Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə161/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   157   158   159   160   161   162   163   164   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

516 


 

Adil İsgəndərov

1

 

Ñÿíÿò âÿ ÿäÿáèééàò âóðüóíó 

 

zərbaycanda Sovet hakimiy-



yəti qurulduqdan sonra teatr 

ictimaiyyətinin çoxdankı arzusu həyata 

keçdi. Bakıda Dövlət teatr texnikumu 

yaradıldı. Texnikum savadlı milli teatr 

kadrları hazırlamaqda böyük rol oynadı. 

Bura Azərbaycanın, Moskva və Lenin-

qradın görkəmli teatr xadimləri, peda-

qoqlar və mütəxəssislər dəvət edildi. 

Onların arasında əsrimizin görkəmli sə-

nətkarı Hüseyn Cavid də var idi. 

Mən 1927-1928-ci tədris ilində texnikuma qəbul oldum. 

Hüseyn Cavidi də bu illərdən daha yaxından tanımağa başladım. 

O, bizə ədəbiyyatdan dərs deyirdi. O zaman başqa texnikum və ali 

məktəblərdə oxuyan gənclərin çoxu istəyirdi ki, Hüseyn Cavid 

onlara dərs versin. Bunun bir sıra səbəbləri var idi. Bir səbəbi bu 

idi ki, Hüseyn Cavid o vaxtlar nəinki Azərbaycanda, həmçinin 

Zaqafqaziyada, Orta Asiyada, İran və Türkiyədə tanınmış və məş-

hurlaşmış şair-dramaturq idi. Tələbə gənclər, ölməz əsərlər yara-

dan sənətkarın sözünü dinləməyə, onu daha yaxından tanımağa 

mənəvi ehtiyac duyurdular. Ancaq o, teatr texnikumunu seçmişdi. 

Onu bura daha çox cəlb edən bütün bacarığını, istedadını, biliyini 

doğma xalqının övladlarına vermək idi. 

Mən sonralar başa düşdüm ki, ədəbiyyatı, dramaturgiya və 

teatrı çox gözəl bilən Hüseyn Cavidi bizim texnikuma bağlayan 

                                                 

1

Qeyd. Adil İsgəndərovun  əli qələm tutmurdu. O, diktə etmiş, tərtibçi qəlmə 

almışdır. – R.M. 




Úàâèäè õàòûðëàðêÿí 

517 


başqa səbəblərdən biri də onun buna böyük mənəvi ehtiyac 

duymasındaydı. Digər tərəfdən, o, bəziləri kimi məsələnin maddi 

tərəfini güdmürdü. Əlbəttə, bu indi bir çoxuna az əhəmiyyətli 

məsələ kimi görünə bilər. Lakin o vaxtlar, elə indinin özündə də, 

bunun bəziləri üçün nə qədər böyük əhəmiyyəti vardır. Ola bilərdi 

ki, o zamanlar sevimli müəllimimiz maddi cəhətdən çətin ya-

şayırdı. Lakin o, nə qədər gözü-könlü tox adam idi!.. 

Biz, tələbələr eşidəndə Hüseyn Cavid bizə  dərs deyəcək, o 

qədər sevindik ki... Uzun illər keçməsinə baxmayaraq mən bu 

sevinci indi də duyuram. 

Mən burada Hüseyn Cavidi (biz ona “Cavid əfəndi” deyərdik) 

sevimli oxucularımıza bir pedaqoq kimi təqdim etməyə çalışa-

cağam. Yeri gəldikcə onun maraqlı və zəngin həyatının və yara-

dıcılığının bəzi cəhətlərinə toxunacağam. Əlbəttə, mənim xatirəm 

tələbənin öz müəllimi haqqında xatirəsi kimi qəbul edilməlidir. 

Hüseyn Cavid necə pedaqoq idi? Şəksiz, bu suala tam və 

dolğun cavab vermək çox çətindi. Bəzən qələm bu böyük istedad 

sahibini hərtərəfli təsvir etməkdə gücsüz görünür. Mənə belə gəlir 

ki, müəllimə xas olan bütün xüsusiyyətlər sanki Hüseyn Caviddə 

cəmləşmişdi. Bu, onu ideal pedaqoq səviyyəsinə qaldırırdı. Bi-

liyinə gəldikdə, necə deyərlər, dərya idi. 

Hüseyn Cavid, fitri istedada malik, çox hazırlıqlı  və  məlu-

matlı, dərin bilikli müəllim idi. Şərq və  Qərb klassiklərini gözəl 

bilirdi. Onların  əsərlərini sadəcə müəllim,  şair-dramaturq kimi 

deyil, bir alim kimi təhlil edərdi. O, əsəri təhlil edərkən lap 

dərinliklərinə gedər, onun bədii məziyyətlərini, ictimai əhəmiy-

yətini, fəlsəfi mahiyyətini açardı. V.Şekspir, F.Şiller, V.Höte, 

A.S.Puşkin, A.M.Qorki, F.M.Dostoyevski, Ə.Hamid, T.Fikrət, 

N.Kamal və başqa görkəmli sənətkarların əsərlərinin təhlili buna 

misal ola bilər. O, həmin sənətkarların adını böyük iftixarla çəkər, 

əsərlərindən əzbər soylərdi. Unudulmaz müəllimim böyük sənət-

karlardan elə maraqla danışardı ki, sanki bizi ovsunlayardı. Danı-




Úàâèäè õàòûðëàðêÿí 

518 


şığında ardıcıllığa, səlisliyə, məntiqliyə  həmişə diqqət yetirərdi. 

Bəzi müəllimlər kimi, mövzunu ümumi və mücərrəd  şəkildə 

deyil, konkret ədəbi material üzərində aydınlaşdırardı. 

Hüseyn Cavid, dahi ingilis dramaturqu V.Şekspirin yaradı-

cılığını  hərarətlə sevərdi. Onun “Hamlet”, “Otello”, “Romeo və 

Cülyetta”, “Maqbet”, “Kral Lir” və sair əsərlərini bizə  təhlil 

etmişdi. O deyərdi: 

–  Şekspri bulvarda, tramvayda oxumaqla, kitabını  əlində 

gəzdirməklə öyrənmək olmaz (H.Cavid, ümumiyyətlə, klassikləri 

bu cür yerlərdə oxumağın əleyhinə idi. O belə halları “ədabazlıq” 

kimi qiymətləndirərdi).  Şekspir kimi böyük klassikləri oxuyub 

öyrənmək və başa düşmək üçün real aləmdən ayrılıb, yazıçı alə-

minə düşmək lazımdı. Bədiyyat, canlı  həyat, epoxalıq və  fəlsəfi 

dərinlik Şekspir yaradıcılığı üçün səçiyyəvidir. 

Biz indi yuxarıdakı sözləri sənətcə Şekspirdən geri qalmayan 

Hüseyn Cavidin özünə də aid edə bilərik. 

Yaqodan söz düşəndə o deyərdi: 

– Yaqo fəlsəfəsi dünyada yaşayan, fəqət ən çirkin, ən bədxah 

və paxıllıq fəlsəfəsidir! 

Hüseyn Cavid bizdən tələb edərdi ki, bədii  əsərləri təhlil 

edərkən müstəqil fikir və mülahizələr yürüdək. Onun-bunun fik-

rinə əsaslanan, beynini işlətməyən tələbələrdən “xoşu” gəlməzdi. 

Deyərdi: 

– Uşaqlar, öz bədii təfəkkürünüzə və mühakimələrinizə arxa-

lanmağa çalışın. Bu, sizin danışığınızı daha maraqlı edər. Sizdə 

istedad qığılcımını gec-tez aşkara çıxarar. 

Sevimli müəllimimizin özünəməxsus dərsdemə  və  dərs-

dinləmə üsulu vardı. Məlumdur ki, o, əlində  həmişə  çəlik gəz-

dirərdi. Çəlik sinifdə də əlində olardı. Dərs danışan tələbəyə qulaq 

asarkən hər iki əlini üst-üstə qoyub çəliyin tutacağından yapışardı. 

Onu çənəsinin altına söykəyib, dərs danışana çox diqqətlə qulaq 

asardı. Bəzi müəllimlər kimi tələbənin sözünü ağzında qoymazdı. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə