Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə67/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

208 


zənn edən Peyğəmbərin irəli sürdüyü mülahizələr ruhi məstliyin 

məhsuludur. Nə şəkildə olursa-olsun, Peyğəmbər dini görüşlərini 

yaymaq üçün münbit şərait tapır və sonda qalib gəlir. Qalibiyyətin 

əsas rəhni isə feodal münasibətləri  şəraitində cahil yaşayan ac-

yalavac kütlədir. Məlumdur ki, bütün din başçıları yoxsul kütləyə 

istinad edərək baş qaldırmış, qalib gəlmişlər. Məhəmməd də 

həmin kütləyə arxalanaraq Məkkənin tayfa başçıları  və varlıları 

ilə mübarizə aparmışdır. Qalibiyyətdən sonra Məhəmməd və onun 

xəlifələri Quranın bir sıra surələrini dəyişdirməyə məcbur olmuş-

lar. Nəticə etibarilə, islam dini feodalların, varlıların dini olaraq 

yayılmışdır. Üzdə islamiyyəti qəbul edən Məkkənin baş  rəisi 

(Əbüsüfyan) deyir: 



“Burada heç bir yeni şey varmı? Yenə 

Qonacaqdır qardaş büt yerinə 

Büt də bir daş, o da; adlar başqa... 

(İstehzalı qəhqəhədən sonra) 

Dünki bütxanə bu gün beyti-xuda!.. 

Ərəbin var-yoxu dün nə isə, bugün 

Olacaqdır daha yüz qat üstün. 

Bir Hicaz əhli deyil hər millət 

Tökəcək Kəbəyə altun, sərvət. 

Buraxıb yurdunu həp ac, çılpaq, 

Sizə kor, duyğusuz ellər qoşacaq... 

Şimdi kərtənkələ yerkən bir ərəb,  

Sürəcək ömrünü pür eyşi-tərəb; 

Yurdumuz başqa səadət bulacaq, 

Səbəb ancaq şu böyük din olacaq...” 

 

Əbüsüfyanın bu sözlərində islamiyyətin sirləri açılmışdır. 



Məhəmməd, islamiyyətin başçısı kimi, məsələni bu çılpaqlığı ilə 

qoymur.  Əslində, Peyğəmbər ziddiyyətli bir surət kimi əsərin 

mərkəzində dayanır. O, gah hüsni-mütləqə qovuşmaq istəyən bir 

panteist, idealistdir, gah, əlində Quran əhlini dinə dəvət edən bir 

mübəlliğ; gah bir dövlət başçısı kimi siyasət işlədən bir siyasiy-



Úàâèäè õàòûðëàðêÿí 

209 


yun, gah da, əlində  qılınc, bütpərəstlərə meydan oxuyan bir sər-

kərdədir. Mələk ona deyir ki, “Rəhbərin sənəti - kəlam olacaq”, 

“İnqilab istəyirmisən, bana baq! İştə kəskin qılınc, kitabı buraq”. 

Xüsusilə Məhəmmədin siyasi dayağı olan Xəttab oğlu (Ömər 

ibn Xəttab), qılıncla ona arxa Əbu Talib oğlu (Əli ibn Əbu Talib) 

Peyğəmbərin  ətrafında birləşdikdən sonra islamiyyəti sürətlə 

yayılır. Dramın  əvvəlində hüsni-mütləqə qovuşmaq istəyən, mə-

həbbətdən dəm vuran Peyğəmbər  əsərin sonunda bir əlində  sıy-

rılmış  qılıncını, digər  əlində  həmayildən çıxarılmış kitabı tutur. 

Kəskin bir ahənglə bütün camaata deyir: 

 

Şu qılınc! Bir də şu mənalı kitab! 

İştə kafi sizə... yox başqa xitab. 

 

Tarixi həqiqət budur ki, islamiyyəti yaymaqda kitabdan 



ziyadə əsl rolu qılınc oynamışdır. Quran ərəb dilində olduğundan, 

hamı üçün anlaşılmaz idi. O vaxtdan qalma “qılınc müsəlmanı” 

ifadəsi də var ki, fikrimiz üçün bir sübutdur. Məhəmməd müxtəlif 

surətlər vasitəsilə, tarixi həqiqətə uyğun olaraq, ifşa edilir. Onun 

yaşı keçmiş Xədicə tərəfindən pul ilə alınıb öz nəfsini öldürməsi, 

epilepsiya xəstəliyinə mübtəla olması göstərilir. Camaat qarşı-

sında qızlarını diri-diri dəfn edən atalara qəzəblənib qadın və ana 

haqqında gözəl sözlər söyləyən Peyğəmbər siğəni icad etmiş, 

çoxlu siğələri olmuşdur, “bəyəndiyi qadınlarla zövqə dalmışdır”. 

“Hər həftə  təzə bir qadın alır”, “qadınlara çarşaf gətirib örtün 

deyir”, qırx altı yaşında ikən Osmanın doqquz yaşlı  qızı Aişəni 

alır, Aişə isə ərinə xəyanət etdiyi üçün, Peyğəmbər qadınları qara 

çadraya bürümüş, kişilərdən gizlətmişdir. Zeydə  oğlum demiş

arvadı Zeynəbi boşatdırıb almışdır. Bu tarixi həqiqətləri H.Cavid, 

cəsarətlə müxtəlif surətlərin ifadəsində açır. Heç şübhəsiz, bu 

cəhətlər  əsərin antidin istiqamətini qüvvətləndirir. Vaxtı ilə 

Peyğəmbərin bu sifətləri (Aişə, Zeynəb və Zeyd hadisələri) böyük 

maarifçi M.F.Axundov tərəfindən ifşa edilmişdir. H.Cavid də bu 

cəhətləri oxucusundan gizlətmir. 



Úàâèäè õàòûðëàðêÿí 

210 


Bəsət

*

  və  Dəvət pərdəsinin böyük bir hissəsində Peyğəmbər 



romantik surətdir. O, eşq və  məhəbbətdən, insanların bərabərli-

yindən, gözəllikdən başlayaraq, panteizmə keçir; mövcud olanın 

vahid olub şəriki olmadığına, onun da hər kəsin özü olduğu 

fikrinə gəlib çıxır. Bunlar hər nə qədər fikri cəlb etsə də, əşirətdə 

yaşayan bir ərəb üçün yabançı idi. Ərəb ac idi. Tayfalara bölün-

müş, tayfa ziddiyyətləri, tayfa başçılarının, onların  əlaltılarının 

zülmü altında var-yoxdan çıxmışdı.  Ərəbin tayfaları birləşdirən, 

nəyin bahasına olursa-olsun, vahid bir rəhbərə ehtiyacı vardı. Öz 

fikirləri ilə kök salmış  əxlaqi görüşləri vəlvələyə  gətirən Pey-

ğəmbərin fəaliyyətə başlaması ona ümid verirdi. Peyğəmbər də ilk 

fəaliyyətində onlara istinad edirdi. 

Dəvətin son hissəsində, Hicrətdə  və Nüsrətdə artıq Pey-

ğəmbər realist surətdir. Hicrətdə, Məkkə başçılarına ağır zərbə 

vurmaq üçün Mədinəyə çəkilir. Məhəmmədin anasının və arvadı 

Xədicənin qohumları burada idilər. Mədibə ticarət işlərində qa-

baqda gedirdi. Məkkədə o, məğlub ola bilərdi. Onun tərəfdarları 

arasına qorxulu ünsürlər girib vəhdəti pozardı. Demək ki, Hicrət 

məsələsində Peyğəmbər hərbi bir strateq kimi özünü göstərir, bir 

əlində  qılınc, bir əlində kitab, hərəkətə başlayır. Qalibiyyətdən 

sonra Məhəmməd dini vergilər toplayır; beytulmalı öz tərəfdarları 

arasında paylayır. Büt əvəzinə  Kəbədə Qara daş qoyur; bir sıra 

dini ibadətlər təşkil edir. Baş  rəis Peyğəmbərin işlərini bir-bir 

sayıb göstərir. Sonda Məhəmməd  Ərəbistanı birləşdirən, xüsusi 

mülkiyyəti müqəddəs bilib, varlılara istinad edən real surət olur. 

Peyğəmbər romantizmdən realizmə belə  gəlib çıxır. H.Cavid 

Peyğəmbərin görüşləri arasında axtaranlar yanılırlar.  Ədəbiyyat-

şünaslığa zidd olan bu təhlil üsulu yanlış  nəticələr doğurur. 

Peyğəmbərin: 



Bən fəqət hüsnü xuda şairiyəm, 

Yetə enməm də səma şairiyəm, –   

                                                 

*

 Əslində Bisət. – Tərtibçi. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə