Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə154/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   150   151   152   153   154   155   156   157   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

495 


Bu aradan bir az keçmiş Hüseyn Caviddən yenə bir açıq 

məktub almışdım: 

“M ö h t ə r ə m   Ə z i z !  Belə dostluq olmaz. Sana adres verdim. 

Bizim müqavilənamə  nə oldu? Niçin düzəldib göndərmirsən? 

Paraya ehtiyacım olduğunu sana söyləmədimmi? Verdiyin sözləri 

nə tez unutdun? Cavab gözləyirəm... Hüseyn Cavid. 15-XI-35”. 

Şair dostumun məndə qalan bu son məktubundan anlaşılır ki, 

oktyabr ayında Bakıda olan zaman mən, o biri yazıçılarla olduğu 

kimi, Hüseyn Cavidlə də onun əsərlərinin tərcümə planına salınıb 

Tiflisdə rusca nəşr ediləcəyi barədə söhbət etmiş və Tiflisə qayı-

dandan sonra uzun məktub yazmışdım. Lakin plan hələ  təsdiq 

edilməmişdi, buna görə də hələ müqavilənamə göndərmək müm-

kün deyildi. Dostum isə müqavilənamə bağlayıb avans almağa 

tələsirmiş. 

Həmin il dekabrda mən yenə dörd gün Bakıda olmuşdum. 

Tək günü, dekabrın 17-də, Bakıya çatan günün axşamına, gənc 

dostum  Əli Nazim mənim Ali pedaqoji institutunun dil və  ədə-

biyyat fakültəsində çağırılmış  ədəbi konfransa dəvət etmişdi. Bu 

konfransda mən tələbələrin məruzələrini dinləmiş  və çox razı 

qalmışdım. Sabahı gün, dekabrın 18-də sonuncu məruzə Hüseyn 

Cavidin “Səyavuş” dramına həsr edilmişdi ki, sonra müzakirə 

keçirilmiş və Əli Nazimin son sözü ilə konfrans bağlanmışdı. 

O zaman tənqid və ədəbiyyatşünaslıq sahəsində qızğın fəaliy-

yət göstərən  Əli Nazimlə görüş  və söhbətlərim haqqında gün-

dəliyimdə bir yığın müfəssəl qeyd vardır ki, vaxtı gələndə onları 

da  Əli Nazimdən aldığım və  səliqə ilə saxladığım xüsusi mək-

tublarla bərabər oxuculara təqdim etmək ümidindəyəm. 

İndi isə yenə Hüseyn Cavid mövzusuna qayıdıram. 

Yuxarıda deyildiyi kimi, mən 1935-ci il sentyabrdan etibarən 

Zaqafqaziya Dövlət Nəşriyyatında işləməyə başlamışdım. Bu 

dövrdə  mən bilavasitə Azərbaycan  ədəbiyyatının ruscaya tərcü-

məsi və  nəşri ilə  məşğul idim. Bu münasibətlə yenə Hüseyn 

Cavid haqqında 1936-cı ilə aid gündəliyimdə müəyyən məlumat 

verilir: 




Úàâèäè õàòûðëàðêÿí 

496 


Bazar, 26 yanvar... Axşam Raxmanın iştirakı ilə Zaqaf-

qaziya Dövlət Nəşrıyyatında müşavirə oldu. İllik planlar müzakirə 

və  təsdiq edilirdi. Gurcü ədəbiyyatı üzrə 171 çap vərəqi, Azər-

baycan – 133 və erməni  ədəbiyyatı uzrə 120 çap vərəqi təsdiq 

edildi. Mənim planımı  əsasən  şeir hesabına – Cavid, Rahim, 

Zakir, Sabir – ixtisar elədilər... Bu şairlərin kitabları  gələn ilə 

keçirildi”. 

Burada adı çəkilən Raxman o zaman Zaqafqaziya ölkə partiya 

komitəsində  rəhbər işdə idi və  mən işlədiyim nəşriyyatın məsul 

redaktoru idi. Zaqafqaziya federasiyası  ləğv ediləndən sonra o, 

Bakıya köçmüş  və “Bakinski raboçi” qəzetinə redaktor təyin 

edilmişdi. 

Nəşriyyatımızda keçirilən bu iclasda mən Hüseyn Cavidin 

kitabını müdafiə edib plandan çıxarılmasına mane ola bilməmiş-

dim, buna görə də dostumun qarşısında özümü müəyyən dərəcədə 

müqəssir kimi hiss edirdim. 

Lakin çox keçmədi ki, vəziyyət kökündən dəyişildi. Zaqaf-

qaziya federasiyasının ləğvi ilə  əlaqədar olaraq, bütün federativ 

idarə  və  təşkilatlar kimi, bizim nəşriyat da ləğv edilməli idi. Bu 

münasibətlə 1936-cı ilin oktyabr ayında nəşriyyat məni Bakıya 

göndərmişdi. Bakıda mən Zaqafqaziya nəşriyyatında Azərbaycan 

ədəbiyyatı sahəsində görülmüş  işlər və hazırlanmış kitablar haq-

qında mütabiq respublika idarələri ilə danışmalı və bütün nəşriy-

yat materiallarının respublika nəşriyyatına verilməsi məsələsini 

həll etməli idim.  

Bütün bu hadisələr haqqında o vaxtkı gündəliyimdə xatirat-

ımın ayrıca bir fəsli üçün kifayət dərəcədə maraqlı material vardır 

ki, onlar da görkəmli Azərbaycan yazıçılarının bir çoxundan 

aldığım və bu günə kimi saxladığım məktublarla birlikdə nizama 

salınıb bir vaxt oxuculara təqdim ediləcəkdir. 

İndi isə həmin səfərimdə Hüseyn Cavidin adı çəkilən bir sətri 

bura köçürməklə kifayətlənirəm: 

Cümə axşamı, 15 oktyabr... Sovet yazıçıları ittifaqında 

Hüseyn Çavid və başqa yazıçılarla görüşdüm...” 




Úàâèäè õàòûðëàðêÿí 

497 


Bakıdakı danışıq və müzakirələrin nəticəsində Azərnəşrdə 

Azərbaycan ədəbiyyatının ruscaya tərcümələrini nəşr etmək üçün 

xüsusi bir şöbə təşkil edildi. Mənim köhnə dostum Tağı Şahbazi 

həmən şöbəyə müdir, mən isə baş redaktor təyin edildik və mən 

Bakıya köçməli oldum. 

Bakıya köçəndən sonra mənim işim o qədər oldu ki, Hüseyn 

Cavidlə tez-tez görüşməyə imkan tapılmadı. Azərnəşrdən başqa, 

mən Raxmanın dəvəti ilə “Bakinski raboçi”də  və bir müddət 

azərbaycanca “Kommunist” qəzetində (1937-ci ilin may ayına 

qədər)  ədəbiyyat  şöbəsinin rəhbəri vəzifəsində çalışır, həm də 

yazıçılar ittifaqının işlərində  fəal iştirak edir, tez-tez şəhərdə  və 

rayonlarda məruzə və mühazirələrlə çıxış edirdim. Doğrudan da, 

Bakıda yaşadığım bir ilin ərzində işin çoxluğundan, necə deyərlər

başımı qaşımağa macal tapmırdım... 

Hüseyn Çavidlə mən hərdənbir təsadüfən yazıçılar ittifaqında 

görüşə bilirdim. Yalnız 1937-ci ilin yanvar ayında mən dostumun 

evinə gedə bilmişdim ki, bu barədə gündəliyimdə qısaca bir qeyd 

qalmışdır: 

Tək günü, 26 yanvar... Axşam Hüseyn Cavidgilə getdim. 

Gecəyarıya qədər oturduq. Ədəbiyyatdan, Sabirdən,  ədəbi 

perspektivlərdən, onun öz yaradıcılığından xeyli söhbət elədik...” 

Çərşənbə, 31 mart... Axşam yazıçılar ittifaqında iclasda 

idim... İclasdan sonra Hüseyn Cavidlə kafedə süd içdik...” 

Bu görüş şair dostumla son görüşümüz oldu... 

Mən də xatirələrimin Hüseyn Cavidə  həsr edilmiş  fəslini 

burada qurtarıb nöqtəni qoyuram.

1

 

İyul 1971 



– may 1972  

Dubultı–Peredelkino–Moskva. 

                                                 

1

Qeyd.  Mən bu kitabı Abbas Zamanovla çapa hazırlarkən, o, evindən 

Moskvaya zəng vurdu, Əziz Şəriflə telefonla danışdı. O, evində xəstə yatırdı. 

Ona dedi: “İsgəndər adlı bir cavan oğlan Cavid haqqında xatirələr kitabına 

sənin də xatirə  və gündəliyini salmışdır...” Sonra ona ürək-dirək vermək 

məqsədilə “Əziz, sən neçə belə xəstəliklərin arxasını yerə vurmusan” dedi. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə