Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə58/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

181 


İkinci surət Cəmil bəydir. O bir çox məsələlərdə mütərəqqi 

görüşlü bir gənc olsa da, melodramatik surətdir. Eşqindən xəstə 

olmuş Cəmil bəyin sərsəmləmələri müasir oxucuda gülüş oyadır. 

Bəzən o, tolstoyçu kimi görünərək, quşlara atılan gülləyə də etira-

zını bildirir. Lakin onun sevgisi, qurduğu xöşbəxt ailə həyatı atası 

Turxan bəyin iyrənc ailə  həyatına qarşı qoyulmuşdur. Belə  çıxır 

ki, atalar elədir, oğullar isə belə olmaq istəmirlər. H.Cavidin buna 

böyuk ümidi var.  

“Maral”  əsəri H.Cavidin nəsr ilə yazdığı ilk dramıdır. Onun 

kompoziyası da sadə və konkretdir. 

“Şeyx Sənan” dramını H.Cavid birinci cahan müharibəsi ərə-

fəsində yazmağa başlamış, müharibənin  ən  şiddətli vaxtında 

bitirmişdir. 

İmperialist müharibəsinin məqsəd və mahiyyətini gizlətməyə 

çalışan dövlət başçıları ortalığa “vətəni qorumaq”, “dini cahad” və 

sair kimi şüarlar ataraq ümumi səfərbərlik elan edirdilər. Bu boş 

şüarlara aldanmış  gənclər vətən üçün canlarını qurban verməyə 

getdiklərini iddia etdikləri halda, əslində  sənaye sahibləri üçün 

ölürdülər. Müharibənin gətirdiyi aclıq və  səfalət dünyanın hər 

bucağında hiss olunurdu. Azərbaycanlılardan əsgər alınmasa belə, 

ümumi səfalət Azərbaycanı da bürüyürdü.  

Belə şəraitdə yazılan “Şeyx Sənan” dramı H.Cavidin ruhi halı 

üçün çox tipik idi. O bu mövzunu dərinləşdirir və romantizm 

nöqteyi-nəzərindən həll edir. 

“Şeyx Sənan” xalq əfsanəsidir. İndi də Tbilisidə Kür kənarın-

da “Şey Sənan dağı” adlı dağ var. Lakin əfsanənin xalq içərisində 

indi də yaşadığını sübut edəcək bir əlamət yoxdur. Bu mövzuda 

Ü.Hacıbəyov “Şeyx Sənan” (1908) adlı opera, Mehdi bəy 

Hacınski isə rus dilində “Şeyx Sənan əfsanəsi” adlı bir risalə yaz-

mışdır. Bu mənbələrin  ən qədimi isə  Şeyx Fəridəddin  Əttarın 

(1118-1229) “Məcalisi-üşşaq” və “Məntiq-qüt-teyr” əsərləridir. 

Əlimizdə olan “Məntiq-üt-teyr”  əsərində  Şeyx Sənana aid 

olan mənzum hissənin nəsr ilə qısa məzmunu belədir: 



Úàâèäè õàòûðëàðêÿí 

182 


“Şeyx Sənan əlli illik ömrünü Məkkədə, Kəbə ətrafında iba-

dətdə keçirmişdir. Onun dörd yüzə  qədər fazil müridləri  şeyxin 

kəramətindən və kainat sirlərini bilməsindən ilham almaq məq-

sədilə bir dəqiqə  də olsun ondan ayrılmazdılar. Məkkənin  şil və 

korları  Şeyxin müqəddəs nəfəsinin təsirindən  şəfa tapırdılar. Bir 

gecə Şeyx Sənan yuxuda özünün Rum ölkəsində bir gözəl sənəmə 

səcdə etdiyini görür. Yuxudan ayılan  Şeyx, sənəmə  aşiq olur. 

Kəbəyə getmir, müridlərlə məşğul olmaqdan imtina edir. Şeyxin 

bu halından təəccüblənən müridlər ondan bunun səbəbini soruşar-

kən, Şeyx özünün artıq Rum ölkəsində ruhən seyr etdiyi “sənəmi-

tərsazadəyə” məftun olduğunu, artıq iman və axirəti buraxıb eşqi 

intixab etdiyini onlara söyləyir. O, Kəbədən uzaqlaşıb Rum 

ölkəsinə səfər edəcəyini və “tərsa” ilə qovuşacağını bildirir. Mü-

ridlər Şeyxə yalvarırlar ki, o bu yoldan qayıtsın. Şeyx cavabında, 

behiştdə onlarla (müridlərlə) yaşamaqdansa, cəhənnəmdə məftun 

olduğu məşuqə ilə yaşamağın daha ləzzətli olduğunu söyləyir. 

Nəhayət, səylərinin nəticəsini səmərəsiz görən müridlər 

Şeyxlə bir yerdə Ruma getməyi qərara alırlar.  Şeyx müridlər ilə 

Ruma gəlir, hər yeri axtarırlar, nəhayət tərsa sənəmi gözəl bir 

seyrangahda tapırlar və burada Şeyxə çoxlu macəra üz verir. 

“Allahın qüdrətini yüz əlamətlərlə tanıtdıran bu ruhanisifət 

məşuqə” Sənanı görcək üzündən örtüyü götürür. Məşuqənin açıq 

camalını görən Sənan özünü itirir. Onun bədənini mənəvi və ru-

hani bir hərarət istila edir. O, bir müddət danışmağa qadir olmur. 

Şeyxin bu halından heyran olan müridlər eşqin nə olduğunu 

yavaş-yavaş anlamağa başlayırlar. Onlar Şeyxi zəif halda qaldırıb 

bir damaya gətirirlər.  Şeyx o gecəni min cür əzablarla keçirir, 

səhərə  qədər yatmır. Sabah Şeyxin xəstəlik yatağına düşdüyünü 

görən müridlər çox iztirab keçirirlər. Şeyx onlardan xahiş edir ki, 

onu “sənəmi-tərsa”nın yaşadığı  məhəlləyə aparsınlar. Müridlər 

Şeyxin yatağını  məşuqənin evinin qarşısında salırlar.  Şeyxin 

naləsini eşidən “sənəmi-tərsa” əcəm libasında onun yanına gəlib, 

yasdığının kənarında oturur. Onu yanında görən  Şeyx yataqdan 



Úàâèäè õàòûðëàðêÿí 

183 


qalxıb oturur: “Sənəmi-tərsa” onun nədən bu hala düşdüyünü 

xəbər alır. Şeyx ona belə cavab verir: 

“Məni bu hala salan, ürəyimi oğurlayıb zülf zəncirlərilə bağ-

layan yalnız sənsən. Ya ürəyimi özümə qaytarmaqla bu əsarətdən 

məni xilas et, ya da naz və  məğrurluq etmədən, mənim qoca və 

qərib bir şeyx olduğumu nəzərə alaraq, qəlbimin yarasını öz 

qəlbinin qanı ilə sağalt, qoy hər iki ürək bir qandan qidalansın”. 

“Sənəmi-tərsa” Şeyxin bu qədər ona məftun olduğunu hiss edərək 

deyir ki, sən gəl mənim vüsalıma yetişmək fikrindən uzaqlaş, əgər 

bu sənin üçün mümkün deyilsə, o zaman aşağıda söyləcəyim dörd 

şərtə razı ol.  

1. Bütə  səcdə etməlisən. 2. Quranı yandırmalısan. 3. Şərab 

içməlisən. 4. Gözünü imandan şəkməlisən. 

Şeyx bu şərtlərdən yalnız birinə, şərab içməyə razı olur, qalan 

üç  şərtin heç birini qəbul etməyəcəyini bildirir. “Sənəmi-tərsa” 

Şeyxə deyir ki, eybi yoxdur, sən hələ əvvəlcə Piri-muğanın yanı-

na gedib şərabı içməklə məst ol, sonra məstlik sənu cuşə gətirər, o 

zaman qalan şərtləri də yerinə yetirərsən. Şeyxi Sənəmlə birlikdə 

Piri-muğanın məclisinə  gətirirlər. Bu məclisdə Piri-muğanın 

səmimi halları  Şeyxi heyran edir. O, məşuqənin məhəbbətinin 

şərabilə  məst olmaq istədiyi üçün Piri-muğandan bir cam mey 

alıb ona verməyi sənəmdən xahiş edir. “Sənəmi-tərsa” bir cam 

şərab doldurub Şeyxə təqdim edir. Şeyx camı ondan alıb birbaşa 

içir. Sənəm Şeyxin əlindən camı alıb Piri-muğana verərək bir mə-

nalı və zərif təbəssümlə ona baxır. Bu baxımdan Şeyxin ona olan 

məhəbbəti yüz qat artır. Şeyx ikinci camı tələb edir. İkinci cam-

dan sonra onun huşu və bütün bilikləri  əlindən gedir. Bu zaman 

məşuqə ona kafir olmağı, yəni Quranı yandırmağı əmr edir. Şeyx 

belə cavab verir: “Mən nə qədər ki, ayıq idim, heç bir vaxt bütpə-

rəst olmağı istməzdim, indi ki, məhəbbət şərabilə məst olmuşam, 

bütün qarşısında məstlik halında Quranı yandıraram”. Məşuqə 

onu saçları ilə oxşayır və deyir ki: Şeyxim, indi səni sevirəm, sən 

mənimsən, artıq məndən  əmin ola bilərsən. Bu xəbər tərsalar 

məbədinə çatır. Bir müsəlman  Şeyxinin tərsalara meyl etdiyini 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə