Úàâèäè õàòûðëàðêÿí
522
turqumuz C.Cabbarlının dramaturji yaradıcılığına hörmətlə
yanaşardı.
H.Cavid bir müəllim kimi, bizdən tələb edərdi ki, hər hansı
bir əsərin məzmununu danışarkən yazıçının öz sözlərindən
istifadə edək, özümüzü dağa-daşa salmayaq. Əsərin məzmununu
öz sözləri ilə yaxşı izah etməyən tələbəyə deyərdi:
– Danışarkən yazıçının öz sözlərindən istifadə et, olmaya
yazıçının sözləri xoşuna gəlmir?..
Hüseyn Cavid dərs danışarkən təkrara yol verməz, artıq söz
və cümlələr işlətməzdi. Bildiyini tələbəyə öyrətməyə çalışardı. O,
yüksək pedaqoji mədəniyyətə yiyələnmiş müəllim idi. Tələbə ilə
hündürdən danışmazdı. Diqqətsiz tələbəyə sözü çox incə şəkildə
və eyhamla deyərdi. Dərsə diqqətlə qulaq asmayan tələbədən xoşu
gəlməzdi. Pis oxuyan tələbəyə “əfəl” deyərdi. Ümumiyyətlə, o, öz
danışığında “əfəl” sözünü çox işlədərdi. Tələbəyə deyərdi:
– Mənə nə qədər istəyirsən sual ver, mən sənin suallarından
bilərəm ki, qafanda nə var.
Hüseyn Cavid görkəmli sənətkarların tamaşaya qoyulmuş
əsərlərinin təhrif edilməsinə, üzərində yersiz əməliyyatlar aparıl-
masına dözməzdi. Bizə deyərdi:
– O rejissor və aktyor pisdir ki, əsəri dramaturq kimi başa
düşmür.
Məhəbbətdən söz düşəndə deyərdi:
– Məhəbbət bəzən göz yaşı və yas içində də ola bilər.
O, bizə tövsiyə edərdi ki, söz ehtiyatımızı zənginləşdirək.
Tez-tez deyərdi:
– Söz qızıldı, hər bir aktyora, mədəni adama hava və su kimi
lazımdı.
Hüseyn Cavid böyük türk şair və dramaturqu Əbdulhəq Ha-
midin həyat və yaradıcılığını çox yaxşı bilirdi. Xüsusən onun
“Hind qızı” dramını çox təriflərdi. Onu ustalıqla yazılmış əsər
hesab edərdi. Deyərdi: “Hind qızı” haqsızlıq əleyhinə yazılmış
klassik əsərdir.
Úàâèäè õàòûðëàðêÿí
523
O, yeri düşdükcə Abdulla Şaiq və başqa yazıçılardan söz
açardı. Ümumiyyətlə, Hüseyn Cavid müasir və klassik yazıçıların
yaradıcılığına diqqətlə, məhəbbətlə və ehtiramla yanaşardı, hər
birinin ədəbiyyatdakı mövqe və xidmətlərini obyektiv qiymətlən-
dirərdi. Bu, Hüseyn Cavidi bir müəllim, bir şair və bir şəxsiyyət
kimi bizim gözlərimizdə daha da böyüdər, ülviləşdirərdi.
O vaxtlar Cavid əfəndi indiki Azərbaycan SSR Ali Sovetin
binasında
*
yaşayırdı. Cavid əfəndi “Kommunist” küçəsi ilə evə
gedərkən yolun hər iki tərəfinə çoxlu adam toplaşar və ona
baxardı. Mən bu mənzərənin şahidi və onun arxasınca izləyənlərin
iştirakçılarından biri olmuşam. Biz tələbələr də çox vaxt şairin
dalınca düşər, onun ağır-ağır yerişini izlər və müşahidə edərdik.
Şəksiz, bunlar xalqın böyük sənətkarına hörmət, ehtiram və
məhəbbətinin ifadəsi idi.
Hüseyn Cavid, sənət məsələlərinə çox ciddi yanaşardı. Biz
onun sənət və ədəbiyyat haqqında söhbətlərindən, ağıllı və ibrə-
tamiz sözlərinə qulaq asmaqdan doymazdıq. O, əsl sənət və
ədəbiyyat vurğunu idi.
* * *
Mən yeri gəlmişkən oxuçulara olmuş bir əhvalatı da danış-
maq istəyirəm. Bu, onlar üçün maraqlı olar.
Məlumdur ki, H.Cavid ədalətsiz müharibələrin, yersiz qan
axıdılmasının düşməni idi. Bu, onun yaradıcılığında da qırmızı
xət kimi keçir. O, danışardı ki, bir dəfə faytonla Culfadan Naxçı-
vana gedirdim. Yanımda yaxın adamlardan biri oturmuşdu.
Əlində tüfəng vardı. Culfa-Naxçıvan yolu dağlıq və zəmi olan
yerlərdən keçirdi. Yolun hər iki tərəfində çoxlu çöl quşu var idi.
Yol yoldaşım faytonçunun təhriki ilə quşlara güllə atmaq istədi.
Mən qəti etiraz etdim. Lakin o, inadından dönmədi. Güllə açılan
kimi, mən faytondan düşdüm. Yolun xeyli hissəsini piyada
*
İndiki Əlyazmalar İnstitutunun binası. – R.M.
Úàâèäè õàòûðëàðêÿí
524
getdim. Axırda onların yalvar-yaxarı ilə faytona mindim.
Şübhəsiz əsəbiləşmişdim. Onları danışdırmaq istəmirdim.
Danışdırmadım da. Naxçıvana ağzı yumulu getdim.
“ŞƏHLA”
Məlumdu ki, hüseyn Cavidin bəzi əsərləri itib-batmış, hələlik
tapılmamışdı. Belə əsərlərdən biri “Şəhla”, ikincisi “Telli saz”
pyesləridi. Yaxşı yadımdadı ki, 30-cu ilin əvvəllərində “Telli
saz”ı rejissor Həbib İsmayılov
1
İşçi teatrında tamaşaya qoymaq
istəyirdi. Hətta bu barədə onun özü mənə söz açmış, demişdi ki,
əsər məndədi, oxumuşam, tamaşaya hazırlayırıq. Lakin əsər “itdi-
batdı”...
Mən 30-cu illərin ortalarında indiki Azərbaycan Dövlət Dram
Teatrının
*
səhnəsində “Şəhla”nı tamaşaya qoymaq istəyirdim.
Əsəri Hüseyn Cavidlə bir yerdə oxuduq. Sonra məsləhətləşdik.
Nəhayət, onu tamaşaya qoymaq qərarına gəldik. Lakin, necə de-
yərlər, “Telli saz”ın başına gələn əhvalat “Şəhla”nın da başına
gəldi...
Mən əsəri dramaturqla bir yerdə bir neçə dəfə oxuduğum
üçün məzmunu yaxşı yadımda qalmışdı. “Şəhla” əldə olmadığına
görə məzmununu xatirə şəklində oxuculara danışmaq istəyirəm.
Əvvəla deyim ki, pyesin mövzusu müasir həyatdan alınmışdı.
Pyes dörd pərdədən ibarət idi. Hadisələr Azərbaycanda və Mos-
kvada cərəyan edirdi. Onun birinci və ikinci pərdəsi nəsrlə, üçün-
cü və dördüncü pərdəsi şeirlə yazılmışdı. Hadisələr dramatik
cəhətdən maraqlı qurulmuşdu. Pyesin baş qəhrəmanı olduqca
gözəl, qumralsaç azərbaycanlı qızı Şəhla idi. Əsərdə Moskvada
1
Qeyd. Mən “Telli saz”ın Həbib İsmayılovda olub-olmaması barədə onun
qardaşı Ənvər İsmayılovdan məlumat aldım. O dedi ki, ola bilər əsər mənim
qardaşımda qalıb, ançaq ev-eşiyi axtarmışıq, “Telli saz” yoxdu – İ.O.
*
İndiki Akademik Milli Dram Teatrı. – R.M.
Dostları ilə paylaş: |