Úàâèäè õàòûðëàðêÿí
129
nır. Çox nifrət etdiyi və ondan qaçdığı bəşəri vəhşətlər
daha şid-
dətli surətdə özünü göstərməyə başlar. Hərbi-ümuminin törətdiyi
vəhşətlər, bəşəriyyətə açdığı dərin yaralar idealist Arifi daha
çıldırır. Əskidən bəri Şərq ruhuna hakim olan sufiliyin yaxıcı
təsiri ilə bu aləmdən uzaqlaşaraq “misal aləminə” atılmaq, orada
ruhi-mütləqə qovuşmaq istəyir göylərə xitab edərək:
Dünyaları yoxdan yaradan, ey ulu tanrı,
Ey xaliqi-hikmət.
Duyduqca, düşündükcə olur qəlbimə tarı,
Min şübhəli illət.
Duyduqca, əvət, pərdəli hikmətləri hər an,
Min dürlü həqiqət,
Min dürlü, müəmmalı həqiqət mənə xəndan,
Həpsində də zülmət...
Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan
Ya şöleyi-əcram,
Olmaş şu mənim çıldıracaq könlümə əlan
Bir mənbəyi-ilham.
Uydum da peyğəmbərlərə, qanuna, kitabə,
Duydum yenə qəsvət,
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə;
Həp zəfə əlamət...
Hər fəlsəfə bir vəlvələ, həp dadlı xəyalət,
Yox rəhbəri-vicdan;
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,
Bir şöleyi-ürfan.
En gəl mana, yaxud məni yüksəklərə qaldır,
Gəzdir qonağında;
Yerlərdə süründüm yetişir, göylərə qaldır,
Dindir qucağında...
Deyə söylədiyi sözlər Arifin səciyyəsini və əhvali-ruhiyyəsini
bizə pək açıq göstərir. İdealist Arif bu aləmdən göylərə uçmağa
can atır. Onu mühitdə heç bir şey təmin və təskin eləmir. Hətta
qüvvətli imanla sarılmış olduğu dindən, allahdan, kitabdan da
Úàâèäè õàòûðëàðêÿí
130
şübhələnir. Onu inlədən, ürəyinin dərinliklərində qorxunc yaralar
açan kəndi kədəri deyildir, cahan kədəri, iztirablarıdır: “Qaldır
məni ta görməyim insandakı zülmü, bax yer üzü inlər” – deyə nə
acı hayqırır və ruhuna gömülmüş sızıyı nə acıqlı anladır!..
Həyatın o dar, məhdud və sıxıcı çərçivəsi içindən çıxaraq
şəxsiyyətini yüksəltmək istərkən o “atəşli müəmma” Şərqin şübhə
və tərəddüdlər içində yana-yaxıla yuvarlanan bədbin, iradəsiz
çocuğunun qarşısına dikilir; ətəklərinə onun həyat və həqiqətinə
dumanlı baxan gözlərinə sürər, laqeyd qəhqəhələrlə çəkilib gedər.
Dram hərəkət və əks hərəkətdən, iki qüvvənin bir-birilə çar-
pışmasından ibarətdir. İblisin səhnədə görünərək fəaliyyətə başla-
ması ilə rəbt (завйaзка) başlar və bir-birinə zidd olan bu iki qüv-
vənin çarpışması və nəticədə hankı birinin qalib gəıləcəi hər kəsi
maraqlandırır.
İblis fənalıqların simvoludur. O, mənəviyyatı və eyilikləri
inkar edən bir ruhdur. Vəzifəsi insanlardakı mənəvi qüvvələri
söndürmək və maddi qüvvələri inkişaf etdirməkdir. Odur ki, Arifi
iğva etmək və onun qəlbini təsxir edə bilmək üçün dürlü-dürlü
planlar qürur və onu insani əxlaq və yüksək duyğulardan uzaqlaş-
dırmağa, bataqlığa, adi və alçaq həyata sürükləməyə çalışır. İlk
görüşdə sözlərini söylədikdən sonra görünmədən ridasının ətək-
lərini onun göslərinə sürtərək çəkilir. İblis bu hərəkəti ilə Arifin
gözü önündəki pərdələri parçalamaq, həyatı ona olduğu kimi
göstərmək və onu göylərdən, xəyal aləmlərindən yerlərə düşür-
mək, həyat və həqiqətin bütün çətinliklərini, pisliklərini ona
duyurmaq və o həyata daxil etmək istər.
İştə bu andan etibarən Arifin çılğınlığı daha artmış olduğun-
dan əsəbi hallar keçirir. Şaşqın bir tövrlə saçlarını qarışdırır və
içəri girməkdə olan ixtiyara həyəcanla:
“Gəl, gəl mənə, gəl, eylə mənim dərdimə çarə.
Yar beynimi, aç qalbimi, eyvah açamazsan,
Qaç məndən, uzaqlaş, xeyr, əsla qaçamazsan.
Mən çılğınam artıq, mənə yaxlaşma. Kənar ol,
Gəl, qaçma, xeyr, dərdimə lütf et də, dəva bul”:
Úàâèäè õàòûðëàðêÿí
131
- deyə ruhun dərinliklərindən fışqıran yaxıcı iztirablarını, əhvali-
ruhiyyəsindəki inqilab və hicranı nə acıqlı və odlu bir lisanla
anladır!..
İblis ona öz qiyafəsində dəfələrlə görünərək, çocuq kimi his-
siyyata qapılmayaraq açıq gözlə həyata atılmasını təklif edir.
İnsan qəlbi ilə deyil, ağıl və mühakiməsi ilə hərəkət edəcəyi lazım
gəldiyini və hər şeyin həqiqətinə onunla nüfuz edə biləcəyini
qüvvətli dəlillərlə isbata çalışır və ən nəhayət sevgili Rənasına
qovuşmaq üçün yeganə vasitə ola biləcək altun ilə pevolveri ona
verir. Bununla Arifə anlatmaq istəyir ki, öz arzu və təmayüllərinə
yetişə bilmək üçün həyata girməli, zamanla hesablaşmalı və onun
silahına qurşanmalıdır. Bunu yapmayanlar heç bir zaman arzu və
məfkurələrinə yetişməzlər. Hissiyyata qapılmış ağlından ziyadə
qəlbinə məğlub olan Arif bu həqiqətləri düşünmədiyindən İblisi
dəfələrlə qovur. İblis ilk pərdədə ilk dəfə olaraq ona görünür və
kim olduğunu “ruhunu qeydi-əsarət əzdiyi və min dürlü xəyal
səni məhv etdiyi üçün sənə hüriyyət və qəlbinə nuri-həqiqət ver-
məyə gəldim” – deyə anladırkən Arif ona:
Hüriyyətə əsla məni sən erdirəməzsən,
Bir zülmət ikən nuri-həqiqət verəməzsən, -
deyə sözlərini rədd edir. İblis zülmət deyil, sərapa atəş olduğunu
isbata çalışır. Arif isə atəşə də ehtiyacı olmayıb, yalnız nura qalib
olduğunu anladır. Arif həqiqətən nura talibdir. Zira ki, o yalnız
incə, parlaq və zəngin duyğu və xəyal ilə yaşar. O, günəşin həra-
rətindən ziyadə, ayın məhtabına məftundur. Onu ağıl və mühaki-
məsinin fəaliyyətindən ziyadə, qəlbinin çırpıntıları maraqlandırır.
İblis qüvvətli dəlillərlə nur atəşsiz qaim olmadığını və bütün
mövcudatın atəşlə yaşadığını isbata çalışır. Əvət, “Atəş, günəş
atəş” olduğu kimi, sərapa atəş olan ağıl və fənnin yaşamaq üçün
tələb etdiyi maddi ehtirasat da atəş deyilmi? Bəşəri yakan, yıxan,
nəfsini tələbatı olan həp şu maddi ehtirasat deyil də nədir? Odur
ki, İblis mövhumatpərəst Arifə maddi ehtirasatı qüvvətləndirmək