Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə57/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

178 


feodal-patriarxal və eyni zamanda, kapitalist münasibətlərin do-

ğurduğu eybəcər hadisələrə hiddət və nifrət hissi oyadır. Turxan 

bəyin ailəsində özünü göstərən ailə dramının aynasında müasir 

həyatın baş məsələləri görünməkdədir. Turxan bəy puluna, adına 

güvənərək on altı yaşlı yetim qız Maralı almışdır. Halbuki onun 

iyirmi yeddi yaşlı, ali məktəb bitirmiş  oğlu var. Maral gözəl ol-

maqla bərabər, düşünür, mühakiməlidir. Maral anasını  təqsirlən-

dirmir, bilir ki, xüsusilə yetim qızların, ümumiyyətlə bir çox qız-

ların taleyi belədir. Göyərçin kimi azad yaşayan Maral qəflətən 

yetim qalır. 

Turxan bəy bəla ildırımı kimi, ailənin başının üstünü alır. 

Hamı susur. Turxan bəy arzusuna nail olur. Maral, içində yaşadığı 

zəngin həyatdan belə  nəticə  çıxarır: “Uff, bəxtiyarlıq içində öl-

mək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli 

imiş...” 

Turxan bəy tutduğu işdən peşman deyil. O, bu fikirdədir ki, 

hər şeyi pul ilə almaq mümkündür. O deyir: 

“– Hadir! Nadir! Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox-

dur ki, orada altun, gümüş rol oynamasın. Əmin olunuz ki, dün-

yanın bütün  izzəti, bütün səadəti ancaq para ilə əldə edilə bilir. 

Nadir bəy – (yerindən qalxaraq). Əvət, hər  şey para ilə  əldə 

edilir; illa fəzilət və insaniyyət! 

Turxan bəy – Xayır, xayır... Fəzilət də paradır, insaniyyət 

də...” 


Əlbət ki, Turxan bəy insan dedikdə “insan paltarına girmiş 

çulsuz-noxtasız uzunqulaqları, yalnız altundan yapılmış bir palan-

ları əskik olanları” nəzərdə tutur. Bu yalnız Turxan bəyin öz ba-

şından çıxardığı “fəlsəfə” deyil, bəlkə müasir burjua cəmiyyətinin 

obyektiv qanunudur. Turxan bəylər həmin qanunun vasitəsi, 

marallar isə onun qurbanıdırlar.  



Ağalar... 

Nə buldular İsgəndərlər, Çingizlər?! 

Qanlar töküb, canlar yıxıb getdilər!.. 

Cahanı titrədib alt-üst etdilər, 

Qanlı bir iz buraxdılar ellərdə... 


Úàâèäè õàòûðëàðêÿí 

179 


Zabit Çingiz bəy bu bəndin ideyasına düşmən olduğu üçün 

aşığı qovur. Bu ətrafda başlayan mübahisələrdə hüquqşünas Nadir 

bəy H.Cavidin müharibə və sülh haqqında fikirlərini ifadə edərək 

deyir: 


“Hər kəs eyi bilir ki, mən əsla qan tökülməsini sevməm. De-

yil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir 

qarıncanın belə qanına girmək, məncə  əfv edilməz bir cinayət-

dir...” 


H.Cavidin birinci dünya müharibəsi  ərəfəsində dediyi bu 

sözlər onun öz ürək sözləri idi.  

Keçmişdə burjua cəmiyyətində  mətbuatın satqınlığından çox 

yazılmışdır. Tək bir “O olmasın, bu olsun” komediyasında qəzetçi 

Rza bəyin iş  və  hərəkətlərində bu tənqidin tutarlı nümunəsini 

görmək olar. H.Cavid də “Maral” dramında bu tənqidi başqa bir 

şəkildə vermişdir. Humay Cəmil bəyə qəzet oxumağı təklif etdiyi 

vaxt, Cəmil bəy deyir: 

 

“Nə olacaq! Hər günkü saçma, hər günkü fəlakət!.. 

İştə hər tərəfdə haqq namına bir haqsızlıqdır gediyor”. 

 

Cəmil bəyin fikrincə, qəzetlər saçma, yəni yalan yazmaqla 



bərabər, insanlığın başına gətirilən eyni fəlakəti təkrar edirlər. Bu 

fəlakət isə hər yerdə haqq adına haqsızlıq şəklində davam edir. 

H.Cavidin istər poeziyasında, istərsə  də dramaturgiyasında 

haqqın, insan hüququnun hər tərəfdə pozulduğu mühüm bir motiv 

kimi etiraz şəklində  səslənir. Ruhən humanist olan həssas  şairin 

insan oğlunun başı üstündə gəzən qara buludları gösrməsi və bu 

fəlakətin qarşısını almaq üçün qüdrətinin çatmamasını etiraf etmə-

si nə qədər acı və nə qədər tragik idi! Üstəlik, şairin faciəsi bir də 

onda idi ki, tarixdə bu fəlakəti yox edə biləcək proletariatın 

qüdrətini görə bilmirdi. 

Dövrün  ən mühüm məsələlərindən biri də örtünmək, yaşın-

maq məsələsi idi. Cəmil bəylə Humay evləndikdən sonra küçədə 

açıq gəzirlər. Ona görə də Cəmil bəyin atası Turxan bəy nə küçə-



Úàâèäè õàòûðëàðêÿí 

180 


yə  çıxa bilir, nə bazara. Hər yerdə onların sözünü danışırlar. Bu 

ətrafda başlayan mübahisədə Nadir bəy qadın azadlığı haqqında 

fikirlərini söylərkən bilavasitə qadınların örtünmək məsələsinə də 

toxunur: 

“...Xalqı  təhlükəli uçurumlara yuvarlayan bir qanun isə  pək 

çürük və mənasız bir əfsanə deməkdir”. 

Bir az aşağıda: 

“Sağlıam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan 

xanımların açıq gəzməsində heç bir məhzur görmiyorum...” 

Nadir bəy inanır ki, gələcəkdə bütün qızlar, qadınlar Humaya 

arqadaş olacaqlar. Nadir bəy ilə Turxan bəyin mübahisəsi getdik-

cə  qızışır. Bu vaxt Qazı dini ehkamın, cəhalətin qara qüvvələrin 

dotələb bir pəhləvanı kimi içəri girir. O, Humayın xristian qızla-

rından fərqlənmədiyini göstərir. Əgər “müsəlmanlıq belə gedərsə

çox sürməz ki, ev-eşiyimiz Lut şəhəri kimi yerin dibinə keçir” 

deyir. Nadir bəyin etirazına Qazı  təhqirli ifadələrlə cavab verər-

kən, Nadir bəy onu “ağzıpozuq səfil” və “tərbiyəsiz” cahil adlan-

dırır. Mübahisə dueli xatırladır. Turxan bəy isə Qazının qorxusun-

dan oğlu Cəmil bəyi evindən qovmalı olur. 

Bu  əsərdə ruhaniliyin ifşası “Ölülər” səviyyəsinə yüksələ 

bilməsə də, Qazının romantik bir şair tərəfindən ölümcül yaralan-

ması diqqətəlayiq idi. Diqqətəlayiq idi ona görə ki, atası ruhani, 

qardaşı şeyx olan, ruhani məktəbdə təhsil alan şair irticaya qarşı, 

mütərəqqi yol seçmişdi. Öz xalqı qarşısında vicdani sözünü söy-

ləməklə bərabər, ona mütərəqqi, mədəni həyat yolunu göstərirdi. 

Göründüyü kimi, dramaturq bir ailə dramı fonunda müasir 

dövrün bəzi mühüm ictimai məsələlərini qoyub müsbət mənada 

həll edir. Bu nöqteyi-nəzərdən  əsərin iki surəti diqqətəlayiqdir. 

Onlardan birincisi hüquqşünas Nadir bəydir. Cəmil bəyin dostu-

dur. H.Cavid onu müsbət surət kimi vermək istəmişdir. O, drama-

turqun həll etmək istədiyi məsələlərin hamısında iştirak edib, öz 

sözünü söyləyir. Onun fikirləri aydın və konkret olub, əsas 

etibarilə müəllifin öz sözləridir. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə