Úàâèäè õàòûðëàðêÿí
126
təmin edəməyəcək dərəcədə uzaqlaşmış və əskimişdi. Ruhani
tələblərini təmin etməyə heç bir çarə bulamayan və nə yapacağənə
şaşırmış olan cəmiyyətdə yuxarıda göstərilən əhvali-ruhiyyənin
doğması pək təbii idi.
Məşhur Qərb şairlərindən Hötenin Faustu və Şeksprin Hamle-
ti bu dövrün əhvali-ruhiyyəsini olduğu kimi bizə göstərən
zamanının nümayəndəsi və tarixi simalarıdır.
Qərbdə XVII-XVIII ərslər nə isə, bizim üçün XX əsr də odur.
Qərb mədəniyyətini, yeni fənnlərin bol-bol içimizə girməsi ilə
əskilik yıxılmış, əski ideyalar, fikirlər və duyğular yerinə yeni
ideyalar, yeni duyğular, yeni fikirlər qaim olmağa başlamış, lakin
hələ tamamilə qaim ola bilməmişdir.
Əskiliyin döyüntüləri qəlbimizi bir qurd kimi gəmirən, ruhu-
muzu zəhərləyən təsirləri bu gün belə yox deyildir. Cəmiyyətin
hala əski adətlər, əski ideya və duyğulardan tamamilə uzaqlaş-
madığı, yeni nəsl hala əski suçlarından silkinib ruhunu təmizlə-
mədiyi bəllidir. Kimsənin ideal olan istiqbal haqqında müəyyən
və qəti bir fikri olmadığından onu açıq və aydın surətdə təsəvvür
edəməyor. Yeni fənnlər cəmiyyətin yeni quruluşu haqqında bir
çox yeni nəzəriyyələr ortaya atmışsa da, hənuz ona alışmamış,
onu olduğu kimi qavrayamamış və əməli olaraq uzun müddət mü-
şahidə və təcrübələrdən keçirməmiş olan cəmiyyəti o nəzəriyyələr
ürküdür. Cəmiyyət şübhə və tərəddüdlər içində çırpınır, əsəbiləşir
və gələcəyə şübhəli, qorxaq və tərəddüdlü nəzərlərlə baxır. Əski-
liyə ağır və kəskin zərbələr endirən, bizə bir çox yeniliklər gə-
tirən 1905-ci il inqilabının yetişdirmiş olduğu hürriyyət və inqilab
nəzməxanı Məhəmməd Hadi əsərlərində bu dövrün səciyyəsini nə
qədər açıq, aydın və nə qədər canlı göstərir.
İştə Hadidəki cahan kədəri, müşkülpəsəndlik, skeptiklik və
bədbinlik inqilabın o istihalə dövrünün yaratmış olduğu əhvali-
ruhiyyədir.
Bu qısa izahatdan sonra “İblis” haqqında mülahizələrimi
söyləyə bilərəm. İnsan maddi və mənəvi qüvvədən ibarətdir. Bə-
şər həyata qədəm qoyduğu gündən etibarən bu iki qüvvə hər daim
Úàâèäè õàòûðëàðêÿí
127
bir-birilə çarpışır. Hənuz insanda mənəvi qüvvələr kamalınca in-
kişaf edəmədiyindən maddi qüvvələr hər zaman mənəvi qüvvələrə
qalib gəlmiş və gəlməkdədir. Əsərdə İblis maddi qüvvələrin,
Mələk isə mənəvi qüvvələrin simvoludur. Əsərin ilk pərdəsində
səhnə nəhayətindəki iki pəncərənin birində İblis, digərində Mələk
olması və söylədikləri sözlər zatən bunu anladır. Hər insanda bu
iki qüvvə mövcuddur. Mühit və zaman etibarilə insanların bir
qismi eyi, bir qismi isə kötü qüvvələri kəndində inkişaf etdirir.
İştə hailəni doğuran bu iki qüvvənin bir-birilə çarpışmasıdır.
Əsər haqqında mülahizələrimi anlada bilmək üçün hailənin
əsas şərt və qanunlarından bir qaç söz söyləməyi lazım bilirəm.
Hailə dram tərzində yazılan bir əsərdir ki, baş qəhrəmanları
(şəxsləri) ağıl, hiss və iradəcə digər şəxslərdən ayrılaraq ümumi
şərt və qanunları parçalaya biləcək kəskin bir iradə və istedada
malik olurlar. Bu kimi şəxslərin ruhunda təbii olaraq müəyyən
şərtlər və təsirlər daxilində elə bir hal doğur ki, məslək və
ideyasına qarşı olan şəxslər və şərtlərlə çarpışmağa məcbur olur.
