Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə159/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   155   156   157   158   159   160   161   162   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

510 


 

Xamid Yarməhəmmətov 

Óíóäóëìàç ýþðöøëÿð 

 

ənə görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn 



Cavidlə iki dəfə görüşmək xoşbəxtliyi nəsib olmuşdu. 

Bizim birinci görüşümüz 1933-cü il avqust ayının axırında 

Kislovodskidə, “Minutka” sanatoriyasında olmuşdu. Hüseyn 

Cavid Kislovodskə öz azərbaycanlı yoldaşları –  Azərbaycan qa-

dını jurnalının

1

 redaktoru  Lətifə Biryukova, şair Süleyman 



Rüstəm və başqalarilə müalicəyə gəlmişdi

2



Bizim sanatoriya o qədər də böyük deyildi. Və biz kazanlılar 

(biz üç nəfər idik) gəlişimizin elə ikinci günü bizim azərbaycanlı 

dostlarımızla çox yaxından tanış olduq. İstirahət saatlarımızı 

onlarla keçirmək bizim üçün çox xoş idi. Hüseyn Cavid onların 

arasında  ən yaşlısıydı. Biz həmişə ona çox hörmət eləyərdik. O 

isə  ən yaxşı söhbətçi kimi, bizim aramızda müstəsna diqqətlə 

əhatə olunardı. 

Hüseyn Cavid biləndə ki, mən Kazandanam, bu yaxınlarda 

Kazan Pedaqoji İnstitutunun  ədəbiyyat fakültəsini bitirmişəm və 

tatar  ədəbiyyatı üzrə aspiranturada saxlanılmışam, Tatarıstan 

ədəbiyyat həyatı ilə çox maraqlandı və tatar ədəbiyyatının klassiki 

Abdulla Tukayın poeziyası haqqında məhəbbətlə danışdı. 

Hüseyn Cavid gündüz və axşam gəzintiləri zamanı bizə öz 

xalqının həyatı  və tarixi haqqında, öz respublikasının  ədəbiyyat 

həyatı barəsində  qızğın məhəbbətlə danışardı. Mən, gənc bir 

filoloq kimi, həmişə gözəl, çox ibrətamiz və böyük yaradıcılıq 

təcrübəsi ilə  zəngin olan bu görkəmli və talantlı yazıçının 

söhbətlərinə qulaq asardım. 

                                                 

1

 “Şərq qadını” jurnalı – İ.O. 



2

Qeyd. Yarməhəmmətovun xatirəsi rusca yazılmışdır. Onu tərtibçi tərcümə 

etmişdir. 




Úàâèäè õàòûðëàðêÿí 

511 


Mənə Hüseyn Cavidin musiqini, xüsusilə Azərbaycan xalq 

musiqisini necə sevməsini öyrənmək çox xoş idi. O zaman Kislo-

vodskidə o qədər də böyük olmayan bir restoran açılmışdı. Bura-

da müxtəlif çeşidli Azərbaycan xörəkləri sifariş vermək olardı. Ən 

başlıcası isə bu restoranda Azərbaycan xalq musiqi alətlərindən 

təşkil edilmiş kiçik bir orkestr vardı. 

Bir dəfə Hüseyn Cavid və Süleyman Rüstəm məni restorana 

şam yeməyinə  dəvət etdilər. Biz Azərbaycan xalq musiqisinə 

qulaq asaraq, axşamı bu rahat milli restoranda çox yaxşı keçirdik. 

Hüseyn Cavidin xahişi ilə orkestr dəfələrlə bir neçə gözəl 

Azərbaycan xalq musiqisi çaldı. Bugünkü kimi xatırlayıram ki, 

Hüseyn Cavid öz xalqının ecazkar musiqisinə böyük diqqət və 

məhəbbətlə qulaq asırdı. 

1935-ci ildə  mən “Qızıl Tatarstan” respublika qəzetinin 

mədəniyyət  şöbəsində  işləyirdim.  İyulun axırı, yaxud avqustun 

əvvəli idi. Saat 12 olardı. Hüseyn Cavid işlədiyim redaksiyanın 

otağına girdi. Sevincimdən, daha dəqiq desəm, təəccübdən bilmə-

dim nə edim. Biz köhnə tanışlar kimi çox hərarətlə görüşdük. 

Hüseyn ağa, həmişəki kimi, asta-asta danışaraq dedi ki, Kazana 

yolüstü, cəmi bir neçə saatlığa gəlmişəm. Kazana turist gəmisində 

gəlmişəm. Fürsətdən istifadə edərək, istədim ki, Kazan şəhərinin 

tarixi yerlərini gəzim. O mənə Kazan Kremli və V.İ.Ulyanov-

Lenin adına Dövlət Universiteti haqqında təəssüratlarından 

danışdı. Sonra biz küçəyə  çıxdıq və  mən onu evə qonaq dəvət 

etdim. Lakin təəssüf ki, Hüseyn Cavidin vaxtı yox idi. Beləliklə, 

mən böyük və valehedici bir insandan ayrıldım. 



1973 


Úàâèäè õàòûðëàðêÿí 

512 


 

Rəsul Rza 

Ìèíëÿðëÿ êþíöëäÿ òÿÿññöôö ãàëäû 

 

air Hüseyn Cavid Azərbaycan 



sovet  şairlərinin

*

 yaşlı  nəslinə 



mənsub idi. O, poetik ömrünün ən gə-

limli illərində bizdən ayrıldı. İyirmi-iyir-

mi beş illik qısa bir zamanda bəzən haqlı 

ədəbi mübahisələrə  səbəb olan, bəzən 

haqsız irad və böhtanlara hədəf olan 

poetik əsərlər, dramlar, faciələr, poema-

lar,  şeirlər qoyub getdi. Çox tez getdi. 

Minlərlə könüldə  təəssüfü, inciyi, niga-

ranlığı qaldı. 

Dahilərin də, ən sadə, adi insanların da ömür möhləti vardır. 

Bu möhlət əvvəlcədən müəyyən edilməsə də bir gün son nöqtəyə 

çatır, qurtarır, insan sevdiyi dünyadan, arzularından, ümidlərindən 

ayrılmalı olur. 

Hüseyn Cavid illərlə göz ağrısından iztirab çəkdi, bəlkə də bu 

xəstəliyin  şairin qısa ömründən qopardığı aylar, günlər sevdiyi 

sənətinə – şairlik zəhmətinə  sərf olunsaydı, indi ədəbiyyatımızın 

dəyərli dəftərində neçə-neçə gözəl, poetik ilhamla yazılmış səhifə 

də var olardı. Olmadı! Lakin şair Hüseyn Cavidin yazıb-yarada 

bilmiş olduqları  şərəfli bir insan ömrünün, bir şair ömrünün 

tutumlu, dolumlu, unudulmaz səhifələridir. 

Hüseyn Cavidlə ilk tanışlığım çox gənc illərimə təsadüf etdi. 

O illərdə  mən Göyçayda yaşayırdım. Bir neçə günlüyə böyük 

bacım Kübragilə qonaq gəlmişdim. Küçələrdəki elan lövhələrində 

Hüseyn Cavidin “Topal Teymur” tamaşası elanını gördüm. Şair 

və tələbəlik dostum Abdulla Faruqun böyük bir çətinliklə tapdığı 

                                                 

*

  Əslində Cavid “sovet şairi” deyildi. Turan Cavidin bu sözdən çox acığı 



gəlirdi... – Tərtibçi. 

Ø 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə