Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə48/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

150 


deyə  Şeyx Sənana bir qəzəl ithaf etməyə bilməzdi və  nəhayət

şairin gözündə qayət möhtəşəm görünən bu zatın tarixini araşdır-

mağa, onun haradan gəldiyini öyrənməyə qoşulacaqdı. Olsun ki, 

xırda bəlirsiz pyeslər yazan Cavid birdən-birə “Şeyx Sənan” kimi 

qüvvətli bir əsər yaza bilməsin. Üzərində  uğraşmağa nə var? 

Zatən hər bir sənət  əsəri müəyyən bir bədii həyəcandan doğarsa 

da sonradan əmək sərfilə  kəmalə irmiş olur. Yetər ki, bu sənət 

əsəri ideya cəhətdən düşünülmüş  və sevə-sevə  işlənmiş olsun. 

Cavid isə “Şeyx Sənan” pyesinin üzərində çalışıb çabalayacaqdı. 

Səbəbi? Sənan ruhu ilə Cavid ruhunda araşdırmaqda olduğumuz 

müddətdə bir eyniyyət vardı. Daha doğrusu, bir mahiyyətdə idi. 

Hər ikisində əvvəlcə dindarlıq, sonra şübhələr fırtınası və nəhayət, 

məhəbbət və  eşq yolunda “dini-imanı satmaq” kimi bir 

fədakarlığa cəsarət etməkdi. “Bahar şəbnəmləri”ndəki Şeyx Sənan 

türbəsi önündə” qəzəli “Şeyx Sənan” pyesindən əvvəl yazıldığına 

şübhə olmaz. Çünki şəkil, üslub və lisan etibarilə  qəzəl pyesdən 

əski olacaqdır. Qəzəldə olan vəzn, qafiyə, tərkiblər düzülüşü 

tamamilə Namiq Kamalın: 

 

Görüb, ehkami-əsri münhərif sidqü səlamətdən 

Çəkildim izzətü iqbal ilə babi-hökumətdən, –   

 

mətləli qəsidəsini andırır və qəsidədəki təmtaraq tamamilə Cavid 



dilində görünür, bu nöqteyi-nəzərdən hətta bunu Sənana ithaf 

edilmiş bir qəsidə kimi saymaq olurdu, fəqət qəsidədə lazım olan 

ünsürlər burada yoxdur. Pyesdə olan dil isə büsbütün başqadır. 

İşlənmiş  və  ədəbi süzgəcdən keçmiş, bişmiş bir dildir. Lakin bu 

qəzəldə Cavid yalnız  şəkildə bir qədər Kamala yaxın  əskilik ilə 

qorxursa bir parçada farscanın 

 

Eşqi-düxtər kərd qarət cani-u, 

Rixt küfri-zülf bər imani-u, 

                                                                                                            

1

 “Bahar şəbnəmləri”, səhifə 14. 




Úàâèäè õàòûðëàðêÿí 

151 


Şeyx iman dadu tərsan kozid

Aqibət befruxt rüsvai xərid

1

təsiri olaraq: 



Uyub sən bir mələksimayə, satdın, dini, imanı, 

Atıb ehkamı-quranı, uzaqlaşdın təriqətdən, –   

 

desə də, içində olan mübarizədə yenilik qələbə çalır və şair özü-



özünü təshih edərcəsinə: 

 

Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz, 



Cahan durduqda parlar, yüksəlir, düşməz təravətdən 

Ziyarətgahını gülbusələr, təzyin edən hər an, 

Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən. 

 

Burada  şairin son ümidi, dini və imanı gözəllik və sevgi 



olacağını təyin edir: 

 

“Nədir mənası eşqin?!” Söyləyənlər nerdə? Bir gəlsin, 



Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən. –    

 

və həyatın bütün mənasını yalnız eşq və məhəbbətdə görür: 



 

Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir: 

Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən. 

 

Məlumdur ki, böylə mülahizənin yanlış olduğu üzərində 



imdilik durmaq zamanı deyildir. Ona görə də mövzumuzun ikinci 

qismini təşkil edən ədəbi təsirlərə keçmək lazımdır.  

Buraya qədər “Şeyx Sənan” pyesinin psixoloji və mühiti 

hazırlıqlarını göstərdikdə, o cümlədən Cavidin farsca və  ərəbcə 

                                                 

1

 Qızın sevgisi onun canını qarət etdi, 



  Onun imanına zülfünün küfrünü tökdü, 

  Şeyx imanını verib tərsalığı qəbul etdi, 

  Aqibti satıb, rüsvayçılıq aldı. – H.Z. 



Úàâèäè õàòûðëàðêÿí 

152 


təhsil görmüş olduğu, Təbriz, İstambul və Tiflis arasında səyahət 

etdiyini nafilə yerə söyləmədik. Bunların özlərinə görə  şair 

psixologiyasına bu və ya başqa bir mövzu aramasına səbəb oldu-

ğuna  ən qüvvətli dəlil ola bilərlər.  Müsavat dövrünün maarif 

nəzarəti  əmrilə  şəriət müəllimi olan Cavid şəriət dərsindən fəzlə 

Məhəmmədin və Aişənin  şəxsi həyatından bəhs edə-edə “Pey-

ğəmbər” pyesi mövzusunu tapdığı bu gün bir fakt olduğu kimi

1



fars  ədəbiyyatı içərisində  məşhur olan Şeyx  Əttarın “Məcalüsül-

üşşaq”dakı iyirminci məclisi “Zikri-həzrəti-Şeyx  Sənan  əleyhir 

rəhmə” olması bir tərəfdən, Tiflis ətrafı türk və gürcülərin 

dilləri dəstanı olması, ikinci tərəfdən, Üzeyir bəy Hacıbəyovun 

1908-ci ildə yaratmış olduğu “Şeyx Sənan” operası üçüncü 

cəhətdən Hüseyn Cavidə  təsir etməmiş olmazdı. Hətta müəllifin 

öz etirafına baxılsa o zaman rusca yazılmış M.B.Hacınskinin 

“Şeyx Sənan əfsanəsi” kitabçası da onun gözündən qaçmamışdır. 

Ərz etdiyimiz “Məcalisül-üşşaq” kitabına baxılsa içərisindəki 

mündəricatı “Dər bəyani-hüsni-həqiqi və eşqi-təhqiqi”, “Yusif və 

Züleyxa”, “Zikri-həzrəti-Şeyx Mövsüf və  cəvani-məşuqi-an 

həzrət...” kibi İran sufiliyilə “aşiqi-rüsva”ları gənc şairin üzərində 

təsir buraxmamış olmayacaqdı.  İmdi Cavidin yaradıcılığındakı 

səciyyəvi cəhətlərdən birisi də təsvir etmək istədiyi simanı dəqiq 

və dürüst bir surətdə tanımaq olduğunu bildiyimiz üçün “Zikri-



həzrəti-Şeyx Sənan”  mənzuməsilə bir parça yaxından aşina 

olmalıyız: 

 

“ŞEYX SƏNAN” DASTANI 

 

Dörd yüz beş beytdən ibarət olan bu mənzumdə

2

 əvvəl 



başdan fars ədəbiyyatındakı sufilik, ifrat mübaliğəçilik olduğu bu 

                                                 

1

 H.Cavid Müsavat dövründə həqiqətən şəriət müəllimi təyin olunur, ancaq o, 



şagirdlərə  şəriətdən deyil, ədəbiyyatdan dərs keçir və bunun üstündə  də 

məktəbdən xaric edilir – İ.O. 

2

 Bu xüsusda əlimizə farsca üç nüsxə keçdi: onlardan biri Leninqrad Darülfü-



nun kitabxanasında 22 (1) (32 səhifəlik nəsx ilə yazılmış bir əlyazması  Əl-


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə