Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə59/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

184 


eşidənlər onu məst halda məbədə aparıb, keşişə  təqdim edirlər. 

Keşiş ona boynuna xaç salıb,  əbasını yandırmasını  tələb edir. 

Şeyx xaçı  alıb boynuna saldıqdan sonra əba-qəbanı yandırır, 

Kəbəni və  şeyxliyi həmişəlik unudur. Sənəm  Şeyxlə  məbəddən 

çıxarkən  Şeyx ona deyir ki, mən sənin bütün şərtlərini yerinə 

yetirdim, daha nə  əmrin vardır, buyur, mən icra edim. Sənəm 

Şeyxə belə cavab verir: “Mənim kəbinim çox bahadır. Səndə o 

qədər qızıl tapılmaz, lakin bircə çarən var, əgər qəbul etsən, biz 

bir yerdə yaşamağa nail ola bilərik. O da budur ki, sən gərək bir il 

bizim üçün donuz otarasan”. Şeyx donuz çobanı da olur. Şeyxin 

müridləri artıq bu işlərə tablaşa bilməyib onunla vidalaşır, Mək-

kəyə qayıdırlar. Bir neçə aydan sonra müridlər yenə Ruma gəlib 

qırx gün gizli bir yerdə qalaraq, Şeyxə dua edirlər. Bir gecə 

Məhəmməd peyğəmbər onlardan birinin yuxusuna girir. Mürid 

ona yalvarır ki, Şeyxi bu bənddən xilas etsin. Məhəmməd pey-

ğəmbər ona söz verir ki, Şeyxi bu qaranlıq girdabdan qurtaracaq-

dır. Onun xilas olması üçün bir dəfə tövbə etmək kifayətdir. 

Sabah olan kimi həmin mürid şadlığından ağlaya-ağlaya o biri 

müridlərin yanına qaçıb gecəki yuxusunu danışır. Müridlər hamısı 

bir yerdə Şeyxin donuz otardığı yerə gəlirlər. Onları görən Şeyx 

xəcalətdən başını aşağı salır, çünki onda artıq müsəlmanlıqdan bir 

əsər qalmamışdı. Müridlər ona yaxınlaşırlar, utana-utana onun 

əlini öpmək istəyirlər. O isə buna mane olur. Müridlər Məhəm-

məd peyğəmbərin onu nifrət qaranlığından işıqlı yola çıxaracağını 

bildirirlər.  Şeyx müridlərin sözünü təsdiq edərək paltarını soyu-

nub qüsl edir. Yenidən köhnə xirqəsini (şeyxlik paltarını) geyinir 

və müridlərlə bir yerdə  Məkkəyə  tərəf yola düşür. Yalnız tövbə 

duası oxuyaraq, eşqi-məcaizdən eşqi-həqiqiyə qayıdır. Həmin 

gecə “Sənəmi-tərsa” yuxuda bir günəşin ona yaxınlaşdığını görüb 

təəccüb edir. Günəş dilə gəlib ona belə deyir: “Sən bundan sonra 

Şeyxin yolu ilə getməlisən. Elə bu saat onu axtarıb tapmalısan. 

Sən onu küfr kəsafətilə bulaşdırdığın kimi, eləcə  də onu pak 

etməlisən. O eşqi-məcazi sənə pərəstiş edirdi, sən artıq həqiqətlə 

onu sevməlisən”. Sənəm bu sözləri eşidən kimi hövlnak yuxudan 




Úàâèäè õàòûðëàðêÿí 

185 


ayılır, dəli kimi paltarını cırıb tökür və təmiz paltar geyib ağlaya-

ağlaya  Şeyxin arxasınca yola düşür. Tərsa sənəmin arxadan gəl-

diyini müridlər Şeyxə xəbər verirlər. Şeyx bunu eşidən kimi hey-

rətlə geriyə dönür. Müridlər onun yenidən sənəmə  tərəf döndü-

yünü və tövbəsini sındırdığını güman etdiklərinə görə qayıdırlar, 

“sənəmi-tərsanı” rəngi saralmış halda yol üstü oturmuş görürlər. 

Sənəm  Şeyxi görən kimi ağlamağa başlayır, onun eşqilə giryan 

olduğunu bildirir və xahiş edir ki, eşq aləminin bu əsrarlı prdəsini 

aradan  qaldırsın və onun qaralmış qəlbini islam günəşinin şüası 

ilə  işıqlandırsın.  Şeyx ona islam mənəviyyatını  təlqin edib qur-

taran kimi sənəm fəryad edib deyir: “Şeyxim, mən iman zövqünü 

dadmadığım üçün sənə çox zülmlər edirdim. İndi ki, iman zövqü 

ilə  həqiqi eşqə qapılmışam, daha mənim hicran dərdinə taqətim 

yoxdur. Sizinlə o biri aləmdə görüşəcəyəm,  əlvida, ey Şeyxi-

aləm,  əlvida”. Bunu deyərək sənəm canını cananına fəda edir. 

Şeyx onun ölümündn mütəəssir olub ağlar gözü ilə müridləri 

nəzərdən keçirərək deyir: “Dostlar, siz eşqin həm başlanğıcını, 

həm də aqibətini öz göslərinizlə gördünüz. O, dünya qəfəsində 

məhbus olan həqiqi eşqin quşu idi. O özünü qəfəsdən qurtara 

bildi. Mən də onsuz yaşaya bilmədiyim üçün onun yanına uçma-

lıyam”. Bu sözdən sonra Şeyx də sənəmin yanında canını tapşırır. 

Müridlər onları yan-yana dəfn edirlər. Qəbirləri üzərində isə iki 

qübbə qoyurlar. Bu qəbirlər Kəbə ilə Rum arasında olan xalqın 

ziyarətgahı olur”

1



H.Cavid,  Şeyx  Əttardan ziyadə yerli əfsanəyə  əsaslanmışdır. 



Şeyx Sənan kimsəsiz, yoxsul bir turanlıdır. Otuz yaşı var. Gür-

cüstana gəlir. Bu yaşı müəllif eşq üçün ən həyəcanlı sayır. Onun 

gürcü qızına eşqi, din ayrılığı üzündən, tragik şəkildə bitir. Belə 

ki,  Şeyx Sənan tövbə etmədən Xumarla birlikdə özünü uçuruma 

atır. Hər iki aşiq məhv olur. Xumarın atası, gözü yaşlı, keşişə 

lənətlər oxuyur. Müridlər mürşüdsüz Kəbəyə dönürlər. 

                                                 

1

 Fəridəddin  Əttar “Məntiq-üt-teyr”, Daşkənd, Arifcanov mətbəəsi, səh. 74-



100. 


Úàâèäè õàòûðëàðêÿí 

186 


Mövzunu H.Cavid yerli əfsanəyə uyğun bir şəkildə alıb, ona 

can və fəlsəfi məzmun vermişdir. Dini irticanın artdığı bir dövrdə 

H.Cavid əfsanəni dini aspektdə işləməli idi. Onun “Ölülər” kimi 

bir əsər yazmağa iqtidarı yox idi. Belə bir əsərin yazılışını ancaq 

Cəlil Məmmədquluzadədən gözləmək olardı. H.Cavid isə din və 

cəhalət əleyhinə “Şeyx Sənan” üslubunda romantik bir əsər yaza 

bilərdi.  

Belə görünür ki, bu mövzu H.Cavidi çoxdan məşğul edirmiş. 

“Bahar şəbnəmləri” şeir məcmuəsində “Şeyx Sənan” adlı bir şeir 

var. Şair Tiflisi təsvir etdikdən sonra yazır: 

 

Oyan, ey piri-xoşdil! Qalx, ayıl bir xabi-rahətdən! 

Qiyamətdir, qiyamət!.. Qalx, oyan, zövq al bu fürsətdən. 

........................................................................... 

........................................................................... 

“Nədir mənası eşqin?” söyləyənlər nerdə? Bir gəlsin

Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən. 

Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir; 

Məhəbbətdir, əvət, məqsəd şu pürəfsanə xilqətdən. 

 

Demək, mərifət sahibi mürşid  Şeyx Sənan bir mələksimaya 



uyur, dini, imanı məhəbbətə satır, ehkami-Quranı atıb, təriqətdən 

uzaqlaşır. Xoş bir təriqət qoyub gedir ki, o da “məhəbbət” təri-

qətidir. 

Bizim klassik şairlərimiz öz şeirlərində  məscidmi, meyxanə-

mi sualını ortalığa atmışlar və özlərinə, oxucularına məsciddən 

meyxanəyə getməyi məsləhət görmüşlər. Məscidmi, meyxanəmi 

məsələsi  şeirimizdə  dərin fəlsəfi məzmun daşıdığı üçün şairlərin 

bir qismi bunu mistik, ikinci qismi materializm nöqteyi-nəzərin-

dən mənalandırmağa çalışmışdır. H.Cavid isə bu ziddiyyəti başqa 

məfhumlarla, dinmi və ya eşqmi şəklində verərək, konflikt işində 

konflikt yaratmışdır.  

H.Cavid, surətləri din ehkamlarına korcasına bağlı olanlar və 

bu ehkamlara şəkk-şübhə ilə yanaşıb saf-çürük etmək istəyənlər 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə