Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə156/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   152   153   154   155   156   157   158   159   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

501 


maraqlı idi. O işlədiyi zaman ətrafındakıları hiss etməzdi. Bəzən 

uzun müddət sakit vəziyyətdə yazı masasının arxasından 

durmadan çalışardı. Bəzən isə otaqda var-gəl edə-edə bir obrazın 

sözünü və ya monoloqunu, müəyyən bir dialoqu və ya yazdığı 

şeirin bir bəndini ucadan deyərdi, həm də müxtəlif surətlərin 

sözlərini onların xarakterinə müvafiq şəkildə söylərdi. Görünür, 

yazdıqlarının yaratdığı qəhrəmanların dilində necə səslənəcəyi də 

onu maraqlandırırdı. Sonra yenə susar, yazı masasının arxasına 

keçərək düşüncəyə dalar və yenidən yazardı...  

Atam hələ  gənclik illərində çox mütaliə etdiyinə görə 

gözlərini həddindən artıq yormuş, zəiflətmişdi

*

. Həkimlərin 



məsləhətilə o nisbətən az oxumalı, gözlərini qorumalı, özünü çox 

yormamalı idi. Mütaliəsiz isə keçinmək mümkün deyildi. Ona 

görə  də ailə üzvləri: anam, qardaşım və  mən  ərəb  əlifbasını da 

bildiyimiz üçün bacardığımız köməyi edə bilirdik. Bizə  ərəb 

əlifbasını müxtəlif vaxtlarda onun özü öyrətmişdi. Əvvəlcə, yeni 

evləndikləri zaman anama dərs demiş, sonralar qardaşıma 

öyrətmişdi. Mənə isə, 4-cü sinifdə oxuduğum zaman öyrətdi. Bu 

əlifbanı bilməyim, atamın  əlyazmalarından, eləcə  də çox əvvəl-

lərdə nəşr edilmiş əsərlərindən, həm də müxtəlif ədəbiyyatdan və 

dövri mətbuatdan istifadə etməyə imkan verir. Əlifbanı 

öyrəndiyim vaxtdan keçən illər ərzində, hər dəfə bu əlifba ilə nəşr 

olunmuş  ədəbiyyatdan, sənədlərdən,  əlyazmalarından və s. 

istifadə etdikdə, atamı böyük minnətdarlıqla yad edirəm

**



Evdə kimin hansı saatda vaxtı olurdusa onun üçün oxuyurdu. 

Bəzən bu işi anam daha çox görməli olurdu. Mən atamın 

“Koroğlu” kino ssenarisi üzərindəki işini yaxşı xatırlayıram. 

Yeddinci sinifdə oxuyurdum. Bu onun üzərində işlədiyi son əsər-

lərindən idi. Bununla əlaqədar olaraq istifadə etdiyi ədəbiyyatın, 

                                                 

*

  Uşaqlıqda göz xəstəliyinə tutulmuş  və uzun zaman müalicə olunmuşdur. – 



Tərtibçi. 

**

 O, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru işlərkən  ərəb  əlifbasında 



yazılmış bütün sənədləri özü oxuyar və  əməkdaşlara məlumat verib üzünü 

köçürtdürərdi. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

502 


kitabların böyük əksəriyyətini mən oxuyurdum. Bu sadəcə oxu 

çərçivəsində qalmırdı. Yeri gəldikcə çox maraqlı,  ətraflı izahlar 

verir, təhlil edirdi. 

Əsərlərinin üzünü köçürməkdə  də kömək edirdik. İndi onun 

əlimizdə olan son pyesi “İblisin intiqamı”  əsərinin üzünü anam 

köçürmüşdü. Bəzi səhifələrdə pyesə etdiyi əlavələri, dəyişikliyi 

görmək mümkündür. 

Atam yazdıqları haqqında, planları, düşüncələri haqqında 

müntəzəm olaraq anamla söhbət edərdi. İndiki kimi xatırlayıram... 

Anam kresloda oturar, atam da bütün söhbəti müddətində otaqda 

gəzişərək bəzən sakit, təmkinlə, bəzən isə çox ehtirasla, həyəçanla 

danışardı. Belə hallarda nə anam yerindən qalxar, nə  də biz 

söhbətlərinə mane olardıq. Belə vəziyyət çox vaxt bir saatdan da 

artıq çəkərdi. Biz belə halların çox tez-tez şahidi olurduq. 

Kitablarımın içərisində  mənə çox əziz olan bir kitab var. 

Atamın mənə  hədiyyə verdiyi “Səyavuş” pyesi! O günü yaxşı 

xatırlayıram... Atam yenicə çapdan çıxmış “Səyavuş” pyesindən 

bir neçə nüsxə almış, kitablardan qohumlara, dostlara, tanışlara 

hədiyyə vermək üçün onları yazmaqla məşğul idi. Mən də yazı 

masasının yanında dayanıb yazılanları bir tərəfə qoyur növbəti 

kitabın yazılmasına baxırdım. Hələ hamısının yazılıb qurtarmasını 

gözləmədən bir uşaq sadəlövhlüyü və marağı ilə: “Bəs mənim 

kitabım hanı?” sualı ilə müraciət etdim. Əvvəlcə gülumsündü. 

Sonra adəti üzrə alnımdan öpdü. Böyük məhəbbət və  səmimiy-

yətlə, çox sakit və mülayim səslə: “Bütün kitablarım sənin deyil-

mi?” cavabını verdi. Şubhəsiz ki, növbəti kitablardan birini qar-

daşıma, birini də mənə hədiyyə verdi. Qardaşıma verdiyi kitabda 

“Sevgili  Ərtoğrola bir yadigar. Bakı, dekabr, 1934”, mənim 

kitabımda isə “Sevgili Turanıma bir yadigar. Bakı, dekabr, 1934” 

sözləri yazılmışdı... Hər iki kitab çox səliqə ilə saxlanmışdır. 

Teatr sənətinə maraq məndə çox kiçik yaşlarından oyanmışdı. 

Hələ orta məktəbdə oxuyarkən bizi məktəbdən müntəzəm olaraq 

Gənc Tamaşaçılar Teatrına aparardılar. Eyni zamanda ailə 

üzvlərilə birlikdə Azərbaycan Dövlət Dram teatrının tamaşalarına 




Úàâèäè õàòûðëàðêÿí 

503 


da baxmağa gedirdim. Atam bir qayda olaraq baxdığımız tama-

şaların bizə – qardaşıma və mənə necə təsir etdiyi ilə və necə başa 

düşməyimizlə maraqlanar və müxtəlif suallar verərdi.  Ərtoğrol 

məndən bir neçə yaş böyük olduğuna görə  və yaxşı hazırlığına 

görə onun cavabları daha doğru və əsaslı olurdu. Bizi dinlədikdən 

sonra özü gördüyümüz tamaşanı təhlil və izah etməyə başlar, çox 

maraqlı fikirlər, mülahizələr söylərdi. Onun teatr sənəti haqqında 

dediklərini indi xatırlaya bilmədiyim üçün çox-çox təəssüflər 

edirəm. 

Lap kiçik yaşlarımdan müntəzəm olaraq baxdığım tamaşalar 

və evdə onların  ətrafında gedən danışıqlar, atamın bizə qonaq 

gələn sənət dostları ilə göruşləri zamanı etdiyi söhbətlər məndə 

teatr sənətinə maraq və məhəbbət oyatmış, sonralar bu məhəbbət 

daha da dərinləşmiş, nəhayət, teatrşünas ixtisasını seçməyimə 

səbəb olmuşdur

*

. Bunun üçün isə  mən yalnız və yalnız atama 



minnətdaram. 

1981 

                                                 

*

 Cavidin Sibirdən göndərdiyi məktublarda qızının uşaq həkimi olması 



məsləhət görülmüşdü. Məsləhətə əməl edilmiş, o, Tibb İnstitutuna daxil olmuş, 

orada cəmi 5 gün oxumuşdur. Dost-tanış arasında “5 günlük həkim” kimi 

tanınmışdı. – Tərtibçi. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə