Úàâèäè õàòûðëàðêÿí
159
qismi
olsun ki, İran, Buxara ilə əlaqədə olurkən, o yerlərə ge-
dirkən öz müştərilərinə mömin, pəhrizkar görünməkdə bir fayda
güdürdüsələr də “məkərə”yə və Rusiya kibi yerlərə gedənlərin
çoxu canamazını Bakıda bükür və bəlkə də Bakıda açanları da
olurdu. Bu zamanlarda yenə də bir qədər dindarlıq qalmış olsa da
lakin 1905-ci il intibahından sonra Azərbaycan iləri gəlməyə baş-
layan və yuxarılarda bəhsini etdiyimiz ziyalılar bir tərəfdən iri və
xırda burjuaziyadan çıxmış, digər tərəfdən burjuaziya ilə proletar
arasında qalmış müxtəlif təbəqələrdən əmələ gəlmişlər idi. Gərək
burjuaziya və gərək başqa təbəqələrin (hətta molla qismindən
törəyənlərin) içindən çıxan ziyalının çoxu dindar deyildi. Onların
çoxu dinin məntiqsizliyini görməkdənmi, təbiət və tarix elmlərinə
aşinalıqdanmı, rus və əcnəbi nüfuzuna düşməkdənmi din məsələ-
sinə məscid ilə deyil, millət məsələsilə daha çox uğraşırdılar.
Burada bir tərəfdən rus çarlığının sıxıntısı, o biri tərəfdən Avropa
kapitalı altında inləyən Türkiyədə vücudə gələn gənc türklərin,
gənc iranlıların təsirləri də Azərbaycan ziyalılarına təsir etməmiş
deyildi. Burasını anlamaq üçün İstambul-Bağçasaray-Bakı, bəlkə
də Qazan-Ufa dairəsini nüfuzuna almış “Tərcüman”, “İrşad”,
“Tərəqqi”, “Füyuzat”, “Vəqt” qəzetlərinin sütunlarına diqqət
etmək kifayət edər zənnindəyəm.
Bu zamandakı ziyalılar iki növ “millətçi” (əski təbirlə “milli-
pərəst”) idilər: onlardan birisi inqilabçılar ilə bunlardan bir qismi
1905-1917-ci il dövrəsində başqa firqələrə bulundu. İkincisi
əvvəlkilərə hüsn-rəğbət bəsləyən, aktiv olmadığı halda birincilərin
nüfuzunu xəlq içində millətçilik ruhu yaymaq, məktəblilərə
millət, vətən nəğmələri oxutmaq, millət ruhunda yazılan şeirləri
əzbərləmək və yeri gəldikcə hərarətlə oxumaq, Türkiyə ətrafında
qopan müharibələri, Türkiyə-italyan və ya Balkan müharibələ-
rindən dükanlar qabaqlarında oturan və yayda ağaclar kölgəsində
toplaşan əvam ürəyi yanıqlılar üçün qəzetə və jurnallar oxumaq
və onları “dünya siyasətindən”, ən doğrusu “Türkiyənin çarpışma-
sından” xəbərdar etmək və bunun hamısına bir az da duzlu olmaq
üçün və əvamın “ürəyinə od salmaq” üçün soltanın “Məkkə və
Úàâèäè õàòûðëàðêÿí
160
Kərbəlanı” kafirlərdən qorumaq məsələsini ortaya atırdılar. Bu z-
amanın milliyyət məsələsi iki məcra ilə gedirdi, bir tərəfdən türk-
lük, o biri tərəfdən islam milliyyəti: yəni islamlıq, ona görə Əli
bəy Hüseynzadə-Qasprınski-Ziyagökalplardan başlayıb Məhəm-
məd-əmin Rəsulzadə cənablarına çatanacan.
Türkləşmək, islamlaşmaq... müasirləşmək!
Şüarını meydana atmışdılar. Lakin islamlaşmaq ilə müasirləş-
məyin nə dərəcədə uyğun gəldiklərini türkçülük şeytan fikirli
siyasətçilərdən sormaq lazım gəlirdi. Çünki müasirləşdikcə elmə
yaxlaşmaq, avropalaşmaq, kapitala sarılmaq və yaxud kapitalın
quyruğunda getmək gərəkdi. Kapitalın da cavanlığı daima bir
qədər ixtilalçı, inqilabçı olduğu, həddi-zatında heç bir din tanımaq
istəmədiyi bəlli ikən islamlaşmağı ortaya salmaq isə yenə də ru-
haniliyi iləri çəkmək, yenə də onların quyruğunda getmək demək-
di. Ona görə də bu zamanlarda ziyalılar içində tərəddüd iki yol
ayrıcında qalmaq məsələsi də bir zaman var idi. Hələ “Füyuzat”,
“Yeni Füyuzat”, “Tərəqqi”, “Səda” və nəhayət “Açıq söz” kimi
jurnal və qəzetlərə baxılsa şairlərimizin, yazıçılarımızın nə
dərəcədə şaşqın bir vəziyyətdə qaldıqlarını görmək olar.
Hər nə olursa olsun bu zamandakı ziyalılarda “türklük” və
“islamlıq” mübarizələri getdikcə xəlqimiz içərisindəki proletar
ünsürləri və dolayisilə proletarlıqdan çıxmış və ya onalara yaxın
ziyalı təbəqələri artdıqca “islamlıq” başına enməkdə olan yumu-
ruqlar get-gedə çoxalır və ağırlaşırdı. Demək, əxlaq və etiqad
məsələsi yeni bir şəkil almağa başlayırkən meydana atılan Şeyx
Sənan molla və “üləma” təbəqəsinin bütün varlığını astarına
çevirdiyi üçün, türkçülərin ruhunu oxşayaraq islamçılara təpik
endirdiyi üçün, başqa millətdən də olsa təmiz və sənə mane olan
dinə nifrət etdiyi üçün sevilməkdə idi.
Onu da unutmayalım ki, yuxarıda göstərdiyimiz ikinci növ
passiv millətçilərdən biri də həmin Hüseyn Cavid özü idi. Bunu
anlamaq üçün 1907-ci ildə “H.R.Naxçıvani” imzasilə yazmış
olduğu: “Hali-əsəf iştimalımı təsvirdə bir ahi-məzlumanə” adlı
mənzuməyi oxumalıdır. Burada nə yazır: