Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə66/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

205 


boyu çürük islami əqidəyə qarşı amansız mübarizə getdiyi bu 

dövrdə islamiyyətin baçşısı  Məhəmməd peyğəmbəri dram qəh-

rəmanı edib diriltmək, müəllifin  ideya ziddiyyətlərini daha da 

qabardıb üzə çıxardığı kimi, azad olmuş bir xalqın mübariz məq-

sədlərinə qarşı qoymaq demək idi. Buna görə  də dövrün tənqid-

çiləri onu müxtəlif nöqteyi-nəzərlərdən təhlil və tənqid edirdilər. 

Hətta bəziləri Peyğəmbərlə H.Cavid arasında bir eyniyyət tapır, 

onun: 


Bən fəqət hüsnü xuda şairiyəm, 

Yerə enməm də səma şairiyəm, –  

 

sözlərini dramaturqun poetik manifesti adlandırırdılar. H.Cavidlə 



Peyğəmbər surətini eyniləşdirmək yanlış  təhlil üsuludur. Əsərin 

bir çox yerində bədəvi, cəhalət düşgünü olan ərəblərə qarşı pey-

ğəmbər ideallaşdırılmışsa, bir çox yerində həm bir rəsul, həm də 

bir insan kimi ifşa edilmişdir. Lakin bunlarla bərabər, dövrün 

tələblərinə uyğun olmayan bu əsər müəllifi geri çəkirdi. Vaxtı ilə 

onun yaradıcılığında kiçik ünsür şəklində hiss olunan idealistik 

fikirlər artıq bu əsərdə qara ləkələr kimi görünürdü. 

Peyğəmbər və islamiyyət haqqında rus və Qərb alimləri çoxlu 

tarixi və  tədqiqat  əsərləri yazmışlar. Vayl, Şirenger, Noldeke 

Krexl, Müller, Vollahauzen, Qrimm, Krımski və b. alimlərin 

Məhəmməd və onun təlimi haqqında nəşr etdirdikləri tarixi əsər-

lər məlumdur. Ancaq onun haqqında ilk tarixi dram yazam fransız 

ədibi Volterdir (1694-1778). Volter Fransada maarifçilik fikri 

hərəkatının başçısı və insan yaradıcılığının bütün sahələrində özü-

nü göstərmiş nüfuzlu bir ustad idi. O, ruhanilik əleyhinə fikirlərini 

yaymaq üçün “Məhəmməd peyğəmbər və yaxud fanatizm” adlı 

tarixi dramını yazmışdır.  Əsərin baş ideyası dini fanatizmi ifşa 

etməkdir. Dramda dini fanatizmin başçısı kimi verilən Məhəm-

məd, eyni zamanda hiyləgər və zalımdır. Volter Məhəmmədi si-

lahlı Tartüf adlandırırdı.  Əslində Volterin məqsədi islamiyyətin 

başçısı  Məhəmmədi deyil, bütün din başçılarını ifşa etmək idi

çünki Volterə görə, bütün tarixi dinlərin ideoloji zəminəsi şüurlu 




Úàâèäè õàòûðëàðêÿí 

206 


olaraq aldatmaq, insan şüurunu din tiryəki ilə yatırmaqdır. Kor-

casına inam, sözsüz tabelik, tənqidi ağıldan məhrum olmaq dini 

etiqadın vasitələridir. Volterin əsərində Məhəmməd deyir: 

 

Kim cürətlə düşünürsə, o, inam üçün doğulmamış, 



Tabelik, hər şeyə baş əymək, budur bizim qanun. 

 

Şöhrətpərəst Məhəmməd, insanlara hakim olmaq üçün özü-



nün allah tərəfindən göndərildiyini iddia ilə, dini fanatizm üsulu 

ilə insanları qul halına salır. Hissiyyat, insanpərvərlik, mərhəmət

insan ləyaqəti, ata və  oğul məhəbbəti  əleyhinə mübarizə aparır. 

Oğulları atalara qarşı asi edir. Peyğəmbərin düşməni olan Zakirin 

oğlu Səid Peyğəmbərin göstərişi ilə, atasını öldürür, özü də iz it-

sin deyə, Peyğəmbər tərəfindən zəhərlənir. Səidin bacısı, Peyğəm-

bərin sevgilisi Palmira isə qardaşı  Səidin cənazəsi qarşısında 

qatilə min bir lənət oxuya-oxuya özünü öldürür. 

Maarifçi Volterin əsərində tarixi obyektivlik yoxdur. O, 

müəyyən surətləri öz antiklerikal ideyalarının ruporu edərək, tari-

xi realizmi unutmuşdur.  Əslində, senzuradan canın qurtarmaq 

məqsədilə din başçıları  üçün tipik olan cəhətlərin hamısını alıb 

Məhəmmədin simasında cəmləşdirmişdir. 

H.Cavidə  gəlincə, tarixi hadisələrə romantik münasibətlə 

bərabər, o çalışmış ki, tarixi hadisələri obyektiv versin. Hər 

şeydən əvvəl o, hadisələrin cərəyan etdiyi ictimai şəraitin konkret 

mahiyyətini vermişdir. Tarixdə “Cəhalət dövrü” adlanan dövrün 

əsas cizgiləri göz önündən gəlib keçir. Cəmiyyətin  əksəriyyəti 

yoxsul və çörəyə möhtacdır; həşərat yeyir, çirkin, natəmiz həyat 

keçirir. Bu üzdən zəhmət işlərində ailəyə köməkçi olmayacaq 

qızları diri-diri qəbrə gömürlər. Məkkənin bazarında qul alveri 

vardır. Gələcəyə naümid olan yoxsulları boğazdan kəsərək pul-

larını verib büt alırlar ki, taleləri onlara xoşbəxtlik gətirsin. Lakin 

bununla da tale onların üzünə gülmür. Əsərin birinci pərdəsi belə 

bir səhnə ilə başlayır. Topal bütsatan ixtiyara deyir ki: 

 



Úàâèäè õàòûðëàðêÿí 

207 


Səndən hər çeşid büt aldım, 

Uğursuz çıxdı, şaş qaldım. 

Oğul istədim, qız verdi, 

Ah, çəkilməz bu qız dərdi!.. 

 

Əksinə,  əqəliyyəti təşkil edən Məkkə idarəçiləri, kübarlar 



zəngin həyat keçirir, qanlı şərab içirlər, zövqü səfa, cəng və rübab 

içində başları dumanlanır. Arvadları qulların çiyinlərində daşıdıq-

ları kəcavələrdə gəzirlər. Dramaturq hadisələri haqsızlıq, yoxsul-

luq, dərəbəylik içərisində qurulmuş belə bir ictimai şərait içində 

izləyir. Bu qorxunc şəraitin mərkəzində Peyğəmbər dayanmış, bir 

tərəfdən bədəvi ərəb cəmiyyətinin əsaslarını tənqid edir, ikinci tə-

rəfdən də, əslində bütpərəstlik kimi idealizm üzərində kök salmış, 

mahiyyətcə insan idrakını kütləşdirən dini görüşlərini təbliğ edir. 

Birinci pərdənin  əvvəlindəki uzun pemarkanın sonunda Mə-

həmmədin surəti verilir: “...o dalğın və müəmmalı gözlər, gecənin 

sükutunu oxşayan həzin və bayıltıcı bir ud zümzüməsini din-

ləyərək uyuyur kimi kəndindən keçmiş...” Müəllif də Peyğəmbə-

rin epilepsiya xəstəliyinə tutulduğunu etiraf ilə mələyin nazil ol-

masını gecənin sükutunda və onun epilepsiya halı keçirməyə baş-

ladığı anda vermişdir. Mələyin şirin vədləri qarşısında, o deyir: 

 

Öylə bir əsr içindəyəm ki, cahan 



Zülmü vəhşətlə qavralıb yanıyor. 

Üz çevirmiş də tanrıdan insan 

Küfrü həqq, cəhli mərifət sanıyor. 

 

Dinləməz kimsə qəlbi, vicdanı 

Məhv edən haqlı, məhv olan haqsız... 

Başçıdır xalqa bir yığın cani 

Həm münafiq, şərəfsiz, əxlaqsız. 

 

Vəcd halında deyilən bu fikirlər ictimai şərait haqqında 



həqiqətə  nə  qədər uyğunsa, həmin halda özünü məhəbbət  əsiri 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə