Úàâèäè õàòûðëàðêÿí
553
rının şirin söhbətinə çevrilirdi. O illərdə indi olduğu
kimi standart
tədris planları, dərs proqramları, mövzu, təqvim və saat bölgüsü
yox idi. Varsa da şərti, təxmini işlənir, mütləq və məcburi
sayılmırdı. Görünür ki, bir tərəfdən burası Cavidə sərbəstlik verir,
ikinci tərəfdən isə, o, çoxcəhətli biliyə malik olduğu üçün dərin-
dən duyduğu ədəbiyyatı və teatrı və əlbəttə həyatı yüksək məhəb-
bətlə sevdiyi bir sözlə sinəsi dolu olduğu üçün plansız, proq-
ramsız, konspektsiz ötüşə bilirdi, asan və maraqlı surətdə, çox
vaxt isə hərarətlə, ilhamla danışırdı. O, planlı, tərtibli mühazirə
oxumur, tezislər, düsturlar, rabitəli faktlar əsasında danışmırsa da,
dinləyənlərin diqqətini vacib bir mətləbə, bədii yaradıcılığın
köklü məsələlərinə yönəltməyi bacarır, həm də məzəli haşiyələr
açaraq, diqqəti yormamaq, marağı artırmaq məharəti göstərirdi.
Onun ədəbi-nəzəri söhbətlər silsiləsində bir neçə məsələ
əsaslı yer tutur, leytmotiv kimi, təkyəkəlam kimi təkrar olunurdu.
Onlardan biri ədəbiyyatın, ümumiyyətlə, bədii yaradıcılığın
spesifikası, indi işlətdiyimiz estetika istilahı ilə desək, incəsənətin
idrak və inikas xüsusiyyəti, obrazlılıq spesifikası idi. Mən indi
başa düşürəm ki, Cavid o vaxtın bir çox tənqidçilərindən daha
düzgün mövqe tutur, öz opponentlərindən fərqli olaraq materialist
estetikaya yaxın mövqedən danışırdı. Cavid haqqında o illər belə
bir yanlış rəy yaranmışdı ki, guya, o, ədəbiyyatda siyasətin müasir
məsələlərinin, xüsusilə əmək mövzusunun əleyhinədir. Əslində
isə o, heç bir həyat məsələsini, heç bir temanı ədəbiyyata yabançı
hesab eləmirdi. O, tema, siyasi aktuallıq xatirinə bədiiliyi qurban
verməyin əleyhinə çıxırdı. Görünür ki, bədiiliyə bu dərəcədə əhə-
miyyət verməyi ara-sıra onun bu fikrini tərsinə yozmağa imkan
yaradırdı. Əsl fikir isə bundan ibarət idi ki, bədii yaradıcılıqda
məzmun da, şəkil də, mətləb də, onun ifadəsi də, fikir də, söz də –
hamısı bədii və (Cavidin təxminən özünün dediyini xatırlayıb
yazıram) bədii-ifadəli olmalıdır. Ədəbi-bədii əsərdə xüsusilə söz,
cümlə, misra dərhal əyani bir hadisəyə – mənzərəyə çevrilməli,
qəlbə-hissə güclü təsir göstərməlidir. Bunu bizə başa salmaq üçün
o, el ədəbiyyatından, klassik poeziyadan çoxlu misallar gətirərdi.
Úàâèäè õàòûðëàðêÿí
554
Bənzətmə, təşbeh, obraz gücünə, mənzərə və hadisə canlandırmaq
hünərinə nümunə kimi bu misraları tez-tez xatırlardı:
Bir axşamdı, evimizdə əcəl qanad gərmişdi,
Annəni bir cəllad kimi vurub yerə sərmişdi.
yaxud:
Qopdu evdən acı bir vaveyla
Odalar inlədi: “Leyla! Leyla!”
Cavid bu məsələ ətrafında söylədiklərini eynilə tərcüməçi
işinə, tərcümə olunan əsərlərə də şamil edirdi. O, tərcüməni, xü-
susilə klassik ədəbiyyatın tərcüməsini son dərəcə məsuliyyət,
inam və cəsarət tələb edən bir iş kimi qiymətləndirirdi. Bir dəfə
bu barədə söhbət açılanda o, dedi ki, “Şekspiri tərcümə edənin
özü gərək, heç olmasa, yarımşekspir olsun, ya onun əsərində oy-
nayan aktyor gərəkdir ki, heç olmasa Şekspirin yazdığının dörddə
birini qavrasın və qavratsın”. Məlumdur ki, Cavid özü tərcümə-
çiliklə məşğul olmamışdır
*
. Mənə elə gəlir ki, bu da onun bu
məsələyə və özünə qarşı tələbkarlığı ilə əlaqəlidir, Firdovsinin
1000 illiyi günlərində, özünün dediyinə görə, ona “Şahnamə”dən
parçalar tərcümə eləmək təklif olunmuşdu. O isə bunun əvəzinə
Firdovsi motivləri əsasında “Səyavuş” pyesini yazmağı öhdəsinə
götürmüşdü.
Cavid “Faust” faciəsini dünya ədəbiyyatının nəhəng əsərlə-
rindən, ən qiymətli incilərindən biri hesab edir, onun Azərbaycan
dilinə tərcümə olunmadığına heyfsilənirdi. Bu əsərin yalnız kiçik
bir parçası (“İthaf” adlanan hissəsi) bir vaxt Əlibəy Hüseynzadə,
axır vaxtlar isə Mikayıl Rəfili tərəfindən tərcümə edilmişdi. Cavid
bir dəfə hər iki tərcümənin ilk misralarını özü səsləndirdi:
*
Yalnız “Xəyyam” pyesi üçün şair fars dilindən türk dilinə onun 15-16
rübaisini tərcümə etmişdi. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
555
Birinci variant:
“Ənzari-şəbabimdə pədidar olan ey zil!”
Ey zil, tuluat olursan yenə peyda.”
İkinci variant:
“Gəncliyimdə gördüyüm ey dumanlı kölgələr!
Yenə peyda oldunuz bu tutqun nəzərimdə...”
O, hər iki variantı pafosla ucadan oxudu və dedi:
– Birincisi, şeirin musiqisinə, misra vəzninə görə yaxşıdır,
amma qəlizdir. Dili çətindir (Bu illər Cavidin özü artıq öz
əsərlərinin dilinin sadələşdirməyə güclü meyl göstərirdi). İkincisi
isə sadə və aydın dildə tərcümə olunub, amma təfəkkür tərzi
Höteyə və “Fausta” o qədər də müvafiq deyil, – dedi.
Cavidin ədəbiyyat dərslərində çox yer tutan məsələlərdən biri
də ədəbi-bədii əsərlərdə “ideya və onun təcəssümü” məsələsi idi.
Bu məsələ ətrafında danışarkən o, özünün opponentləri ilə tez-tez
qiyabi polemikaya qoşulardı. Onların cərgəsində yerli tənqidçilər
və o vaxt vəzifə daşıyan adamlar, o cümlədən Əli Nazim, Əhməd
Trinç, Mustafa Quliyev və başqaları vardı. Ümumiyyətlə, Cavid
razılaşmadığını bildirməkdən, fikirlərini aşkar və açıq söyləmək-
dən yox, əksinə, onları gizlətməkdən, ürəyində bir cür, dildə isə
başqa cür danışmaqdan çəkinərdi.
Yuxarıda yazdığım kimi (yaxud indi bizim hamımızın təsdiq
elədiyimiz kimi), Cavid ədəbiyyata siyasi motivlər, ictimai-tarixi
problemlər gətirməyin əleyhinə olmamışdır. Bu qüsuru, daha
doğrusu əsassız ittihamı o vaxtın canfəşanlıq edən, “qulluq gös-
tərən” tənqidçiləri onun yaradıcılığına zorla yamamaq istəyirdilər.
Cavid öz opponentləri ilə ideyanın və ideyalılığın bədii əsərlərdə
təcəssüm üsulu, vasitəsi və sənətkarlıq məharəti məsələsində qar-
şılaşır, toqquşurdu. Cavid bədii əsərlərdə “şüarçılıq” və “siyasət
carçılığını” qəbul eləmirdi. O, bu fikrini şərh eləmək üçün klassik
yazıçılara, Şekspirə, Füzuliyə, Tolstoya, Dostoyevskiyə, Tofiq
Fikrətə, Əbdülhəqq Hamidə müraciət eləyir, onların əsərlərini