Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə54/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

169 


H.Cavidə görə, keçmiş bir heçlik, hal-hazır qorxunc, gələcək isə 

konkret və aydın deyildi. H.Cavid cəmiyyətin inkişaf qanunları ilə 

tanış olmadığı üçün ziddiyyətlərdən canını qurtara bilmirdi. O, 

mütəfəkkir şair olduğundan, həyat hadisələrinə bəsit, üzdən yana-

şa bilmirdi.  Eybəcər,  ədalətsiz ictimai səhnələrin dərinliyinə 

nəzər ataraq, “nə üçün?” sualı qarşısında H.Cavid fikrə dalır, 

bəzən Hamlet kimi: 

 

“Bilmək, öyrənmək” öylə bir uçurum 



Ki onun intihası yox, dibi yox, – 

 

deyirdi. Bilik, anlamaq, təfəkkür məsələsində H.Cavid poeziya-



mızın Hamleti idi. 

Eyni məsələlər onun dram əsərlərində qoyulur və həll edilər-

kən fəlsəfi düşüncələr meydana atılır. 

Həyat həqiqəti ilə arzu və  xəyal arasındakı ziddiyyət onun 

dram əsəslərinin hərəkətverici qüvvəsidir. Buna görə də H.Cavid 

müstəsna hadisə, müstəsna hərəkətlər, müstəsna xarakter və müs-

təsna fabulalar yaradır. “Ana” əsərində  Səlma, “Maral” əsərində 

Maral, “Şeyx Sənan”da  Şeyx Sənan, Dərviş  və bu əsərlərdə 

verilən hadisə, hərəkət və fabulalar, arzu olunan alicənab insanlar 

insan  əsəblərini gərginləşdirən hadisələr və fabulalardır. Buna 

uyğun olaraq H.Cavid hadisələrin məntiqi gedişini izləməkdən 

ziyadə, fikrə dalır, həyat, ölüm, eşq, din, istismar, zəhmət, azad-

lıq,  ədalət haqqında onun qəhrəmanları dilə  gəlib bədii ifadə ilə 

aforizmə başlayırlar. Bəzən də dramaturq qəhrəmanların söhbə-

tinə müdaxilə edərək öz fəlsəfi görüşlərini gizlətmir. Bu cəhəti də 

nəzərdə tutmaq lazımdır ki, H.Cavidin vahid bir sistemə malik 

fəlsəfi konsepsiyası yox idi. Ona görə də təbii olaraq, mütəfəkkir 

sıx-sıx ziddiyyətlərə düşürdü. Bu ziddiyyətlər isə şəxsən H.Cavi-

din deyil, bəlkə dövrün ziddiyyətləri idi. Ruhən çox həssas olan 

şair-dramaturq feodal-patriarxal münasibətlər mühitində  tərbiyə 

almışdı, kapitalizm əlaqələrinin hakim olduğu  şəraitdə qorxunc 

şəkil alan istismar dünyasında yaşayırdı; o bu dünyaya yabançı, 




Úàâèäè õàòûðëàðêÿí 

170 


laqeyd baxa bilmirdi. Gah ideal aləm görür, gah da rəzalət bataq-

lığı qarşısında çaşıb qalır, çıxış yolu tapa bilmirdi. O, realist yazı-

çılar kimi xəstə cəmiyyətin əsas yaralarını açmaqdan uzaq idisə, 

bu yaraları görür, öz şikayət və etirazlarını pafoslu aforizmlərlə 

ifadə edirdi. Bəzən də yazıçı realist səhnələri yaradırdı. 1920-ci 

ilə qədər onun bir sıra əsərlərində romantizm ilə realizm birləşir. 

Dramaturq bəzən romantizmdən realizmə keçirdi. 

H.Cavidin ziddiyyətlərindən danışarkən bir həqiqəti unutmaq 

olmaz ki, onun qəlbi həmişə xalqının nəfəsi ilə  çırpınmış, ruhu 

xalqın dərdi ilə iztirab çəkmiş, heç bir zaman müxtəlif görüşlü 

redaktorlardan, milyonerlərdən asılı olmamış, millətçi, təəssübkeş 

şovinistlərə və müsavatçılara aldanmamış, tam mənasında müstə-

qil olmuş, öz sərbəstliyini kimsəyə satmamışdır. Sərbəst düşünüb, 

sərbəst yaratmışdır. 

H.Cavid orijinal təbiətə malik bi şair idi. Onun bir misrasını 

silmək, başqa bir misra ilə  əvəz etmək mümkün deyildi, hətta 

dilinin imlasını dəyişdirmək belə böyük cəsarət tələb edirdi. Bü-

tün bunlar H.Cavidin sənətkar ilə yaradıcılıq haqqında olan görüş-

lərindən irəli gəlmişdi. 

*   *   *  

Rasizadələr ailəsi iş axtarmaq üçün Şaxtaxtı kəndindən Nax-

çıvana köçmüş, Cavidin atası molla Abdulla mədrəsədə  təhsil 

almış, gözəl və  lətif səsə malik olduğu üçün mərsiyəxanlığa 

başlamış, az bir zaman içərisində Bakıda, Şamaxıda, Gəncədə və 

başqa şəhərlərdə şöhrət qazanmışdır. 

Hüseyn Cavid 1882-ci ildə anadan olmuşdur. Onun böyük 

qardaşı  Məhəmməd Rasizadə mükəmməl təhsil görmüş bir vaiz 

idi. Vaizlikdən ziyadə müəllimlik və mühərrirliklə məşğul idi. O, 

Naxçıvanda Sovet hakimiyyəti yarandıqdan sonra Naxçıvan peda-

qoji məktəbinin dil və ədəbiyyat müəllimi olmuşdur. 

H.Cavid ilk təhsilini mədrəsədə almışdır

1

. Sonralar atası onu 



təhsilini təkmilləşdirmək üçün Təbrizə göndərir. Təbriz mədrəsə-

                                                 

1

 İlk təhsilini mollaxanada, sonra Sidqinin məktəbində almışdır. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

171 


lərində

1

 verilən təhsil gənc Cavidi cəlb etmədiyi üçün, oradan 



narazı qayıdır. 1905-ci ildə ticarət bəhanəsi ilə İstambula gedir. 

H.Cavid  İstambul universitetində oxunan mühazirələrə azad 

dinləyici kimi davam etməyə başlayır. Onu ən çox maraqlandıran 

türk filosofu Rza Tofiqin mühazirələri idi. 

H.Cavid Bakıya döndükdən sonra Bakı pedaqoji məktəbində 

dil və  ədəbiyyat müəllimi işləyir. N.Nərimanov onun istedadını 

çox qiymətləndirdiyi üçün Cavidlə tez-tez görüşərmiş. Tələbələr 

ona və müasiri, dostu Abdulla Şaiqə böyük hörmət bəsləyirdilər. 

H.Cavidə olan məhəbbətin səbəblərindən birincisi bu idi ki, başqa 

ədəbiyyat müəllimlərindən fərqli olaraq, o, böyük şair idi; ikin-

cisi, H.Cavid tələbələrdə dünya ədəbiyyatı klassiklərinə maraq 

oyadırdı; üçüncüsü, sərbəst yazı  dərslərində istedadlı  tələbələrə 

istiqamət verirdi. 

*   *   *  

H.Cavid həm lirik şair, həm də dramaturqdurq. Onun ilk şeiri 

“Füyuzat” məcmuəsində  çıxmışdır. Bundan sonra şair “Keçmiş 

günlər” (1913), daha sonralar “Bahar şəbnəmləri” (1917) adlı şeir 

məcmuələrini çap etdirmişdir. Bu məcmuələrə  şairin 1906-cı 

ildən 1917-ci il qədər yazmış olduğu şeirlər daxildir. 

H.Cavid ilk dram əsəri olan “Uçurum”

2

 pyesinin  ardınca 



başqa əsərlərini yazır: “Uçurum” (1905)

3

, “Ana” (1910), “Maral” 



(1912), “Şeyx Sənan” (1913-1914), “Şeyda” (1917), “İblis” 

(1918), Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə 

“Afət” (1922), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), 

“Knyaz” (1929), “Telli saz” (1930), “Səyavuş” (1934), “Şəhla” 

(1935), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936). 

 Bundan əlavə iki min misradan çox olan “Azər” (1920-1937) 

poemasını yazmışdır. 

                                                 

1

 Talibiyyə mədrəsəsində. – Tərtibçi. 



2

 Müəllif yanılır. H.Cavidin ilk dram əsəri 1910-cu ildə yazdığı “Ana” pyesidir. 

– Tərtibçi. 

3

 “Uçurum” 1905-ci ildə deyil, 1917-ci ildə yazılmışdır. Red. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə