Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə160/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   156   157   158   159   160   161   162   163   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

513 


biletlərlə teatra getdik. Yerimiz yaxşılardan deyildi. Səhnəyə  və 

tamaşa salonuna “quş uçuşun”dan

1

 baxardıq. 



Tamaşaya gələn adamları sanki sayıb seçmişdilər. Tamaşa bir 

bayram təsiri buraxırdı. Bakının bütün gözəlləri elə bil məhz bu 

gün söz qoyub teatra toplaşmışdılar. Tamaşa salonu, foyelər, 

səhnə müxtəlif geyimli insanlar, bəzəklərlə gözümdə bülbula 

çalırdı. Bəlkə də bu, kənddən birdən-birə şəhərə düşmüş bir gən-

cin gördüyü, gördükcə böyütdüyü, böyütdükcə rənglərə, çeşidlərə, 

çalarlara saldığı mənzəpələrdi. Mənim xatirimdə bu tamaşa unu-

dulmaz bir bayram kimi qalmışdı. Şair Hüseyn Cavidi də ilk dəfə 

bu tamaşada gördüm

2



Sonralar Bakıya köçdüm. Ədəbi mühitə yaxın oldum. Bir 

neçə  gənc  şairlə, yazıçı ilə tez-tez görüşürdüm. Müşfiq, Rəfili, 

Sabit, Mehdi, Əli Nazim, Süleyman Rüstəm, Məmməd Rahim bu 

yeni dostlar, tanışlar arasında idi. Tez-tez ədəbi yığıncaqlarımız 

olurdu. Bu yığıncaqların bəzisinə Hüseyn Cavid də gələrdi. Cavid 

çox vaxt çənəsini  əsasına dayayar, diqqətlə danışanlara qulaq 

asar, özü, demək olar ki, danışmazdı. 

Yazıçılar ittifaqının idarəsi indiki “Araz” kinoteatrının bina-

sında, birinci mərtəbədə balaca otaqda idi. Bir gün Müşfiq, Rəfili, 

Sabit və bir neçə başqa yoldaşla bu otaqda yığışıb bikarçılıqla 

məşğul idik. Qapı açıldı. Hüseyn Cavid gəldi. Salamlaşdıq. Söh-

bət Hadidən düşdü. Cavid çox kədərli görünürdü. Adətən azdanı-

şan, həmişə fikirli, qayğılı görünən  şair dərindən bir ah çəkərək 

belə qəmli bir hekayət söylədi: 

– Sizin yadınıza gəlməz, uşaqlar! Bəlkə o vaxtlar siz hələ əlif-

bey öyrənirdiniz. Bakıda Kommunist küçəsinin aşağı qurtaraca-

ğında “Metropol” mehmanxanasının

*

 qabağından keçəndə bir əl 



qolumdan tutub məni saxladı. Üzümə baxmadan əlindəki yazılı 

vərəqlərdən birini uzadıb: 

– Al! – dedi. 

                                                 

1

 Teatr salonunun yuxarı qatı nəzərdə tutulur – A.Z. 



2

 “Topal  Teymur”un  1925-1926-cı il mövsümündə Dövlət Türk Teatrındakı 

tamaşası nəzərdə tutulur – İ.O. 

*

 İndiki Nizami adına Dövlət Ədədbiyyat Muzeyi. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

514 


Diqqətlə baxdım, bu, şair Məhəmməd Hadi idi. Başını aşağı 

dikmiş, qoltuğundakı vərəqlərdən birini titrəyən əli ilə mənə tərəf 

uzatmışdı. Boğuq bir səslə təkrar etdi: 

 – Al! 


Mən kağız pulu ona verəndə birdən başını qaldırdı. Dumanlı 

gözlərlə məni süzdü. Bir uşaq kövrəkliyi ilə dodaqları büküldü. O, 

məni tanımışdı. Bir hıçqırtı ilə kağız vərəqləri yerə tullayıb 

səndələyə-səndələyə getdi. Mən yerimdə donub qalmışdım. Bu 

qüdrətli şairin acı taleyi məni sarsıtmışdı. 

Hüseyn Cavidin ağır-ağır, qəhərlənərək danışdığı bu hadisə 

hamını həyəcanlandırmışdı. 

Bu hadisədən bir neçə gün sonra Hadinin taleyi haqqında 

daha  ətraflı  məlumat almaq üçün Müşfiqlə söz qoyub Hüseyn 

Cavidgilə getdik. Cavid o zaman indiki Ali Sovetin binasında, 

yuxarı mərtəbədə yaşayırdı. Mənzilin qapısını özü açdı. 

Xeyir ola, uşaqlar, – dedi. 

– Bir şey yoxdur. Gəldik böyük şairə salam və hörmətimizi 

yetirək. 

Cavid xəfif bir təbəssümlə bizi içəri çağırdı. 

– Vaxtsız qonaq kisəsindən yeyər, – dedi. – İndi mən sizi 

nəyə qonaq eləyim? Yaxşı çayımız var. 

– Sağ olun, Cavid əfəndi. – dedik. – Bizi şeirə qonaq eləsəniz 

çox məmnun qalarıq. 

Cavid bir anlığa nə isə fikrə getdi. Sonra: 

– Siz çayınızı için, mən də “Azər”dən parça oxuyum, – dedi. 

Cavid  şeirinin valehedici musuqisi, “Azər”in düşündürücü, 

həyəcanlandırıcı misraları bizi elə bir sehrə salmışdı ki, gəlişimi-

zin  əsas məqsədini unutduq. Böyük şair gənc dostlarının hey-

ranlığını görüb riqqətlənmişdi... 

Yol boyu Müşfiqlə bir kəlmə də danışmadıq. Səssiz ayrıldıq. 

Görünür, ikimiz də Cavidlə görüş havasından, “Azər” poemasının 

poetik təsirindən ayrılmaq istəmirdik. 

Cavidin mürəkkəb yaradıcılığı mübahisələrə, münaqişələrə 

səbəb olurdu. Bu tənqidi mülahizələrdə doğru, xeyirsevərli cəhət-




Úàâèäè õàòûðëàðêÿí 

515 


lər olduğu kimi, ədalətsiz, haqsız və qərəzliləri də vardı. Xüsusilə 

şairi həyəcanlandıran nadan iradlar, qərəzli atmacalar, əsassız 

qarayaxmalar idi. Onun hər yeni əsərinə yerli-yersiz bir qulp 

qoyan bir nəfər vardı ki, şair bu adamın haqqında özünəməxsus 

bir sarkazm ilə deyərdi: 

– Bir də görürsən bir “........”çi durar, moizəyə başlar. 

“Cavidin filan əsərində sinfi qüvvələrin tənasübü, nə bilim dil 

cəhətdən belə-belə...” – Bu hərifin özünə bələd olsan görərsən ki, 

əlifi beydən seçə bilmir, iki nəcib heyvanın yemini bölüşdürə 

bilmir. 


Onu dinləyənlər bu “tənqid cəngavəri”nin kim olduğunu 

yaxşı bilirdilər. Doğrudan da şairin özünəməxsus bir deyimlə 

verdiyi xarakterizə həqiqətə uyğun idi. 

Hüseyn Cavid Azərbaycan  ədəbiyyatında qüdrətli bir faciə 

ustası idi. Onun romantik qanadlı şeiri yüksək sənətkarlıq nümu-

nəsi idi. Bu gün də öz təsir gücünü itirməmişdir. Cavidin şeir di-

linin mürəkkəbliyi və bugünkü dilimizə görə  bəzən çətin anla-

şılması haqqındakı fikirlər yalnız qismən qəbul oluna bilər. 

Dilimizin inkişaf yolunu izləyənlər bilirlər ki, Cavidin yazıb-

yaratdığı illərdə Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm 

ədəbi dilimizdə, həm də mətbuatda bol-bol işlənirdi. 

Cavid yaradıçılığının  ən bitkinləşən vaxtında bizdən ayrıldı. 

Bu gün sağ olsaydı, bəlkə də bu günün həyat nəbzini daha dəqiq 

duyar, daha tutumlu, daha qiymətli əsərlər yaradardı. 



1978 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə