Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə164/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   160   161   162   163   164   165   166   167   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

525 


milli respublikalar üçün ali savadlı kadrlar hazırlanması  təsvir 

olunmuşdu. Ali məktəblərdə oxuyanlar milliyyətcə müxtəlif xalq-

ların nümayəndələri idi: azərbaycanlılar, gürcülər, ermənilər... 

Tələbələr müxtəlif institutlarda təhsil alır. Şəhla tibb institutunda 

oxuyur. 

Birinci pərdədə hadisələr Şəhlagilin evində baş verir. Hamı 

kimi, Şəhla da tətilə gəlib. Lakin anası inad edir ki, qızı oxumağa 

getməsin, gözündən, könlündən iraq olmasın. Atası isə onunla 

razılaşmır.  Şəhlanın tələbə yoldaşları anaya təsəlli verirlər ki, 

ondan arxayın olsun; Moskvada Şəhla kimi oxuyan qızlar çoxdu. 

Hüseyn Cavid vaxtilə  Əli Bayramov klubunda olmuş bir 

hadisəni həmin səhnəyə daxil eləmişdi. Hadisə bu idi ki, ata ilə 

oğul birləşib kluba gələn qızını öldürür. Dramaturq bu hadisəni 

əsərə təsadüfən daxil eləməmişdi. Bununla anaya demək istəyirdi 

ki, daha o vaxtlar deyil ki, bu cür vəhşi hadisələr baş versin. 

Bu pərdədə hiss olunurdu ki, Şəhlanı Sahib (ad düz olmaya da 

bilər) adlı bir oğlan istəyir və qızın da ona meyli var. 

Tətildən evlərinə qayıdan tələbələr qonaqlıq təşkil edirlər. 

Belə bir qonaqlıq Şəhlagildə də təşkil olunur. Qonaqlıqda Şəki və 

Qazax plovlarından qızğın söhbət gedir. Dramaturq həmin epizo-

du elə canlı, təbii təsvir eləmişdi ki, mən özümü saxlaya bilməyib 

dedim: 

– Cavid əfəndi, tamaşaçıların plova tamahı düşəcək ha!.. 



Hər ikimiz güldük. 

Bu pərdədə gülüş doğuran bir yer də yaxşı yadımda qalıb. O 

da budur ki, kimsə Moskvada tələbələrin hansı yerdə qaldığını 

soruşur. Tələbə zarafatla deyir: где  это  площадь,  где  стоить 

лощадь, qabaq ayaqları da yuxarıda. 

Birinci pərdə  tələbələrin tətili başa vurub Moskvaya 

qayıtmaları ilə bitir. 

İkinci pərdədə hadisələr Moskvada baş verir. Tətildən qayıt-

mış  tələbələr Zaqafqaziya respublikalarının Moskvadakı daimi 




Úàâèäè õàòûðëàðêÿí 

526 


nümayəndəliyinin otağında görünürlər. Onların arasında azərbay-

canlılarla bərabər gürcülər, ermənilər də vardı. Onların bura gəliş-

lərinin məqsədi nümayəndəlikdən maddi kömək almaqdı. Tələbə-

lər nümayəndəliyin sədri Tağıyevi onun kabinetinin qapısında 

gözləyirlər. Elə bu vaxt Tağıyev kabinetdən çıxır. Tələbələr onun 

ətrafına toplaşıb, gəlişlərinin məqsədini bildirirlər. Tağıyev onlar-

la zarafatlaşır, sonra göstəriş verir ki, siyahı tutub tələbələrə pul 

verilsin. Bu zaman səhnədə kinoçəkənlər görünür. Məlum olur ki, 

onlar filmdə  çəkilmək üçün şərqli qız axtarırlar.  Şəksiz, onların 

diqqətini  Şəhlanın gözəlliyi cəlb edir. Kinoçəkənlər onun başına 

toplaşırlar.  Şəhlanın tək  şəklini çəkirlər. Sahib Şəhla ilə  çəkilən 

aktyora qısqanır. Onların arasında münaqişə başlanır. Sahibin eti-

razını görən rejissor onun başını pulla tovlamaq istəyir. Sahib bir 

qədər sakitləşir. Şəhlanın bir neçə görkəmdə şəkli çəkilir. Qısqanc 

Sahib artıq dözə bilmir. Dava salmaq istəyir. Uşaqlar onu sakit-

ləşdirməyə çalışırlar. Başa salırlar ki, Tağıyev onlara az pul verə-

cək, ancaq Şəhla kinoya çəkilsə, onlar çox pul alacaqlar. Şəhlanın 

Sahibin hərəkətlərinə acığı tutur... 

Ümumiyyətlə, ikinçi pərdə dramatik cəhətdən  əsərin  ən ma-

raqlı, çazibədar pərdələrindəndi. Burada bütün hadisələr Şəhlanın 

ətrafında gedir və bilavasitə onunla bağlanır. Şəhla diqqət mərkə-

zindədir, onun gözəlliyi, mehribanlıgı, səmimiliyi hamını məftun 

edir.  Əsərdə bir maraqlı gürcü tələbə surəti də var. O, çox zara-

fatcıldı, tez-tez atmaca sözlər işlədir.  Şəhlanın ünvanına gözəl 

sözlər deyir: Gözəl qız, sən elə kino üçün yaranmısan, sən bizim 

Tamaradan da gözəlsən!.. 

Bu kimi sözlər Sahibi daha da acıqlandırır, özündən çıxarır. 

Pyesin  üçüncü pərdəsində  məlum olur ki, Şəhla kinoda 

çəkilməyə razılıq verib. Çəkilişə hazırlıq gedir. Şəhla ilə  sınaq 

məşqləri aparılır. Onun “sevgilisi” bir rus aktyorudu. Şəhla 

tamamilə şərqli qiyafəsindədi. Bu sözləri əzbərləyir: – “Ey mənim 

taleyim, sən məni bu dar qəfəsdən qurtar!..” 




Úàâèäè õàòûðëàðêÿí 

527 


Kino çəkilişində belə bir epizod var: Aktyor at üstündə qılınc 

oynadaraq dua oxuduğu halda Şəhlanı tərkinə almalıdı. Rus akt-

yoru bunu edə bilmir. Şəhla yıxılır və bayılır. Bunlar Sahibə pis 

təsir göstərir, onu özündən çıxarır. Ümumiyyətlə, Sahib bu pərdə-

də qısqanc və dalaşqan kimi verilmişdi. Şəhlanın atdan yıxıldığını 

görən Sahib kino aktyorunun üstünə cumur. Tələbələr onu sax-

layırlar... 

Şəhla ayıldıqdan sonra çəkilişdən imtina edir. Tələbə yol-

daşları yalvarıb-yaxarırlar ki, o, bunu etməsin. Lakin Şəhla qorx-

duğundan inadından dönmür. Nəhayət, kinoçəkənlər bu qərara 

gəlirlər ki, atı qayıqla əvəz eləsinlər. Belə də olur. 

Dördüncü pərdədə hadisələr çayın kənarında vaqe olur. 

Yadımda qalanı budur ki, qayıq şahzadələrə məxsus şəkildə bəzə-

dilmişdi. Burada biz artıq rus kino aktyorunu deyil, Şəhlanın 

sevgilisi rolunda Sahibi görürük. Düşmənlər qayığa hücum 

edirlər. Sahib böyük şücaət və qəhrəmanlıq göstərir. O, qızın mə-

həbbətindən ilham alaraq, onu öz nişanlısı kimi, düşməndən xilas 

edir. Yaxşı qılınc oynadır.  Ətrafdakılar onu iki cəhətdən alqışla-

yır: həm bir qalib kimi, həm də  qızın bir müdafiəçisi kimi. 

Nəhayət,  şahzadə  Şəhla ölümdən xilas olunur. Gözəllik timsalı 

Şəhla, igidlik timsalı Sahib camaat tərəfindən təntənə ilə 

qarşılanırlar. 

Oxucu bilməlidi ki, mənim “Şəhla”nı oxuduğum vaxtdan qırx 

ildən çox keçir. Ola bilər ki, pərdələrin təsvirində dəqiqsizlik var, 

ancaq pyesdə baş verən hadisələri belə xatırlayıram. 



1978 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə