan, gözəl və məntiqli danışsın. 

Başqa sözlə, unudulmaz müəllimimiz təbiətin ona verdiyi və 

bilavasitə özünün zəhməti ilə qazandığı  ən gözəl xüsusiyyətləri 

bizə təlqin edərdi. Özü isə elə danışardı ki, elə bil sözlər və cüm-

lələr onun beynindən çap olunmuş şəkildə çıxırdı. O, danışarkən 

bəzən çəliyini yerə vurardı.  Əvvəla, bu, fikrin təsdiqinin ifadəsi 

idi.  İkincisi, çəliyin yerə vurulması ritmik səslə söz arasında 

ahəngdarlıq yaradardı, tələbənin müəllimin danışığına diqqətini 

daha da artırardı. 

Mən Hüseyn Caviddə müşahidə etdiyim əsas xüsusiyyət-

lərdən biri də onun həmişə fikirli olması idi. Şair üçün fikirli 

olmaq təbiidir. Bu da onun bir məziyyətidir. Lakin mən başqa şey 

fikirləşirdim ki, yəqin Cavid əfəndinin beyni yatanda da saat kimi 

işləyir. Və  mənə elə  gəlirdi ki, əlində  gəzdirdiyi yaraşıqlı  çəlik 

onun fikirlərinin, beyninin sütunudur. 

Hüseyn Cavid bədii  əsərləri təhlil edərkən həmişə onların 

içtimai  əhəmiyyətinə böyük diqqət yetirərdi. Bizə tövsiyə edərdi 

ki, bu məsələyə xüsusi fikir verək,  əsəri oxuyandan sonra öz-

özümüzdən soruşaq: 

– Oxuduğum  əsər mənə  nə verdi? Ümumiyyətlə,  əsər oxu-

cuya nə verə bilər? Mən əsərdən bir şey öyrəndim, yoxsa yox?.. 

O, böyük alman mütəfəkkirlərindən V.Höte və F.Şilleri çox 

xoşlardı. Hötenin Şiller üzəriidə təsirindən danışar, onların yara-

dıcılıqlarındakı coşğun ehtirası, dərin fəlsəfi mühakimələri, ro-

mantikanı xüsusi qeyd edərdi. Hötenin “Faust”unu, Şillerin 

“Qaçaqlar”, “Don Karlos” və “Məkr və  məhəbbət”  əsərlərini 

gözəl təhlil edərdi. 




Úàâèäè õàòûðëàðêÿí 

520 


Hüseyn Cavid, ümumiyyətlə, müxtəlif xalqların ədəbiyyatına, 

klassiklərinə böyük məhəbbət bəslərdi. Onların arasında rus 

ədəbiyyatı  və klassik rus yazıçıları xüsusi yer tutur. O, xüsusilə 

A.S.Puşkini, L.N.Tolstoyu, F.M.Dostoyevskini, A.M.Qorkini çox 

sevərdi, L.Tolstoyun “Anna Karenina”, “Hərb və sülh” roman-

larını gözəl təhlil edərdi. Deyərdi ki, “Hərb və sülh” romanı o 

qədər gözəl və  həyati yazılıb ki, sanki bütün hadisələr adamın 

gözünün qarşısından canlı səhnələr kimi gəlib keçir. Sonralar mən 

bu sözün nə qədər gerçək olduğunu bir daha yəqin etdim. Cavid 

əfəndinin müşahidələri doğru idi. L.Tolstoy həmin romanı sanki 

kino üçün yazmışdı. Bunun sonralar əsərin ekranlaşdırılmasına 

müəyyən dərəcədə köməyi dəymişdi. 

Cavid  əfəndi bizə L.Tolstoyun dramaturgiyasından da danı-

şırdı. Əsasən, “Zülmətin hakimiyyəti” pyesini təhlil edərdi. Lakin 

onun dramaturgiyasından daha çox romanlarına böyük qiymət 

verərdi. Deyərdi: 

– Lev Tolstoy dünya ədəbiyyatına romanları ilə daxil olub. 

Nəsillər bir-birini əvəz etdikcə onun romanları özünün layiqli 

qiymətini alacaqdır. 

İndi bu sözlər deyilən vaxtdan qırx ildən çox keçir. Biz həmin 

fikri eynilə Hüseyn Cavidin özünə aid etmək istəyirik. Böyük 

sənətkarımız həqiqətən dünya miqyasına çıxacaq dram əsərləri 

yaratmış, zəngin irs qoyub getmişdir.  Şəksiz, nəsillər dəyişdikcə 

Hüseyn Cavid daha yaxşı  dərk olunacaq, hər bir klassik əsəri 

özünün layiqli qiymətini alacaqdır. 

O, rus poeziyasının günəşi A.S.Puşkini də çox sevərdi. Adını 

tez-tez, hörmət və məhəbbətlə çəkərdi. “Yevgeni Onegin”, “Boris 

Qodunov” əsərlərinə yüksək qiymət verərdi. Deyərdi: 

– Puşkin dünya durduqca yaşayaçaqdır. 

Hüseyn Cavid M.Qorkinin “Ana” romanını çox xoşlardı. Onu 

gözəl təhlil edərdi. Biz onun təhlilinə heyran olardıq. A.Ostrov-

skini bizə istedadlı bir yazıçı kimi təqdim edərdi. Onun “Tufan” 

və “Cehizsiz qız” əsərlərinin adını tez-tez çəkərdi. Deyərdi: 



Úàâèäè õàòûðëàðêÿí 

521 


– A.Ostrovski geniş  və  dərin müşahidə qabiliyyətinə malik 

yazıçıdır. 

Burada bir haşiyə  çıxmaq istəyirəm. Məlumdur ki, Hüseyn 

Cavidin bizə dərs dediyi illər çox mürəkkəb və ziddiyyətli illərdi. 

O illərdə klassik irsə marksist münasibət unudulur, sərsəm 

nəzəriyyələr irəli sürülür, ədəbiyyat və incəsənətdə proletkultçu-

luq, nihilizm, formalizm, vulqar sosiologiya kök salırdı. Bu nəzə-

riyyələrin tərəfdarları klassik irsi rədd edir, böyük sənətkarlara 

dodaq büzür, əsərlərinin təhlilinə düzgün mövqedən yanaşmır-

dılar. Belə bir mürəkkəb tarixi şəraitdə uzaqgörən sənətkar  ədə-

biyyat və  sənət üçün yabançı olan bu cür tendensiyaların  əksinə 

olaraq bizə klassik irsi sevdirirdi. Şərq, Qərb və rus klassikləri 

haqqında bizdə dolğun və düzgün təsəvvür yaradırdı. H.Cavidin 

həm bir müəllim, həm bir sənətkar, həm də bir şəxsiyyət kimi 

böyüklüyü bir də bunda idi. Zaman onun nə  qədər doğru yolda 

dayandığını sübut etdi. 

Hüseyn Cavid bədii  əsərlər haqqında (istər dramatik, istərsə 

də nəsr olsun) deyərdi:  

–  Əsl  əsər uzunömürlü olmalıdır. Vaxtaşırı çap edilməli, 

tamaşaya qoyulmalı, nəsillərə çatdırılmalıdır. 

Yeri gəlmişkən deməliyəm ki, onun çox gözəl hafizəsi və 

yaddaşı var idi. Mən, rejissor kimi, bir çox dramaturqla işləmi-

şəm. Lakin onların bəziləri hətta öz əsərlərinin adını belə unu-

dardılar. Hüseyn Cavid isə belə deyildi. O, demək olar ki, bütün 

dram  əsərlərinin məzmununu gözəl bilərdi, lazımi parçaları, 

monoloqları əzbər deyərdi. Lazım gələndə əsərlərində hadisələrin 

gedişini və toqquşmasını, obrazların fərdi-psixoloji xüsusiyyət-

lərini və dünyagörüşlərini və s. elə danışardı ki, elə bil əsərin üs-

tündən bu dəqiqə durub. Şəksiz, belə dramaturqla rejissorun işlə-

məsi çox maraqlı  və  səmərəli idi. Şəxsən bu, məni çox heyrət-

ləndirərdi. Maraqlıdır ki, Cavid əfəndi dərs vaxtı öz əsərlərinin 

adını nadir hallarda çəkər, onlardan söz açmazdı. İstedadlı drama-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə