Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə179/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   173   174   175   176   177   178   179   180   181

Úàâèäè õàòûðëàðêÿí 

575 


II. XATİRƏLƏR 

 

Dərin düşüncəli insan  

Camo Cəbrayılbəyli (1887-1965). Pedaqoji elmlər namizədi, SSR 

əməkdar müəllim, ibtidai və orta məktəblər üçün təbiyyata dair 

dərsliklər müəllifi. 

İlk dəfə “Azərbaycan müəllimi” qəzetində (13 yanvar 1963) nəşr 

edilmişdir. 

 

Dostluğumuz  

Rza Təhmasib (1894-1980). Respublikanın xalq artisti, professor

H.Cavidin uşaqlıq və gənclik dostu. 

İlk dəfə  “Ədəbiyyat və incəsənət” qəzetində (2 mart 1963) nəşr 

edilmişdir. 



 

Hüseyn Cavidlə görüşlərim  

Vahram Alazan (1903-1966). Xatirə  ədibin (1967-ci ilda Yere-

vanda erməni dilində  nəşr edilən “Xatirələrim” kitabından (səh. 367-

371) götürülmüşdür. Xatirəni Azərbaycan türkcəsinə filologiya elmlər 

doktoru Mirəli Seyidov tərcümə edilmişdir. 

İlk dəfə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində (5 mart 1970) 

nəşr edilmişdir. Bu kitaba salınmaq üçün tərcümə yenidən işlənilmişdir. 

 

Qüdrətli yazıçı  

Məmməd Rahim (1907-1977). Xalq şairi. 

Xatirə müəllifin “Xalqın istəyincə” kitabından (Azərnəşr, 1971) 

götürülmüşdür. 

 

Hüseyn Cavid  

Xatirə A.Şaiqin “Xatirələrim” kitabından (“Gənclik”, 1973) 

götürülmüşdür. 

 

Unudulmaz müəllimim  

Əli Zeynalov. Respublikanın xalq artisti. 

Xatirə müəllifin “İki ömrüm olsaydı...” kitabından (“Gənclik”, 

1973) götürülmüşdür. 



Úàâèäè õàòûðëàðêÿí 

576 


Böyük şair və dramaturq  

Mirmehdi Seyidzadə (1907-1976). Şair, dramaturq, məşhur uşaq 

yazıçısı. 

İlk dəfə “Azərbaycan” jurnalında (1973, №7) nəşr edilmişdir. Bu 

nəşr müəllifin “Unudulmaz xatirələr” kitabından (“Gənclik”, 1975) 

götürülmüşdür. 



 

Cavidi xatırlarkən...  

Mişkinaz Cavid (1902-1976). Hüseyn Cavidin arvadı. 

Bu xatirələrin bəzi parçaları “Azərbaycan” jurnalında (1962, №12, 

1973,  №11), “Azərbaycan müəllimi” qəzetində (3 mart 1963) nəşr 

edilmişdir. Bu nəşr müəllifin “Cavidi xatırlarkən...” kitabından (“İşıq”, 

1976) götürülmüşdür. 



 

Hüseyn Cavid  

Əziz  Şərif (1895-1988). Görkəmli  ədəbiyyatşünas, tənqidçi

tərcüməçi. H.Cavidin uşaqlıq və  gənclik dostu, ilk tənqidçisi. Moskva 

Dövlət Universitetinin professoru olmuşdur.  

Xatirənin qısa variantı “Azərbaycan” jurnalında (1973, №9) çap 

olunmuşdur. Bu nəşr müəllifin “Keçmiş günlərdən” kitabından 

(Azərnəşr, 1974) götürülmüş, bəzi ixtisarlar edilmişdir. 

 

Atam haqqında xatirələrim  

Turan Cavid (1923-2004). Hüseyn Cavidin qızı, teatrşünas. 

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru

Cavidin Bakıdakı ev muzeyinin direktoru işləmişdir. 

Xatirə ilk dəfə “Şərq qapısı” qəzetində (16 fevral 1963), işlənilmiş 

variantı “Bakı” qəzetində (28 fevral 1963) nəşr edilmişdir. Bu nəşr kitab 

üçün müəllif tərəfindən yenidən işlənmişdir. 

 

Cavidi yad edərkən  

Mirzə  İbrahimov. Xalq yazıçısı, akademik. Xatirə birinci dəfə 

“Ədəbiyyat və incəsənət” qəzetində (16 aprel 1982) nəşr olunmuşdur. 

 

Unudulmaz görüşlər  

Xamid Yarməhəmmətov. Tatar yazıçısı. 

Xatirə 1973-cü ildə Kazan şəhərində yazılmışdır.  İlk dəfə çap 

olunur. Rus dilindən Azərbaycan türkcəsinə  İsgəndər Orucəliyev 

tərcümə etmişdir. 



Úàâèäè õàòûðëàðêÿí 

577 


Minlərlə könüldə təəssüfü qaldı  

Rəsul Rza (1910-1981). Respublikanın xalq şairi.  

Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr edilir. 



 

Sənət və ədəbiyyat vurğunu  

Adil  İsgəndərov (1910-1978). SSRİ xalq artisti, görkəmli 

rejissor, teatr xadimi. 

Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr edilir. 

 

Cavidlə tanışlığım  

Qulam Məmmədli. Respublikanın  əməkdar mədəniyyət işçisi, 

ədəbiyyatşünas, mətnşünas, teatr xadimi. 

Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr olunur. 

 

Böyük əsərlər kiçik masa arxasında yaranardı 

Adilə Qasımova. Görkəmli Maarif xadimi Pənah Qasımovun qızı. 

Kimya elmləri namizədi. 

Xatirə 1980-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə çap olunur. 

Cavid geçəsi 

Kövkəb Səfərəliyeva. Musiqişünas-professor.  

İlk dəfə nəşr olunur



 



Böyük diləklər, böyük ümidlər şairi 

Mehdi Məmmədov (1918-1985). SSRİ xalq artisti, professor, 

görkəmli teatrşünas, aktyor və rejissor. 

Xatirə 1982-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr olunur. 

 

Cavid haqqında xatirələrimdən bir yarpaq 

Dilşad Mehdiyeva. Həkim, fərdi təqaüdçü.  

İlk dəfə nəşr edilir. 

 

Cavid sənətinin təəssüratı unudulmazdı. 

Şəmsi Bədəlbəyli (1911-1986). Xalq artisti. Görkəmli rejissor, teatr 

və kino aktyoru. Respublika Teatr Cəmiyyətinin rəyasət heyətinin sədri 

işləmişdir.  




Úàâèäè õàòûðëàðêÿí 

578 


Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə.  

 

Bacıxanım Axundzadə. Müəllim.  



Xatirə bu kitab üçün 18 iyul 1980-ci ildə yazılmışdır. 

 

Cavid mənim ilk müəllim olmuşdu 



Əli Səbri (1892-1983) Qasımov. Yazıçı, publisist, tərcüməçi. 1934-

cü ildə SSRİ yazıçılarının birinci qurultayının iştirakçısı,  ədəbiyyat 

fondunun sədri olmuşdur. Xatirə “Azərbaycan” jurnalından (№1 1982) 

götürülmüşdür. 



 

 

 

 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə