Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə155/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   151   152   153   154   155   156   157   158   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

498 


 

Turan Cavid 

Àòàì ùàããûíäà õàòèðÿëÿðèì 

 

əllidir ki, Hüseyn Cavid ədəbi 



yaradıçılığa şeirlə başlamışdır. 

Dramaturgiya janrına isə 

1910-cu ildə müraciət edərək ilk 

birpərdəli “Ana” pyesini yazmışdır. 

Onun 1910-1937-ci illər arasında 

yazmış olduğu pyeslərinin sayı 20-dən 

çoxdur. “Ana”, “Maral”, “Şeyx Sənan”, 

“Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, 

“Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, 

“Səyavuş”, “Xəyyam”, “İblisin intiqa-

mı”, “Telli saz”, “Şəhla”, “İblisin ilhamı”, “Atilla”, “Koroğlu” 

kino ssenarisi və başqa əsərlərini göstərmək olar. Təəssüflə qeyd 

etməliyik ki, son 4 nyes, ssenari və adları bizə bəlli olmayan daha 

başqa əsərlər əlimizdə deyildir. 

1920-ci ildən yazmağa başladığı “Azər” dramatik poeması 

üzərindəki işini 1937-ci ilə  qədər davam etdirmiş, lakin tamam-

laya bilməmişdir. 

Hazırda əlimizdə olan 13 dram əsərindən 11-i müxtəlif vaxt-

larda səhnədə tamaşaya qoyulmuşdur. 

Məlum hadisələrlə  əlaqədar olaraq atamın arxivi mühafizə 

edilməmişdir. Lakin əlyazmalarından “Şeyx Sənan”, “Şeyda”, 

“Knyaz” və “Səyavuş” pyeslərinin, eləcə də “Azər” poemasından 

bir sıra parçaların ilk variantları müəyyən xoş təsadüf nəticəsində 

bizdə qalmışdır. 

Atam, Firdovsinin anadan olmasının min illiyinə  həsr etdiyi 

“Səyavuş” pyesi üzərində 1932-ci ildən işləməyə başlamışdır. Bir 

ümumi dəftərin sol səhifələrində pyesin nəsrlə yazılmış variantı 

işlənmişdir. Sağ  səhifələrində isə façiənin nəzmlə yazılmış va-

riantına rast gəlirik. Pyesin ilk variantının adı “Südabə” olmuşdur. 




Úàâèäè õàòûðëàðêÿí 

499 


“Azər” dramatik poemasından  bizim əlimizdə bir ümumi və 

bir neçə şagird dəftəri vardır. 

Poemanın bəzi parçaları, misal üçün “Azər düşünürkən”, 

“Məsciddə”, “Əsgərlər təlim edərkən”, “Şərqə doğru”, “Yaşamaq 

və yaşatmaq” və başqaları bu əlyazmasından istifadə edilərək 

1958-ci ildə “Seçilmiş əsərlər”də ilk dəfə nəşr olunmuşdur. 

1935-ci ildə tamamlanmış “Xəyyam” pyesi Azərbayçan SSR-

nin


*

 on beş illiyi münasibətilə elan olunmuş müsabiqədə mükafata 

layiq görülmüşdü. Pyesin avtoqrafı olmasa da, vaxtilə başqası 

tərəfindən üzü köçürülmüş  əlyazması 1957-ci ildə bu sətirlərin 

müəllifinə  əsəri Yerevan şəhərindən tapıb gətirmək nəsib oldu. 

Atam, vaxtilə “Xəyyam” pyesinn Yerevanda yaşayan dostlarından 

birinə göndəribmiş. 

Atam həmişə yanında cib dəftərn saxlayardı. Ora hər cür 

qeydlər edərdi. Zaman və  məkandan asılı olmayaraq onu düşün-

dürən obrazların monoloqunu, müxtəlif dialoqları  həmin dəf-

tərçəyə yazardı. Əlimizdə olan bir neçə cib dəftərlərində “Knyaz”, 

“Səyavuş”, “Xəyyam” və başqa pyeslərdən, “Azər” poemasından 

və digər  əsərlərdən monoloq və dialoqlara, başqa-başqa  şeir 

parçalarına və bir sıra qeydlərə rast gəlmək olar. 

Atam bir dramaturq kimi, səhnə  əsərlərinin tamaşa taleyi ilə 

çox maraqlanar və onların səhnədəki təcəssümündə yaxından işti-

rak edərdi. O, əsərlərinin quruluşunda iştirak edən yaradıcı heyət-

lə: rejissor, aktyor, rəssam, bəstəkar və başqaları ilə çox tez-tez 

söhbət edər, onlara məsləhətlər verərdi. Tamaşanın hazırlandığı 

ilk gündən ta ilk tamaşa gününə  qədər məşqlərə muntəzəm ge-

dərdi. Sonralar da, vaxtı olduqca pyesin növbəti tamaşasına gedib 

baxar, aktyorların oyununu izlərdi. Tamaşa zamanı  hər hansı bir 

aktyorun mətni özbaşına dəyişməsinə, özündən söz artırmasına 

qəti etiraz edərdi. Belə halları heç xoşlamazdı. 

İncəsənət xadimləri arasında da onun çoxlu dostları var idi. 

A.M.Şərifzadə, R.Təhmasib.  İ.Hidayətzadə, Kazım Ziya, 

                                                 

*

 Sovet Sosialist Respublikasının. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

500 


H.Sarabski, M.H.Atamalıbəyov, Ülvi Rəcəb, Mərziyə xanım

*



M.A.Əliyev, Sidqi Ruhulla, A.Tuqanov və başqaları ilə görüşləri 

zamanı teatra, ədəbiyyata və incəsənətə aid məsələlər haqqında 

uzun-uzadı söhbətlər edərdi. 

Teatr sənətini çox sevdiyi üçündür ki, o uzun müddət məhz 

teatr texnikumunda Azərbaycan ədəbiyyatından dərs demişdir. 

Yadımdadır... Atamın yaxın dostları bizə qonaq gələrkən o ya 

saatlarla oturub onlara qulaq asar, dərin xəyala dalardı, bəzən isə 

öz adətinin  əksinə, müəyyən bir hadisə ilə  əlaqədar olaraq çox 

alovlu, ehtiraslı, uzun-uzadı danışardı. Belə hallar, xüsusilə Azər-

baycan xalqının tarixindən,  ədəbiyyat və  sənət məsələlərindən 

danışarkən olardı. 

Atamı yaxşı xatırlayıram. Onun bəzi xasiyyətləri, hərəkətləri

rəftarı aradan uzun illər keçməsinə baxmayaraq indi də  mənim 

xatirimdədir. O, ailədə çox həssas, qayğıkeş, mülayim, xoşrəftar 

idi.  İşlədiyi zaman sakitliyi sevərdi. Ona görə  də yeni əsər üzə-

rində adətən gecələr və səhər tezdən işləyərdi. O, təxminən gecə 

saat üçə  qədər işlədikdən sonra bir qədər yatar, dan ağarmamış 

oyanıb səhər saat 7-ə qədər işləyərdi. Buna görə də qardaşımı və 

məni məktəbə o, yola salardı. Biz oyanarkən, artıq çayımız, 

yeməyimiz hazır olardı. Anamın səhər tezdən oyanıb bizi yola 

salmasına heç razı olmazdı. 

O, bizim dərslərimizlə də maraqlanar, dərslərimizin hazırlan-

masına, bədii  əsərlərin mütaliəsinə  nəzarət edərdi. Maraqlan-

dığımız məsələlər barəsində, xüsusən ədəbiyyat və incəsənətə aid 

suallara o həmişə çox geniş  və  ətraflı  məlumat verərdi. O bunu 

çox səbirlə, təmkinlə və böyük həvəslə edərdi. 

Atam gündüzlər ya gecə yazdıqları hissələrin üzərində 

yenidən işləyər, ya da yazdıqlarının üzünü köçürməklə  məşğul 

olardı. Gündüzlər və ya axşamçağı o işləyərkən evdəkilər çox 

sakit hərəkət edər, yavaş  səslə danışar, ona mane olmamağa 

çalışardılar. Atamın  əsərləri, xüsusilə pyesləri üzərindəki işi çox 

                                                 

*

 Davudova. – Tərtibçi. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə