Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə52/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

162 


Şimdi bulmuş vüqu əksi-qəza 

Əcəba bu nasıl təsafilimiş. 

 

...Şimdi qeyrət edərsə millətimiz. 

Yenə övdət edər səadətimiz

1

 

Bu tərcibəndə baxılsa Hüseyn Cavidin fəal millətçilərə yar-



dımçılıq edənlərdən olduğu, onların təbliğatçılığına yarar bir zat 

olduğu aydınlaşar. Bir Hadinin şeirilə bir Namiq Kamalın şeirilə 

Cavidin şeirini qarşılaşdırdıqda Hadidə, Namiqdəki fəvəran edən 

vulkanlar Caviddə Füzulicəsinə “ürəyini qana döndərmək”, vətən 

üçün mərsiyə oxumaq həvəsi bəlli olur. 

Cavidin millətçiliyindən “Şeyx Sənan”da açıq surətdə yalnız 

Sənanı əslən turanlı etməkdir. Yəni Sənanı farslıqdan çıxarıb türk 

qılıqlı, türk qafalı etmək, onu türkləşdirməkdir. Xaricdən böylə 

bəlirsiz görünən bir nöqtə  “ərbabı” yanında son dərəcə  dərin bir 

müəmma deməkdir. Ruhən millətçiliyi, türklüyü oxşayan, Cavid-

in böylə cəsur bir addım ataraq din tərəfdarlarına zərbə endirməsi 

zamanındakı cəmiyyət üçün sevimli olacağı təbii idi. 

Burayacan söylədiklərimizi böylə xülasə edəlim: 

1) Cavidin seçmiş olduğu mövzu təsadüfi deyildi. Mövzunun 

seçilməsilə onun tərbiyəsi və o zamanə  qədər keçirmiş  və o 

günlərdə keçirməkdə olduğu həyatı arasında bir rabitə var idi. 

2) Pyesin quruluşundakı yenilik o zamana qədər Azərbaycan 

və ümumtürk ədəbiyyatında görülməmiş bir səsin qəbul etməklə o 

zamankı  cəmiyyətin emosiya “təhyic” cərəyana - əski dil ilə 

demiş olursaq, cəmaət məzaqinə - tamamilə tuş gəlmiş oldu. 

3) Əsərin psixoloji cəhətinə gəldikdə müəllif ruhanilik içində 

olan çürüntü və yaprantıları tamamilə meydana atmaqla mollalığa 

və ümumiyyətlə dinə olan ikrahə bir az da qüvvət vermiş və bir az 

daha irəli gedərək kütlə üzərində hakimiyyətini itirmiş “üləmayi-

din” arasındakı “şübhə” ilə “vəsvəsə” meydana gəldiyini və bütün 

                                                 

1

 Füyuzat. Nömrə 15. Səhifə 231-232. Mənzumə 15 parçadan ibarətdir.  




Úàâèäè õàòûðëàðêÿí 

163 


bunların sağlam və təbii həyat qarşısında nə qədər sönük, nə qədər 

köksüz olduğunu göstərmiş oldu. 

4) Siyasi cəhətdən dəxi  əsər büsbütün mühitini və  əsrindəki 

cərəyanı oxşamaq üzrə olmaq üçün səhnələri ta uzaqda – Ərəbis-

tanda – açır və get-gedə tamaşaçılara yaxınlaşdırır və  “Şeyx 

Sənan”ın “mayə”sini də “Turan”dan alır və nəhayət 

5) Əsərdə zamanı üçün bir yenilik olduğunu qeyd etməliyiz: 

sevgi təbii (bioloji) bir fakt olduğu üçün onun heç bir din və heç 

bir milliyyət ilə əlaqəsi olmadığını da o zamankı mühitin nüfuzu 

altında olaraq tamaşaçılara sezdirmək istəyir. “Şeyx Sənan”da 

Cavidə məxsus bir inqilabçılıq da görünür. Bu “inqilab”da həmin 

bir çoxlarının düşündüyü və indivudualist anarxistcəsinə meydanə 

atdığı “fikir inqilabı”dır. Bu nöqtədə zəmanənin təsiri görülməmiş 

deyildir.  

Ona görə də mövzuun haradan alındığı və nə kibi mühiti təs-

vir etdiyi nəzərə dutulmayaraq ümumiyyətlə  əsər sevilmişdi. 

Səbəb də bəllidir: pyes müəyyən təbəqənin zövqünü oxşayırdı. 

 

ƏSƏRİN QURULUŞU 

 

Bu cəhətdən də şair az bacarıq göstərməmişdi. Əvvəla bütün 



pyes bir şəxsiyyət (Ş.Sənan) ətrafında qurulmuşdur. Bu cəhətdən 

inkişafında ilk nöqtədən son nöqtəyə varıncaya qədər heç bir nöq-

san görülməyir. Məzmun açıldıqca, səhnələr dəyişdikcə meydan-

da Şeyx Sənan hazır və nazirdir. Özü də meydanda olmasa kölgə-

si görülür, səsi duyulur. Ayrı-ayrı olaraq şəxsiyyətlər ya öz sözlə-

rilə, yaxud başqa birisinin sözilə xarakterizə edildiyi kibi hərəkət 

və  fəaliyyət ilə  də  hər kəsin mahiyyəti anlaşılmış olur. Pyesdə 

melodram təəssüratı (effekti) də yox deyildir: bir yerdə  Sənan 

bayılır, ikinci səhnədə Sənan ardınca gələn Zəhra Əzranın qolları 

arasına düşür, başqa bir yerdə  Sənan ilə keşişin çəkişməsi baş-

layır, Sənan üzərinə sui-qəsdlər hazırlanırkən onun xilas olması 

və yaxud yurdu yanarkən özünün bəri yandan salamat görünməsi 

və bu kimi nöqtələr... Bunlar hamısı tamaşaçının xələcan və həyə-



Úàâèäè õàòûðëàðêÿí 

164 


can içində pyesi təqib etməsinə səbəb olan nöqtələrdir. Əsərdəki 

dialoq gərgin və şiddətlidir. Şəxsiyyətlər arasında mənalı, kinayəli 

rişxənd, istehza, təlaş və heyrətlər şimşək misalı simalarda oyna-

yır. Dialoqlar ilə bərabər, monoloqların yeri az deyildir. Fəqət hər 

bir monoloq təbii olaraq ya müəyyən emosiya, zövq nəticəsində 

və yaxud bir həyəcan dolayisilə  meydanə gəlir ki, bu da Qafqazı 

təsxir etmək ya ümumin qarşısında (Şeyx Hadi, səhifə 30) bir 

məqsədi anlatmaq və yaxud başlarından keçmiş bir qəzayi nəql 

etmək məqamlarında irad olunan nitqlərdir. 

Əsəri diqqətlə nəzərdən keçirdikdə iki “böyük” qüvvənin çar-

pışmasını  əsas mövzu kibi görmək olur. Burada şair dram kam-

ponsionunu incədən-incəyə anlamış  və bunu da sona qədər mü-

vəffəqiyyətlə sürə bilmişdir. Müəllif bu iki “böyük” qüvvəni dü-

şünməmiş deyildir. O, bunlara son dərəcə  əhəmiyyət vermədiyi 

üçün başqa nöqtələrdə, yəni adi yaşayış, mübahisə, təsvirat kibi 

yerlərdə  şiddəti azaldır.  Əsas saydığı nöqtələrə  gəldikdə bütün 

dramatik gücünü, bütün üslub və lisan, psixolojilik boyalarını 

onların ətrafında artırmağa çalışır. Bu qüvvələr hankılardır? 

Hələ birinci pərdə açıldıqda  Şeyx  Əbuzərin niyazilə    Sənan 

eşqindən çıldırmış, Zəhranın içəri girər-girməz öz sevgilisini sor-

ması keyfiyyətli, ilk addımda müəllifcə ən yüksək sayılan bu iki 

müqəddəs və böyük duyğunun bir-birilə çarpışdığını  və bununla 

da ümum əsərin ruhunu təyin etmiş olur. Şair burada emosiya və 

dinamik sözləri mümkün mərtəbə qüvvətləndirmiş. Baxınız: 



– Şeyx, ya Şeyx! 

– Şeyx! 

– Ya allah! 

– Bana bax... 

– La ilahə illəllah! 

– Şeyx Əbuzər! 

– Nədir qızım? 

– Əlan. 

Bir xəbər yoxmu Şeyx Sənandan? 

– İki-üç dəfə getdim evlərinə... 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə