Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə65/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

202 


İblis nədir?  

– Cümlə xəyanətlərə bais...  

Ya hər kəsə xain olan insan nədir?  

– İblis... 

 

Beləliklə, dramaturq mütərəddid görüşlü, russoçu, tolstoyçu, 



idealist, həyat hadisələrinə üzdən izahat verən tragik bir qəhrə-

manı faciənin mərkəzinə qoymuş  və onu şər istəyib  şər gətirən, 

həyat hadisələrində fəal, cəld, yüksək energiyaya malik, müxtəlif 

qiyafə geyib, müxtəlif simaya düşən, tənqidi ağıl sahibi, özünü 

insan təbiətinin rəmzi kimi qələmə verən  İblis ilə qarşılaşdır-

mışdır. İblis həyat həqiqətlərini əzəmi dərəcədə düzgün izah edir. 

Arif ölmür, yaşayır, lakin əsərdə ölüm həyata qalib gəlir. 

Faciədə ən maraqlı surətlərdən biri, şübhəsiz, siyasi qaçaqlar 

başçısı Elxandır. Elxanın dəstəsi eyni məqsədli adamlardan ibarət 

olmadığı üçün, bunların içində  həqiqi quldurlar, baş  kəsib adam 

soyanlar da var. Elxan onların düşmənidir, onlara ağır cəza verir. 

Elxanın düşərgəsi həqiqi bir ədalət məhkəməsinə çevrilir. Vətən 

xaini, xəbis İbn Yəmin tutulur. O, orduya xəyanət etmiş, Elxanın 

siyasi qaçaq olmasına səbəb olmuş, Rənanın atasını öldürmüş, 

indi isə  Rənanı aldadaraq onunla evlənmək istəyir.  Şeyx tutulur. 

O, iki ölkəyə casusluq edirmiş, müharibə  qızışdırırmış, ingilis 

dəllalı imiş. Elxan ona deyir ki: “Sus, yetər, ağbaşlı ilan!” İblis isə 

“onların tanrısı altundur

*

.  Əvət!” deyir. Keşiş tutulur. Erməni 



keşişi olan bu zat incil adına Ermənistana silah və patron daşıt-

dırırmış; sonra Xaxam tutulur. O, fransız casusudur. Ərəbistanda, 

ərəbləri fransızlara kölə etmək üçün işləyirmiş. Ən nəhayət, xəstə 

ana ilə  uşağı  gətirirlər. Siflis xəstəliyinə tutulmuş ana ilə  uşaq 

İranda müalicə oluna bilmədikləri üçün Kərbəlaya gedib şəfa 

tapmaq istəyirlər. İblis onlar haqqında deyir: 



“Dərdə bax, millətə bax, niyyətə bax! 

Ölülərdən ölülər feyz alacaq!” 

                                                 

*

 Əslində “yəhudilərin Tanrısı altundur.” – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

203 


Elxan onlara ağır cəza verir. Bundan tamaşaçılar razı qalır.  

İkinci maraqlı surət yaralı rus zabitidir. Milliyyətcə tatar olan 

bu rus ordusu zabiti bərk ayaqda özünü mətin, cəsarətli aparır və 

hamının rəğbətini qazanır. Onun yarasını Xavərlə qoca atası sa-

rıyıb sağaldırlar. Kim, nə millət olduğunu soruşmadan təmənnasız 

qayğısını  çəkirlər. Hər halda milliyyətindən asılı olmayaraq, bu 

rus ordusunun zabiti İbn Yəmindən və başqa zabitlərdən cəsarətli, 

ölümdən qorxmayan bir qəhrəmandır. O, yalnız Elxanla müqayisə 

edilə bilər. 

Əsərdə H.Cavidin insan haqqında fikirləri bu nəğmədə daha 

aydın verilmişdir: 

 

Hər şey sənindir, ey qafil insan! 



Gülgün şəfəqlər, rəngin çiçəklər. 

Hər şey sənindir, ey cahil insan! 

Parlaq günəşlər, dilbər mələklər. 

 

Bütün varlığın insana aid olduğunu bilən, insansız təbiətin, 



təbii nemətsiz insanın gözəl və xoşbəxt olmadığını bilən drama-

turq, müharibənin, qantökmənin düşməni idi. “İblis” əsəri də bi-

rinci növbədə imperialist müharibəsi əleyhinə yazılmış faciədir. 

“İblis” bir dram əsəri olmaqla bərabər, gözəl bir poeziya nü-

munəsidir. Arifin ilk monoloqu, İblisin Arifə müraciətlə böyük çı-

xışları, rəqqasələrin oxuduğu nəğmə, qızı boğulmuş  dəlisov qo-

canın fəryadla dediyi sözlər ideyaca dolğun, şeiriyyətcə nümunəvi 

parçalardır. 

Dramatik bir əsər kimi, faciənin xarakterləri və kompozisiyası 

düzgün qurulmuşdur.  Əsərin baş surətləri Arif ilə  İblis fikir və 

hərəkətlərinə uyğun ictimai şəraitdə qarşılaşırlar. Arif dəyişən 

surətdir. İblisin ancaq qiyafəsi dəyişir. O müəyyən bir ehkam ilə 

səhnəyə daxil olur. Əsər boyu fikirlərini sübut edib səhnədən 

çıxır. Qalan surətlərin şəxsi macəraları olmaqla bərabər, onlar bu 

iki əsas surətin ətrafında dönüb-dolaşırlar, İblisin ehkamına sübut, 

dəlil rolu oynayırlar. 




Úàâèäè õàòûðëàðêÿí 

204 


Faciənin kompozisiyası da xarakterin fikir, qərar və hərəkət-

lərinin təzahürü üçün bir çərçivə xidməti görür. Arif ilə  İblisin 

qarşılaşmasına qədər dramaturq əsərə kiçik bir ekspozisiya ver-

mişdir. Onların qarşılaşması ilə zavyazka başlayır. Arifin İbn 

Yəminlə  gələn Rənaya rast gəlməsindən sonra konflikt yaranır. 

Konflikt inkişaf edir və Arifin Xavəri boğması ilə fəlakətə keçir. 

Hadisələr sürətlə inkişaf edərək iki qardaşın qarşı-qarşıya dayan-

masına qədər gəlib çıxır. Arifi öz qardaşı Vasifi bilmədən öldür-

məsilə  fəlakət son nöqtəsinə çatır. Sonluqda səhnədəkilər  İblisin 

həm fəlsəfi, həm də siyasi məzmun daşıyan son yekununu din-

ləyir; əsər bitir. Təbii kompozisiyanı mövzunun tərkibi doğurma-

lıdır. Bu nöqteyi-nəzərdən faciənin kompozisiyası mövzu ilə 

həmahəng səslənir. 

*   *   *  

H.Cavid 1922-ci ildə”Afət” adlı dördpərdəli ailə faciəsini 

yazdı. Mövzusu yaxın keçmişdən götürülən “Afət” həm ideya 

məzmunu, həm də  sənətkarlıq etibarilə  zəif  əsər idi. Faciədə 

fabula xarakterə tabe olmayıb, dramatik hadisələrin səciyyələn-

dirilməsi əsas yeri tutsa da, istər süjet, istər kompozisiya, istərsə 

də xarakterlər diqqəti cəlb etmirdi. Hadisələr isə ümumiləşdi-

rilməmişdi. 

Əsərdə bir tərəfdə Afət kimi füsunkar, əxlaqsız, ərini zəhərlə-

yən cani bir qadın, ikinci tərəfdə, Alagöz, onun qızı sayılan, əslin-

də ögey olan, sentimental bir qız dayanmışdır. Bir tərəfdə doktor 

Qaratay adlı  hərcayi,  əxlaqca pozğun, namərd bir kişi, ikinci 

tərəfdə,  Ərtoğrul adlı bir mühərrir sədaqətli gənc bir romantik 

kimi verilmişdir. Başqa personajlar bunların arasında xidmətçi rol 

oynayırlar. Faciədə qadın, sevgi, ailə  həyatı, xoşbəxtlik, həyat 

haqqında bir çox bakir, tutarlı ifadələr var. Lakin əsər bütünlüklə 

dramatik əsər olaraq sadə və bəsit idi. Ona görə onun səhnə taleyi 

də zəif olmuşdur. 

“Peyğəmbər” dramı (1923) ictimai motivlə dolu olsa da, dra-

maturqun hələ  də yanlış görüşlərdən ayrılmadığını göstərirdi. 

H.Cavid bu əsəri yazmamalı idi. Cəmiyyətimizdə bütün cəbhə 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə