Úàâèäè õàòûðëàðêÿí
550
Cavidin çox sevdiyi, sənətkarlıq qüdrətinə pərəstiş etdiyi
yazıçılardan biri F.M.Dostoyevski idi. Çəliyini döşəməyə, bar-
mağını mizə döyəcləyərək onun haqqında hərarətlə, daxili inamla
elə danışırdı ki, biz böyük rus yazıçısının əsərlərini oxumadığımız
halda onu müəllimimizin gözü ilə görür, duyğusu ilə duyur və
sevirdik.
Sonralar F.M.Dostoyevskinin əsərlərini oxuduqca, onun
yaradıcılığı ilə bilavasitə tanış olduqca mən inandım ki, Cavidin
təlqini tamamilə əsaslı imiş. “Zavallı insanlar”, “Cinayət və cəza”,
“Alçaldılmış və təhqir edilmiş insanlar”, “Axmaq” və “Karama-
zov qardaşları” əsərlərinin müəllifi, inandım ki, mahir psixoloq,
müdrik insan, böyük insanpərvərdir, insan aşiqidir.
Bizi valeh edən bir keyfiyyətin, heç gözləmədiyimiz bir
xasiyyət cizgisinin də şahidi olduq. Böyük faciənəvis dərs prose-
sində, söhbət əsnasında bəzən qəşəng bir yumorist olurdu, duzlu-
məzəli, gülməli ifadələrlə danışırdı. Mən onun nadir hallarda
acıqlı, əsəbi, qəzəbli olduğunu xatırlayıram. Amma əsəbi və qə-
zəbli olanda halı-təbiəti tamam dəyişir, müvazinətini itirir, saxlan-
maz olurdu. Mən Cavidin bir neçə dəfə əsəbiləşib adi, mülayim,
təmkinli halından çıxdığını görmüşəm. Belə bir təsadüf haqqında
bir az sonra vacib bir fikir ilə əlaqədar olaraq demək istəyirəm.
Ümumiyyətlə isə biz Cavid müəllimi şən, şux, həlim təbiətli,
ciddi mövzuda danışdığı zaman belə yeri gəldikcə lətifədən,
zarafatdan, yumordan çəkinməyən xoşxasiyyət bir müəllim kimi
tanıdıq. Tanıdıqca ona alışdıq, gündən-günə daha çox sevdik.
O illərdə teatr texnikumu Kommunist küçəsində Elmlər
Akademiyası ilə üzbəüz binada yerləşirdi. H.Cavidin mənzili də
bura yaxın bir yerdə, indiki Ali Sovetin Rəyasət heyəti yerləşdiyi
binanın üçüncü mərtəbəsində
*
idi. Buna görə biz onu bu ətrafda
tez-tez görürdük: dərsə gələndə, evə gedəndə, habelə bir ailə
başçısı kimi məişət və təsərrüfat işləri ilə məşğul olanda. Mən
Cavid müəllimi dəfələrlə əlində neft qabı neft almaq üçün
*
İndiki İstiqlaliyyət küçəsi, Əlyazmalar İnstitutunun binası. – R.M.
Úàâèäè õàòûðëàðêÿí
551
Ə.Qarayev küçəsi ilə Qasım İsmayılov küçələrinin tinindəki
dükana tərəf yollandığını, yaxud onun hamı ilə bərabər orda
dayanıb səbir ilə öz növbəsini gözlədiyini görmüşəm. O, heç bir
vaxt, heç yerdə özünün şöhrətindən istifadə eləməz, camaatdan
fərqlənməyinə razı olmazdı. O, həyatda, məişətdə, iclasda, məc-
lisdə son dərəcə təvazökar və iddiasız dolanardı. Bir dəfə mən bir
iş üçün onun tapşırığı ilə evə, onun yanına getdim. İçəri girəndə
onu dərin xəyala dalmış, yarı uzanmış vəziyyətdə yazan gördüm.
Otağa nəzər saldım, heyrətləndim. O indiki cavan ziyalıların
yaşadığından çox-çox sadə və kasıb şəraitdə yaşayırdı.
Texnikum tələbələrinin yaşayışı, güzəranı, maddi vəziyyəti
onu maraqlandırır və düşündürürdü. Görünür, zü məhrumiyyət və
ehtiyac içində oxuduğu və yaşadığı üçün ehtiyacın nə demək
olduğunu yaxşı bilirdi. Onun böyük tələbkarlığı, təhsil-təlim işinə
ciddi münasibəti ilə yanaşı biz tez-tez onun qayğıkeşliyinin, meh-
riban rəftarının şahidi olurduq. O, şagirdlərin bir qisminin ancaq
təqaüdlə dolandıqlarını bilirdi. Belələrinə qiymət yazarkən istər-
istəməz güzəştə gedirdi, təqaüddən kəsilməsinlər deyə üzlərini
danlasa da qiymətlərini bəzən layiq olduqlarından artıq yazırdı və
belə uyğunsuzluğa, bu “məcburiyyətə” özü də həm acıyır və həm
də gülürdü. Amma belə “uyğunsuzluğa” yol verən Cavidlə bu
rəftara, belə qərara gülən Cavid arasında ziddiyyət görünmürdü.
Cavidi yaxşı tanıyanlar, yaxından bələd olanlar onun adi
görkəmi, sadə dolanışığı ilə mürəkkəb və zəngin təbiəti arasındakı
nadir ahəngi, bu əcaib əksliyin qəribə vəhdətini tezliklə duyurdu.
İlk baxışda onun varlığında diqqəti cəlb edən, adamı maraqlan-
dıran, düşündürən bir şey tapmaq çətin idi. Ortaboylu, dolubə-
dənli Caviddə adətən bir sakitlik və sükunət duyulurdu. Yeriyən-
də də sakit-sakit yeriyir, oxumaqdan, yazmaqdan yumrulanmış
umuzlarını sanki əlindəki çəlik üzərində gəzdirir, ağır və ləng
addımlarla o qədər ehmallı tərpənirdi ki, uzaqdan baxan onun
yerişini və duruşunu bir-birindən çətin fərqləndirə bilirdi. O,
oturanda, var-gəl edəndə belə əl ağacından ayrılmırdı. Onun çox
vaxt yerə, yaxud uzağa, naməlum bir nöqtəyə dikilmiş nəzərləri
Úàâèäè õàòûðëàðêÿí
552
ilk anda tamam rahat və sakit görünürdü. Amma diqqət yetirəndə
gözlük ardından şəvə kimi parlayan zil qara gözlərinin gur işığını,
adamın qəlbinə işləyən iti şüasını, almas kəsərini, qaçılmaz
nüfuzunu dərhal duyurdun. Onun sükunətində, sadə sakit
görkəmindəki, mis-tunc rəngli simasındakı heykəl vüqarını və
səbatını, mənəvi böyüklüyünü və böyük zəkasını da duyurdun.
Mən hər dəfə onu xatırlayanda onun başqa bir sənətkar haqqında
yazdığı tanış kəlmələr fikrimdə canlanır, xəyalımda səslənir: “O
sadə, pək sadə bir insandır. Fəqət, o sadəlikdə bir böyüklük var ki,
sənət feyzindən məhrum olanlar onu idrakdan acizdirlər. Onun
özünəməxsus mümtaz bir zəkası və kəskin bir istedadı var. O
istedad yalnız sənət üfüqlərində parlar...”
*
Cavidin böyük istedadı, mümtaz zəkası doğrudan da yalnız
sənət üfüqlərində parlamışdır. Onun istedadını, bir sıra başqa
sənətkarlar haqqında danışanda söylədiyimiz kimi, “çoxcəhət-
lidir” sözü ilə səciyyələndirmək olmaz. O, ancaq şairdir və dra-
maturqdur. Sənətin tarixini, nəzəriyyəsini gözəl bilsə də nəzəriyyə
ilə məşğul olmamışdır. İnqilabdan əvvəl az miqdarda fəlsəfi-
publisistik məqalələr yazıbsa bu da ani, epizodik xasiyyət daşı-
mışdır. Onun nəsr əsərləri yoxdur. Tərcüməçilik də eləməmişdir.
Pedaqoji fəaliyyətinə, müəllimliyinə gəlincə mən deyərdim ki,
Cavidin istedadı bu sahədə də o qədər parlamamışdır. Lakin mən
bu xüsusda nisbətən geniş yazmalıyam. Çünki onu ilk dəfə
müəllim kimi tanımışam və xatirələrim də daha çox həmin
şagirdlik illərimə aiddir.
* * *
Hər müəllimin özünəməxsus dərs üslubu, metodu, öz dəst-
xətti, pedaqoji rəftarı olur. Cavid müəllimin məşğələləri orijinal
tərzdə keçir, başqa müəllimlərin dərslərindən fərqlənirdi. O, dərs
deyərkən də şair və dramaturq olaraq, sənətkar olaraq qalırdı.
Odur ki, bizim dərslərimiz məşğələdən çox hər dəfə onunla
maraqlı-məzmunlu görüşə bənzəyir, sənətkarla sənət maraqlıla-
*
Fikir Abbasmirzə Şərifzadəyə aiddir. – Tərtibçi.
Dostları ilə paylaş: |