Hailə qəhrəmanları səciyyəcə dram (faciə) qəgrəmanlarından
ayrıldıqları kimi bəslədikləri məfkurə etirbarilə də yüksək, kəskin
iradə, sarsılmaz enerji və ülvi qayəyə malik xariqüladə şəxsiy-
yətlərdir. Bu qəhrəmanlar fəaliyyətə başladıqları zaman kəndilə-
rini o qədər şaşırır və düşüncəsiz hərəkətlərlə o qədər böyük
xətalar törədir və kəndinə elə dərin və çıxılmaz uçurumlar hazır-
layır ki, o çətin və qorxunc vəziyyətdən qurtulmaq ümidi qalmır.
Kəndisi hiss etmədən onu təqib etməkdə olan bu fələkatləri biz
seziriz və bütün bunlar bizdə heyrət və iztirab doğurur. Bu iztirab
və hissi-heyrətə bir hiss daha artırır ki, o dəxi qəhrəmanın ülvi
ruhu, yorulmaz enerjisi və sarsılmaz iradəsidir.
Hailənin qət (развйaзка) cəhəti tamaşaçılarda əxlaqi hiss və
maraq oyatmalıdır. Odur ki, qəhrəmanın öz məslək və qayəsi
uğrunda ölməsi bizdə acı hiss və kədər oyadır; eyni zamanda biz
kəndimizdə bir sevinc və yüngüllük hiss edirik. Zira ki, əxlaqın
hakimliyini gözümüz önündə görür və ağır təsirlərdən qurtuluruq.
Qəhrəman kəndi suçlarını kəndi qanı ilə təmizləyir. Uğrunda özü-
nü fəda etdiyi idealın ölməyəcəyinə, yaxın zamanda içimizdə ha-
Úàâèäè õàòûðëàðêÿí
128
kim olacağına bizdə iman doğurur. Qəhrəman qalib gəldiyi təqdir-
də belə biz onunla bərabər yüksəlir, teatrı daşğın sevinclər və duy-
ğularla tərk edirik. Bizə bu kimi təsirləri verməyən, yalnız bizdə
acı bir kədər doğuran hailələr sənətkaranə əsərlərdən sayılmaz.
“İblis” əsərində dram nədən ibarətdir?
Birinci, Arifin ideya və qayəsinə zidd olan şərtlər və şəxs-
lərdi. O, mühiti ideya və qayəsinə müvafiq görmür, onu istədiyi
kimi dəyişdirib, istədiyi kimi bir aləm yaratmaq iqtidarına da
malik deyildir. İştə bu şərait onda acı bir hal oyadır. O öz hissiy-
yatı və mühiti ilə çarpışır, hər şeyə üsyan və hər şeyi tənqid edir.
İkinci, Rənanın eşqidir. O dəlicəsinə sevdiyi Rənasına qovuş-
maq üçün iztirablar içinə yuvarlanır, ona mane olan əngəllərlə
şiddətli surətdə çarpışır və heç bir fədakarlıqdan çəkinmir. Arifə
ağlından ziyadə hissi hakimdir. Hər şeydən əvvəl o idealistdir.
Kiçik ikən İstanbulda evi yanmış, nəsli məhv olmuş, yalnız kiçik
qardaşı Vasiflə qurtularaq və nəhayət onu da qeyb etmiş olan
Arifdə bu fəlakətlər həyat və kainata qarşı dərin bir nifrət
doğurduğu kimi, yaşadığı mühit içindəki qüyudat və vəhşətlər
iztirab və kədərini daha şölələndirmiş, bədbinliyini daha artırmış,
mühitə və gələcəyə şübhəli və qara gözlüklə baxmağa məcbur
olmuşdur. XX əsrin gətirmiş olduğu yeniliklər onun ruhundakı
dərin çırpıntıları təskin edəməyir; biləks, şübhə və tərəddüdlərini
artırıb onu daha ziyadə yaxır, iztirab içind üzür. O, fərdi arzusu ilə
ictimai arzular arasında böyük bir ziddiyyət görür. Arif ya o çirkin
həyata uymalı, onun bütün pislikləri və çamırlıqları içində sü-
rünməli, yaxud o qeydləri, o ayrılıqları qırıb parçalayaraq mühiti
istədiyi kimi dəyişdirməli və istədiyi şəklə salmalı idi. Bunların
heç birini yapmaq iqtidarını kəndində görmədiyindən o mühitdən
tamamilə uzaqlaşmaq, dərdlərini, əməllərini unutmaq məqsədilə
təbiətin saf və sakit köksü üzərinə atılmaq, orada həyəcanlarını
unutmaq məcburiyyətində qalır; hürriyyətini, idealını uduzacağını
və xarici həyatla orada çarpışa biləcəyinə iman edir və kəndini
təbiətin qucağına atır. Lakin o saf və səmimi çöl həyatı dəxi
ansızın şölələnən cahan müharibəsi münasibtilə çalxalanır, bula-
Dostları ilə paylaş: |