Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə176/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   173   174   175   176   177   178   179   180   181

Úàâèäè õàòûðëàðêÿí 

565 


 

Şəmsi Bədəlbəyli 

Úàâèä ñÿíÿòèíèí òÿÿññöðàòû 

óíóäóëìàçäû 

 

öyük dramaturq, adı  qızıl xət-



lərlə Azərbaycan teatr tarixinə 

həkk edilmiş unudulmaz klassikimiz 

Hüseyn Cavidlə, onun ölməz əsərlərinin 

teatrımızda gurultulu və bəzən də müba-

hisəli tamaşaları ilə hələ çox cavan yaş-

larımdan böyük aludəlik hissilə tanış ol-

muşam. Hələ Abdulla Şaiq adına mək-

təbdə tələbəlik illərində Mustafa Mərda-

novun, sonralar da Möhsün Sənaninin 

rəhbərliyi ilə dram dərnəyində Cavid 

əfəndinin “Şeyda” əsərində Qara Musa rolunda çıxış etmişəm. Bu 

mənim səhnədə atdığım ilk addım idi. 

O illər orta məktəblərdə, institutlarda çox gözəl bir tədbir 

ənənəyə çevrilmişdi. Tələbələrin iştirakı ilə oynanılan tamaşaların 

“ədəbi məhkəməsi” keçirilirdi. Tələbə  həmin “məhkəmə”də ha-

kim müəllimlərin sorğu-suallarına cavab verərək oynadığı rola 

bəraət qazandırmalı idi. Mən həmin “ədəbi məhkəmə”lərin birin-

də Qara Musanın hərəkətlərinə, bir qolunu istehsalatda itirdiyinə 

görə kapitalistlərə qarşı apardığı mübarizə vasitələrinə, terror 

vasitəsilə intiqam hissinə qapılmasına bəraət qazandırmalı idim. 

Həmin məhkəmədə oynadığım rolun əsərdəki mövqeyi, başqa 

rollara münasibəti, şəxsiyyətindəki xüsusiyyətlər haqqında yürüt-

düyü mülahizələrə görə tələbəyə ədəbiyyat dərsi üzrə qiymət veri-

lirdi. Bu cür məhkəmələr pedaqoji nöqteyi-nəzərindən olduqca 

faydalı nəticə verirdi və tələbələrdə dramaturgiya və teatra marağı 

hələ gənc yaşlarından aşılayırdı. 

 



Úàâèäè õàòûðëàðêÿí 

566 


1925-ci ilin baharında universitetin şərq fakültəsi tələbələ-

rinin iştirakı ilə opera teatrının binasında “İblis” əsərinin tamaşası 

göstərildi. Rolları ifa edənlərin bəziləri yaxşı yadımdadır: Arif – 

Süleyman Rüstəm,  İblis – Əfrasiyab Bədəlbəyli,  İbn Yəmin – 

Fuad  Əfəndiyev, Xavər – Asya Tahirova, Rəna – Zinyət Məm-

mədbəyova və başqaları. 

Suflyorluq mənə tapşırılmışdısa da buna ehtiyac olmadı... 

Hamı rolunu mükəmməl və əzbər bilirdi. Ümumiyyətlə, Cavidin 

mənzum pyeslərinin o illərdəki tamaşalarına dəfələrlə baxmaqdan 

daima həzz alardıq, qəhrəmanlarının sonralar aforizmə, xalq mi-

sallarına çevrilən monoloq və dialoqlarını bir qayda olaraq əzbər 

bilirdik


1

. Abbas Mirzə  Şərifzadənin, Kazım Ziyanın, Sidqi Ru-

hullanın, Möhsün Sənaninin,  İsmayıl Hidayətzadənin parlaq ifa-

sında gördüyümüz Cavid qəhrəmanlarının monoloqları dilimizin 

əzbəri idi... Söhbətlərimizdə daim 

“Nə demək istəyirsən? İzah et!”,  

“Arif ol, arif! Atma vicdanı”,  

“Həqiqət istərəm, yalnız həqiqət!  

Yetər artır şəriət, ya təriqət!..” 

 

kimi oynaq misralardan istifadə edərdik. 



Atam Bədəlbəylə Hüseyn Cavid dost idilər. Bakıda məktəb 

binasında yaşadığımız zaman Cavid əfəndi dəfələrlə bizə gələr və 

atamla söhbətləşər, sonra da nərd oynardılar. 

Qardaşım Əfrasiyab dram teatrında Hüseyn Cavidin “Knyaz” 

və “Səyavuş” tamaşalarına musiqi bəstələdiyi müddətdə isə Cavid 

əfəndi ilə gənc bəstəkarın evimizdəki maraqlı fikir mübadiləsinin 

şahidi olmuşam. Hüseyn Cavid çox tələbkarlıqla bəstəkarın bu 

tamaşalar üçün bəstələyəcəyi musiqi tərtibatı, mahnıları, musiqi 

ilə  şeirin vəhdəti haqqında  ətraflı söhbət aparardı. Bu müddətdə 

ailəmiz ilə Hüseyn Cavidin ünsiyyəti, dostluq və mehribanlıq 

münasibəti daha da möhkəmləndi. 

                                                 

1

 Mən bildiyimə görə Ş.Bədəlbəyli “İblis”i başdan-ayağa əzbər bilirmiş – İ.O. 



 


Úàâèäè õàòûðëàðêÿí 

567 


1931-ci il mayın 6-da Əfrasiyabın toy məclisindəki bir epi-

zodu xatırlayıram. Təbrik nitqi söyləyən qonaqlardan birinin 

üzünə səbziqovurmanın bir səbzisi yapışmışdı. Məclisdəkilər gü-

lüşürdü, natiqin isə bundan xəbəri yox idi. Sakitliyi bərpa etmək 

məqsədi ilə Cavid əfəndi natiqə “salavat çevirməyi” təkidlə 

məsləhət gördü ki, səbzi onun sifətindən götürülsün. 

 

– Axı mən nitqimi bitirməmişəm. 

– Sən mənim məsləhətimə əməl et. 

 

Elə  də oldu. Natiq salavat çevirən kimi üzündəki səbzi 



götürüldü. Məclisdə sakitlik bərpa olundu... 

“Səyavuş” tamaşasının ilk quruluşçusu, səhnəmizin çox iste-

dadlı aktyor və rejissoru İsmayıl Hidayətzadə idi. Mən onun assi-

senti kimi bu nadir tamaşanın maketi qarşısında “Səyavuş”  əsə-

rinin hər bir epizodu, qəhrəmanlarının  şəxsiyyəti, fərdi xüsusiy-

yətləri, münasibətləri, tamaşanın ritmi, tempi haqqında saatlarla 

düşünür, rejissor partiturasını  tərtib edirdik. Tamaşada iştirak 

edənlər səhnəmizin nəhəng sənətkarları A.M.Şərifzadə, Ülvi 

Rəçəb, Mərziyə Davudova, Sidqi Ruhulla, Ələsgər  Ələkbərov, 

Məmmədəli Vəlixanov və başqaları idi. Bədii tərtibat məşhur 

teatr rəssamı Vyaçeslav İvanovun idi. 

“Səyavuş”un ilk tamaşası böyük teatr bayramı idi. Yaxşı ya-

dımdadır, mindən artıq tamaşaçı kütləsi dram teatrının  ətrafında 

toplaşmışdı. Biletlərin hamısı satılmışdı, lakin tamaşaçılar teatrın 

ətrafından dağılışmırdı.  İnzibatçı müdir Həbib Axundov milis 

dəstələri çağırmalı oldu, çünki teatrın qapıları bu duruşa davam 

gətirmirdi. 

İlk tamaşanın ikinci pərdəsindən sonra təvazökar, utancaq 

müəllifi çox yalvar-yaxardan sonra səhnəyə dəvət edə bildik... Ta-

maşaçılar onu və quruluşçunu dəfələrlə gurultulu alqışlarla 

qarşıladılar. 

Böyük şair və dramaturqumuzun ölməz əsərləri ilə teatrımıza 

bəxş etdiyi belə bayramların, sənət təntənələrinin təəssüratı 

unudulmazdır. 



1979 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə