Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə60/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

187 


deyə iki qismə ayırmışdır. Birinci qismə  Şeyx Mərvan,  Şeyx 

Nəim,  Şeyx  Əbülləhyə,  Şeyx Cəfər ikinci qismə isə başda qoca 

mürşid Şeyx Kəbir olmaqla Şeyx Sənan, Şeyx Hadi, Şeyx Sədra 

və başqaları daxildir. Dramaturq, sonuncuları da inkişafda verdiyi 

üçün,  Şeyx Sənanı daha irəliyə aparır. Belə ki, qəlbi və insani 

duyğuları  Şeyx Sənanı ibadətmi, məhəbbətmi məsələsini həll et-

məyə çağırır.  İbadət adamı öz insani təbiətinin tələblərinə qarşı 

çıxmağa aparırsa, məhəbbət həmin tələblərə cavab verir. İnsan öz 

təbiəti əleyhinə çıxa bilməz, əgər çıxsa, onda bir sıra qeyri-insani

rəzil sifətlər doğar. Beləliklə, H.Cavid konflikt içində konflikt 

yaradır.  

Əsərin birinci pərdəsi Mədinədə, ikincisi Tiflis kənarında, 

üçüncü pərdə yenə Tiflisdə donuzluğun qapısı ağzında, dördüncü 

pərdə yenə Tiflis kənarında vaqe olur. Hər iki konflikt pərdə-

pərdə inkişaf edib dərinləşir və  əsas qəhrəmanı feodal-patriarxal 

əhatəsi şəraitində fəlakətə gətirib çıxarır.  

Faciənin ekspozisiyasından məlum olur ki, mürşid  Şeyx 

Kəbirin qızı  Zəhra  Şeyx Sənanı sevir. O, Şeyx Sənanın  əsil-

nəsəbsiz bir adam olduğunu bildiyi halda, “hətta quldan da alçaq 

olsa”, onu özündən şərəfli sayır. 

Əsl hadisələr o yerdən başlayır ki, Xumarın teyfi bir də Şeyx 

Sənana görünür. Azərbaycan  əfsanəsində  sənəmin də teyfi Aşıq 

Qəribin yuxusuna girir. Gözünə görünür. “Şeyx Sənan” əsərində 

bu məsələ psixoloji mənaya malikdir. Əsl hadisələr o yerdən 

başlanır ki, yuxuda Xumarın teyfi Şeyx Sənanın gözünə görünür. 

Yuxu o qədər təsirli olur ki, Şeyx Sənan Xumarı ayıq ikən də 

görür. Keçmiş dramaturgiyada hadisələri, xarakterləri inkişaf 

etdirmək üçün yuxu – teyf mühüm bir vasitə idi. H.Cavid bu 

cəhəti unutmayaraq, ona psixoloji məna da  vermişdir. Yuxuda və 

ya ayıq ikən gördüyü Xumar, ona daima: 

 

Şeyx, gəl-gəl! Sevimli Sənan, gəl! 

Sana layiq deyil o yer, yüksəl! 

.................................................... 



Úàâèäè õàòûðëàðêÿí 

188 


Oxunur gözlərində nuri-dəha, 

Yüksəl, ey Şeyx! Gəl, düşünmə daha! –  

deyir. 


Məhəbbətin rəmzi olan Xumar onu ibadət, yəni din və cəhalət 

aləmində qalmayıb, eşq və azad fikir, azad duyğu aləminə 

yüksəlməyə çağırır. 

Onsuz da Şeyx Sənan şübhə və tərəddüd halı keçirirdi. Onun 

şübhələri ortodoks islam görüşlü, hər bir dini ehkama səcdə edən 

şeyxlərə günah kimi göründüyü üçün onu dinsizlikdə  təqsir-

ləndirirlər. Şeyx Mərvan onun meraca, yəni peyğəmbərin göylərə 

qalxmasına şübhə etdiyini göstərir. O, Mürşid Şeyx Kəbirə deyir: 

 

Möhtərəm Şeyx! Altı gün əvvəl 

Vardı Sənanla bir mübahisəmiz. 

Bağırıb söyliyordu pərvasız 

“Olsa merac olur da ruhani, 

Həp yalandır əruci-cismani. 

Bir bəşərdir, –  diyordu, – peyğəmbər, 

Heç görülmüşmü çıxsın ərşə bəşər?” 

 

Şeyx Nəim isə  Şeyx Mərvanın fikirlərini qüvvətləndirərək 



deyir: 

Sadə meracı etmiyor inkar, 

Hələ tohid üçün də şübhəsi var. 

Söyliyor: “Görməyincə xaliqi mən 

İctinab eylərim pərəstişdən”. 

 

Şeyx Kəbirin insan şübhəsi haqqında fikirləri bütün bu avam 



iftiralara fəlsəfi bir yekun vurur: 

 

Şübhədir hər həqiqətin anası, 



Şübhədir əhli-hikmətin babası. 

Şübhə etməkdə həqlidir insan, 

............................................... 


Úàâèäè õàòûðëàðêÿí 

189 


Şübhə artarsa, həm yəqin artar, 

Mərifət nuri şübhədən parlar. 

 

Bu sətirlərdən bəlli olur ki, Şeyx Sənan dində cahil və  əqli-



səlimin qəbul etmədiyi uydurmalara, möcüzələrə və dini ehkam-

lara şübhə edirsə, haqlıdır. Çünki şübhə hər həqiqətin anası, əhli-

hikmətin babasıdır. O biri tərəfdən, şübhələr Şeyx Sənan xarakte-

rinin inkişaf və dəyişməsinə bir zəminədir. Şeyx Kəbir onun tər-

cümeyi-halını, gələcəyini söyləyir,  Şeyx Sənan isə ehtirasata 

düşmən olur, otuz illik həyatını zahidvari keçirdiyini iddia edir. 

Halbuki  Şeyx Kəbirin mürşidlik yerini tutduqdan on il sonra, o, 

Məkkəni tərk edərək Xumarı axtarmaq üçün Gürcüstana yola 

düşür. Daha doğruqu, ibadət çuxurunda qalmayaraq, məhəbbət 

aləminə yüksəlmək istəyir.  

Birinci pərdənin ikinci səhnəsində korun oxuduğu nəğmənin 

sonu olduqca maraqlıdır. Şeyx Sənandan şəfa almağa gəlmiş kor 

öz sözlərini belə bitirir: 

 

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? 



Bu zülmə qarşı nolur bir də ədalət olaydı. 

Tükəndi taqəti-səbrim, ədalət! Ah ədalət! 

Nə öncə öylə səadət, nə böylə zillət olaydı. 

Korların məramını bilən Şeyx Sənan onlara deyir: 

Bir qulım mən də pək həqir, aciz, 

Bu yalan iftiraya uymayınız. 

Nəyi görmək dilərsiniz, bilməm? 

Yanıyor zülm içində həp aləm! 

Görməməkçin bu çirkin işləri siz 

Yalvarıb həqqə, həmdü şükr ediniz. 

 

Şeyx Sənanın bu fikirlərindən Hamletin “Olum, ya ölüm” 



monoloqunun iyi gəlir. Hamlet deyir ki, insan düşünməyə başla-

dığı vaxt iradəsi sönür, hər şey məhv olur. Əsərdə görmək konkret 

olaraq düşünmək mənasına gəlir.  Şeyx Sənan demək istəyir ki, 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə