Úàâèäè õàòûðëàðêÿí
162
Şimdi bulmuş vüqu əksi-qəza
Əcəba bu nasıl təsafilimiş.
...Şimdi qeyrət edərsə millətimiz.
Yenə övdət edər səadətimiz
1
.
Bu tərcibəndə baxılsa Hüseyn Cavidin fəal millətçilərə yar-
dımçılıq edənlərdən olduğu, onların təbliğatçılığına yarar bir zat
olduğu aydınlaşar. Bir Hadinin şeirilə bir Namiq Kamalın şeirilə
Cavidin şeirini qarşılaşdırdıqda Hadidə, Namiqdəki fəvəran edən
vulkanlar Caviddə Füzulicəsinə “ürəyini qana döndərmək”, vətən
üçün mərsiyə oxumaq həvəsi bəlli olur.
Cavidin millətçiliyindən “Şeyx Sənan”da açıq surətdə yalnız
Sənanı əslən turanlı etməkdir. Yəni Sənanı farslıqdan çıxarıb türk
qılıqlı, türk qafalı etmək, onu türkləşdirməkdir. Xaricdən böylə
bəlirsiz görünən bir nöqtə “ərbabı” yanında son dərəcə dərin bir
müəmma deməkdir. Ruhən millətçiliyi, türklüyü oxşayan, Cavid-
in böylə cəsur bir addım ataraq din tərəfdarlarına zərbə endirməsi
zamanındakı cəmiyyət üçün sevimli olacağı təbii idi.
Burayacan söylədiklərimizi böylə xülasə edəlim:
1) Cavidin seçmiş olduğu mövzu təsadüfi deyildi. Mövzunun
seçilməsilə onun tərbiyəsi və o zamanə qədər keçirmiş və o
günlərdə keçirməkdə olduğu həyatı arasında bir rabitə var idi.
2) Pyesin quruluşundakı yenilik o zamana qədər Azərbaycan
və ümumtürk ədəbiyyatında görülməmiş bir səsin qəbul etməklə o
zamankı cəmiyyətin emosiya “təhyic” cərəyana - əski dil ilə
demiş olursaq, cəmaət məzaqinə - tamamilə tuş gəlmiş oldu.
3) Əsərin psixoloji cəhətinə gəldikdə müəllif ruhanilik içində
olan çürüntü və yaprantıları tamamilə meydana atmaqla mollalığa
və ümumiyyətlə dinə olan ikrahə bir az da qüvvət vermiş və bir az
daha irəli gedərək kütlə üzərində hakimiyyətini itirmiş “üləmayi-
din” arasındakı “şübhə” ilə “vəsvəsə” meydana gəldiyini və bütün
1
Füyuzat. Nömrə 15. Səhifə 231-232. Mənzumə 15 parçadan ibarətdir.
Úàâèäè õàòûðëàðêÿí
163
bunların sağlam və təbii həyat qarşısında nə qədər sönük, nə qədər
köksüz olduğunu göstərmiş oldu.
4) Siyasi cəhətdən dəxi əsər büsbütün mühitini və əsrindəki
cərəyanı oxşamaq üzrə olmaq üçün səhnələri ta uzaqda – Ərəbis-
tanda – açır və get-gedə tamaşaçılara yaxınlaşdırır və “Şeyx
Sənan”ın “mayə”sini də “Turan”dan alır və nəhayət
5) Əsərdə zamanı üçün bir yenilik olduğunu qeyd etməliyiz:
sevgi təbii (bioloji) bir fakt olduğu üçün onun heç bir din və heç
bir milliyyət ilə əlaqəsi olmadığını da o zamankı mühitin nüfuzu
altında olaraq tamaşaçılara sezdirmək istəyir. “Şeyx Sənan”da
Cavidə məxsus bir inqilabçılıq da görünür. Bu “inqilab”da həmin
bir çoxlarının düşündüyü və indivudualist anarxistcəsinə meydanə
atdığı “fikir inqilabı”dır. Bu nöqtədə zəmanənin təsiri görülməmiş
deyildir.
Ona görə də mövzuun haradan alındığı və nə kibi mühiti təs-
vir etdiyi nəzərə dutulmayaraq ümumiyyətlə əsər sevilmişdi.
Səbəb də bəllidir: pyes müəyyən təbəqənin zövqünü oxşayırdı.
ƏSƏRİN QURULUŞU
Bu cəhətdən də şair az bacarıq göstərməmişdi. Əvvəla bütün
pyes bir şəxsiyyət (Ş.Sənan) ətrafında qurulmuşdur. Bu cəhətdən
inkişafında ilk nöqtədən son nöqtəyə varıncaya qədər heç bir nöq-
san görülməyir. Məzmun açıldıqca, səhnələr dəyişdikcə meydan-
da Şeyx Sənan hazır və nazirdir. Özü də meydanda olmasa kölgə-
si görülür, səsi duyulur. Ayrı-ayrı olaraq şəxsiyyətlər ya öz sözlə-
rilə, yaxud başqa birisinin sözilə xarakterizə edildiyi kibi hərəkət
və fəaliyyət ilə də hər kəsin mahiyyəti anlaşılmış olur. Pyesdə
melodram təəssüratı (effekti) də yox deyildir: bir yerdə Sənan
bayılır, ikinci səhnədə Sənan ardınca gələn Zəhra Əzranın qolları
arasına düşür, başqa bir yerdə Sənan ilə keşişin çəkişməsi baş-
layır, Sənan üzərinə sui-qəsdlər hazırlanırkən onun xilas olması
və yaxud yurdu yanarkən özünün bəri yandan salamat görünməsi
və bu kimi nöqtələr... Bunlar hamısı tamaşaçının xələcan və həyə-
Úàâèäè õàòûðëàðêÿí
164
can içində pyesi təqib etməsinə səbəb olan nöqtələrdir. Əsərdəki
dialoq gərgin və şiddətlidir. Şəxsiyyətlər arasında mənalı, kinayəli
rişxənd, istehza, təlaş və heyrətlər şimşək misalı simalarda oyna-
yır. Dialoqlar ilə bərabər, monoloqların yeri az deyildir. Fəqət hər
bir monoloq təbii olaraq ya müəyyən emosiya, zövq nəticəsində
və yaxud bir həyəcan dolayisilə meydanə gəlir ki, bu da Qafqazı
təsxir etmək ya ümumin qarşısında (Şeyx Hadi, səhifə 30) bir
məqsədi anlatmaq və yaxud başlarından keçmiş bir qəzayi nəql
etmək məqamlarında irad olunan nitqlərdir.
Əsəri diqqətlə nəzərdən keçirdikdə iki “böyük” qüvvənin çar-
pışmasını əsas mövzu kibi görmək olur. Burada şair dram kam-
ponsionunu incədən-incəyə anlamış və bunu da sona qədər mü-
vəffəqiyyətlə sürə bilmişdir. Müəllif bu iki “böyük” qüvvəni dü-
şünməmiş deyildir. O, bunlara son dərəcə əhəmiyyət vermədiyi
üçün başqa nöqtələrdə, yəni adi yaşayış, mübahisə, təsvirat kibi
yerlərdə şiddəti azaldır. Əsas saydığı nöqtələrə gəldikdə bütün
dramatik gücünü, bütün üslub və lisan, psixolojilik boyalarını
onların ətrafında artırmağa çalışır. Bu qüvvələr hankılardır?
Hələ birinci pərdə açıldıqda Şeyx Əbuzərin niyazilə Sənan
eşqindən çıldırmış, Zəhranın içəri girər-girməz öz sevgilisini sor-
ması keyfiyyətli, ilk addımda müəllifcə ən yüksək sayılan bu iki
müqəddəs və böyük duyğunun bir-birilə çarpışdığını və bununla
da ümum əsərin ruhunu təyin etmiş olur. Şair burada emosiya və
dinamik sözləri mümkün mərtəbə qüvvətləndirmiş. Baxınız:
– Şeyx, ya Şeyx!
– Şeyx!
– Ya allah!
– Bana bax...
– La ilahə illəllah!
– Şeyx Əbuzər!
– Nədir qızım?
– Əlan.
Bir xəbər yoxmu Şeyx Sənandan?
– İki-üç dəfə getdim evlərinə...
Dostları ilə paylaş: |