Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə157/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   153   154   155   156   157   158   159   160   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

504 


 

Mirzə İbrahimov 

Úàâèäè éàä åäÿðêÿí  

 

n beş-on altı yaşından ədəbiy-



yata maraq göstərməyə, yeni 

ədəbi  əsərləri böyük həvəslə izləməyə 

başlayan iyirminci illər gəncliyinin se-

vimli yazıçılarından biri Hüseyn Cavid 

idi. O dövr ictimai həyatımızda sinfi 

zülm, bərabərsizlik, mədəniyyətsizlik, 

gerilik, cəhalət əleyhinə, yeni iqtisadiy-

yat və ictimai münasibətlər, yeni həyat 

və  mədəniyyət, yeni düşüncə və əxlaq, 

yeni  ədəbiyyat və incəsənət uğrunda 

qızğın mübarizə dövrü idi. Bu mübarizə həyatın bütün sahələrini 

əhatə etmişdi və çox kəskin idi. Bunun da səbəbi aydındır: Köhnə 

həyat, onun formaları və əxlaq normaları, onları təmsil edən sinif-

lər tamamilə aradan getməmişdi, canlı adamların simasında mü-

qavimət qüvvəsini fəal şəkildə büruzə verirdi. 

O dövr gəncliyini və ümumiyyətlə cavan, qoca, qadın, kişi, 

bütün  ədəbiyyat və teatr həvəskarlarını Hüseyn Cavid yaradıcı-

lığında cəzb edən nə idi? 

Bu suala çavab axtaran fikrim məni o zamanlara qaytarır, bir 

yerdə  işlədiyimiz, bir rayonda yaşadığımız və tez-tez görüşdü-

yümüz, cəmiyyəti məşğul edən məsələlər barədə müzakirə  və 

mübahisələr apardığımız adamlar, onların istək və ehtirasları xə-

yalımda canlanır. Baxmayaraq ki, o zaman Cavidin əsərləri bir 

sıra qızğın mübahisələr oyadırdı, hətta jurnal və  qəzetlərdə o 

dövrdə diqqəti cəlb edən bəzi tənqidçi və  ədəbiyyatçılar tərə-

findən atəşə  də tutulurdu, geniş oxucu kütləsi, onların içərisində 

biz yeniyetmələr də bu əsərləri oxuyur və onlardan ləzzət alırdıq... 

Nə tapırdıq biz Cavidin əsərlərində? Orada bizi cəzb edən nə 

idi? 




Úàâèäè õàòûðëàðêÿí 

505 


Yox, Cavid cəmiyyətin həyatını çalxalandıran ictimai-siyasi 

məsələlər barədə  dərhal, fəal  şəkildə, həm də hakim fikrin 

mövqeyindən səs verən yazıçılardan olmamışdır. Cavidin o 

zamankı əsərləri ilə həyatdakı mübarizələr arasında canlı əlaqəni 

əks edən zahiri əlamətlər o qədər də gözədəyimli deyildi. 

Lakin bu əlaqə çox dərin və üzvi şəkildə olduğundan Cavidin 

şeirləri, xüsusən dramları bizə intuitiv təsir göstərirdi, maqnit 

kimi bizi cəzb edirdi, həyəcanlandırırdı, düşündürürdü, fikrimizi 

hara isə ucalara qanadlandırırdı. Xəyalımızda füsunkar bir aləm, 

işıqlı həyat səhnələri açırdı. 

Bəli, romantizm! Romantizm? Cavidin pak insaniyyət duy-

ğuları ilə dolu olan romantik poeziyası, romantik poetik təfəkkürü 

və arzuları iyirminci əsr bəşər tarixinin, bəşər fikri və ehtiras-

larının  ən uca, ən yüksək zirvəsini təşkil edən inqilabın roman-

tikası ilə harada isə qovuşur, inqilabın yüksək humanizmi ilə 

həmahəng səslənərək zülmdən, cəhalətdən, fanatizmdən azad olan 

bir cəmiyyət qurmağa başlamış insanların ürəyini, ruhunu oxşa-

yırdı. Ona görə  də  sənət  əsərlərinin bu və ya digər ideallarla 

əlaqəsini müəyyən etmək istərkən yalnız zahiri oxşarlıqları, fikrin 

sözdə açıq ifadəsini deyil, onun obrazlar, simvollarla ifadəsini, 

ideallarla hissi əlaqəsini və insanın hisslərinə, ehtiraslarına necə 

təsir etdiyini, oxucu ürəyində  nə cür həyəcanlar oyatdığını da 

nəzərə almaq lazımdır. 

Yuxarıda dediyim dövrdə, yəni iyirminci illərdə biz iqtisa-

diyyat və  mədəniyyətcə qabaqcıl Avropa ölkələrindən çox geri 

qalmış bir ölkəni arabadan, xışdan, neft lampasından, feodal geril-

iyindən, savadsızlıqdan, məktəbsizlikdən, işsizlikdən, ehtiyacdan, 

çadradan qurtarıb hər cəhətdən yüksək inkişaf yoluna çıxarmağa 

səy edirdik, həm də istəyirdik nə əzənlər, nə də əzilənlər olsun! 

Humanist idealdır? 

Bəli! Çünki bütün bunlar humanizmin mərkəz problemi olan 

insan  şəxsiyyətini görülməmiş  dərəcədə ucaldır, qaldırır, onun 

mənliyini, şüurunu zülm və fanatizm, cəhalət və nadanlıq buxov-

larından azad edir. Bu cəhətdən Cavidin əsərləri böyük həyati 

əhəmiyyətə  və  təsir qüvvəsinə malik idi və indi də öz dərin hu-



Úàâèäè õàòûðëàðêÿí 

506 


manist məzmunu, işıqlı fikir və idealları ilə insanları düşündürən, 

onların ürəyinə, mənəvi aləminə güclü təsir göstərən əsərlərdir. 

Həm də gözəl, oynaq və obrazlı dili, yüksək bədii keyfiy-

yətlərilə Cavidin poeziyası  gənclik illərindən bizi valeh etmiş, 

həyatımıza, mənəvi aləmimizə daxil olmuşdu. Onun “Şeyx 

Sənan”, “İblis” kimi əsərlərindəki bir çox beytləri, aforistik 

ifadələri dilimizin əzbəri idi, bir sıra səhnələr və epizodlar xəyalı-

mızdan çəkilməzdi. O zaman müstəmləkələrdə – Çində, Hindis-

tanda və başqa yerlərdə xalqların azadlıq mübarizələri qızışırdı, 

imperialistlər hər yerdə silaha əl atır, zülmə  və istismara qarşı 

ayağa qalxmış xalqların hərəkatını qan dəryasında boğurdu, orda-

burda ara vermədən soyğunçu müharibələr törədirdi. O zaman 

Cavidin beytləri bizim qulağımızda romantik bir musiqi parçası 

kimi, himn kimi səslənirdi: 

 

Kəssə hər kim tökülən qan izini 

Qutaran dahi odur yer üzünü... 

 

Xüsusilə  “Şeyx Sənan” faciəsi bizim ən çox sevdiyimiz və 



əzbər bildiyimiz əsərlərdən idi. Bu ölməz sənət incisi xəyalımızda 

həyatın, insanın mənəvi aləminin rəngarəng səhnələrini açırdı, 

fikrimizi dünyanın və  həyatın hələ dumanlı  şəkildə  də  təsəvvür 

etmədiyimiz cəhətlərinə yönəldirdi, qəlbimizdə varlığın sirlərini 

anlamaq, fəlsəfi idrak duyğusunu gücləndirirdi. Biz “Şeyx 

Sənan”dakı  dərviş surətinin sözlərini demək olar ki, təkrardan 

yorulmurduq: 

Sağın, heç sorma! Bir divanəyəm mən,  

Dəmadəm çırpınır pərvanəyəm mən.  

Babam heyrət, anamdır şübhə... Əsla  

Bilinməz mən kiməm, ey şeyxi–vala!  

Fəqət pəjmürdə bir səyyahi-zarəm,  

Şəriətdən, təriqətdən kənarəm,  

Həqiqət istərəm, yalnız həqiqət!  

Yetər artıq şəriət, ya təriqət.  



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə