Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə158/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   154   155   156   157   158   159   160   161   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

507 


Qulaq verməm mən əsla bir xitabə,  

Pərəstiş eyləməm heç bir kitabə,  

Əvət, quran, zəbur, incilü tövrat  

Birər rəya ki, zor təfsiri, heyhat!.. 

 

Beləliklə, gənclik illərimizdə Cavid bizim xəyalımıza hik-



mətamiz fəlsəfi fikirlər, güclü ehtiraslar tərənnüm edən böyük 

poeziyanın, böyük sənətin ustadı kimi daxil olmuşdu. 

1929-cu ildən mən yavaş-yavaş  işləyib yaşadığım Lenin 

rayonundan

*

  şəhərə yol açmağa,  Əzizbəyov adına Azərbaycan 



Dövlət Dram Teatrının

**

 tamaşalarına, yazıçılar ittifaqına, o 



zaman  ədəbi məclislər keçirilən “Maarif evi”nə

*

 (indiki Sabir 



bağının altında idi) və “Kommunist” qəzeti

**

 redaksiyası yanın-



dakı  ədəbiyyat klubuna, “Gənc işçi” və  “Şərq qadını” redak-

siyalarına gəlməyə başladım. Bu məclislərdə  və redaksiyalarda 

ara-sıra Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun

Rəsul Rza, Abdulla Faruq, Sabit Rəhman,  Əbülhəsən kimi o 

zamanın artıq tanınmış  şair və yazıçıları ilə görüşür, onların 

əsərlərinə, çıxışlarına qulaq asırdım. Bir müddət sonra məni 

Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin katibi seçdilər. 

Məhz bu dövrdə mən bir sıra görkəmli yazıçıları, o cümlədən 

Hüseyn Cavidi şəxsən görüb tanımağa başladım. O zaman 

Azərbaycan proletar yazıçıları  təşkilatı ilə yanaşı, Azərbaycan 

yazıçılar cəmiyyəti də vardı ki, inqilabdan əvvəl yazmağa başla-

mış qocaman yazıçıların çoxu orada birləşmişdi. Hər iki təşkilat 

Kommunist küçəsində Elmlər Akademiyasının indiki binasında 

yan-yana bir neçə otaqda yerləşirdi. Proletar yazıçılar təşkilatı 

olan otaqlarda daha artıq canlanma gözə dəyirdi. Görkəmli yaşlı 

yazıçılar isə öz cəmiyyətlərinə bizə nisbətən az-az gəlirdilər. 

Cavid xüsusən az görünənlərdən idi. Buna baxmayaraq, biz tanış 

                                                 

*

 İndiki Sabunçu rayonu. – Tərtibçi. 



**

 İndiki Akademik Milli Dram Teatrı. –Tərtibçi. 

*

 Bolşeviklər hakimiyyətə gəldikdən sonra sökülmüşdür. – Tərtibçi. 



**

 İndiki “Xalq qəzeti”. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

508 


ola bilmişdik. Çünki zahirən iki təşkilat olsa da yaşlı  və  gənc 

yazıçılar arasında daimi möhkəm  əlaqə vardı.  Ədəbiyyat,  ədəbi 

yaradıcılıq qoşaqanadlı vahid proses şəklində davam edirdi. Buna 

görə  də 1932-ci ildə bütün yazıçıları birləşdirən Sovet Yazıçılar 

İttifaqının yaranması hamımızın ürəyindən oldu. 

Hüseyn Cavidlə görüşlərimiz zamanı o, adəti üzrə azdanışan 

olduğundan diqqətli gözləri ilə müsahibini müşahidə edərək 

susardı. Mən isə onun qarşısında sıxıldığım üçün danışmağa söz 

tapmazdım. Ancaq bir-iki dəfə “Azər”dən mətbuatda oxuduğum 

parçalar və  “Şeyx Sənan” tamaşası haqqında çox qısaca aldığım 

təəssüratı bildirmişdim. O zaman “Gənc işçi” qəzetində  mənim 

Cavid haqqında müsbət ruhlu kiçik bir yazım da çap olunmuşdu.

*

 

Cavid heç bir söz deməsə  də  mən onun gözlərində, mehriban 



simasında xoş hisslər oxumuşdum. 

1930-cu ilin payızında məni Naxçıvana maşın-traktor stan-

siyası siyasi şöbəsinin “Sürət” adlı qəzetinə redaktor göndərdilər. 

Bir neçə ay sonra Bakıya, yazıçıların birinci qurultayına gəlmiş-

dim. Kommunist küçəsilə  aşağı enirkən Hüseyn Cavidlə rastlaş-

dım. Salam verdim. O məni saxladı, hal-əhval tutdu, Naxçıvanla, 

orada mənim işimlə maraqlandı  və birdən dedi: “Niyə küçədə 

durmuşuq, gedək bizə”. 

Onda Cavid Kommunist küçəsində Azərbaycan Mərkəzi 

İcraiyyə Komitəsi (İndiki Azərbaycan SSR Ali Sovetinin Rəyasət 

heyəti) yerləşən binada olurdu. Yuxarı qalxdıq. Oturduq. “Gəl 

təzə qurtardığım “Xəyyam”dan sənə bir səhnə oxuyum – dedi, – 

ilk oxucum olacaqsan!” 

Əlbəttə, bu mənim üçün böyük şərəfdi! 

Cavid, hərarətlə, qızğın oxumağı sevməzdi. Hər halda 

“Xəyyam”ı yavaşdan sanki öz yazdığını oxumaqdan sıxılar kimi 

ahəstəcə başladı. “Xəyyam”ın birinci pərdəsində  Xəyyamla 

Sevdanın ilk görüşü, oradakı  təmiz ruh və poetik təravət məni 

                                                 

*

  Məqalə  “İ.Mirzə” imzası ilə çap edilmişdi. Çox da müsbət ruhlu deyil. – 



Tərtibçi. 


Úàâèäè õàòûðëàðêÿí 

509 


valeh etmişdi: “Bir tanrıya lazımsa tapınmaq, zövq əhli tapınsın 

sana” misrasını  mən sonralar tez-tez təkrar edərdim. Cavid əsəri 

büküb susduqda mən “çox gözəldir!» dedim. Daha dalını oxu-

madı. Mişkinaz xanım özünəməxsus təmkinlə çay gətirdi. Mən 

təşəkkür edib dərin hissiyyatla o müqəddəs evdən çıxdım. 

Azərbaycan Sovet Sosialist Respublikasının on beş illiyi 

münasibətilə elan olunmuş müsabiqədə “Xəyyam” dramının mü-

kafat aldığını  qəzetlərdə oxuyanda əlbəttə  mən ürəkdən sevin-

məklə bərabər, qəribə bir qürur da duydum. Mənim sevincim və 

qürurum təbii idi, əvvəla Cavid kimi böyük məhəbbətlə sevdiyim 

bir sənətkarın yüksək zövq aldığım əsəri mükafatlanmışdı, ikinci 

də onunla yanaşı  mənim “Həyat” pyesim bu şərəfə layiq görül-

müşdü. 

Yarım əsr əvvəl Cavidin əsərlərində bizi cəzb edən qüdrətə və 



yüksək bədii keyfiyyətlərə indi mən onqat artıq valehəm və bir 

yazıçı kimi Cavidin parlaq istedadı, böyük sənəti qarşısında 

pərəstiş edirəm... 

1981 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə